Cənubi Qafqaz üçün vahid inkişaf strategiyası...
22.05.2026 [13:17]
Bakı-Tbilisi əlaqələri yeni mərhələdə: davamlı əməkdaşlıq, geniş strateji perspektiv
Azərbaycan ilə Gürcüstan arasınıda imzalanan yeni sənədlər qlobal iqtisadi nizama yeni ruh gətirəcək
XXI əsrin ikinci onilliyinin başlanğıcı Avrasiya regionunda mühüm dəyişiklşiklərlə yadda qaldı - Cənubi Qafqazda yeni transformasiya dövrünə start verilməsi, Şərq-Qərb münasibətlərində ticari elementlərin ön plana çıxması, güc mərkəzlərinin yerdəyişməsi, qlobal iqtisadi ağırlığın Qərbdən Şərqə keçməsi özündə genişmiqyaslı geosiyasi yenilənməni ifadə edir. Dünya iqtisadiyyatının rəqəmsallaşması, enerji sektorunda yeni balansın formalaşması, istehsal və ticarət marşrutlarının Şərqə doğru sürətlə yönəlməsi Avrasiyanın strateji çəkisini artırıb. Bu yeni konfiqurasiyada Azərbaycanın mövqeyi regionun adi tranzit ölkəsindən qlobal proseslərin koordinasiya mərkəzinə çevrilməsi ilə xarakterizə olunur - Bakının səyi nəticəsində bu gün Cənubi Qafqaz artıq kompleks geoiqtisadi modellərin tətbiq olunduğu, təhlükəsizlik və logistik inteqrasiyanın paralel şəkildə reallaşdığı mühüm strateji platformadır. Günümüzün dinamikası göstərir ki, Avrasiyanın gələcək iqtisadi arxitekturası müxtəlif qütblər arasında rəqabət deyil, əlaqələndirmə üzərində qurulacaq. Bu mənada Azərbaycan həm Şərq istehsal sistemləri, həm də Qərb texnoloji və maliyyə mərkəzləri arasında optimal sintez yaradan unikal mövqeyə malikdir. Bu, bütövlükdə regionun iqtisadi xəritəsinə yeni ştriklər əlavə etməklə yanaşı dövlətlərarası münasibətləri də yeni bir mərhəlyə qaldırır. İllərdir ki, Qafqazın iqtisadi təhlükəsizlik konsepsiyası Bakının strateji yol xəritəsi ilə tənzimlənir.
Yeni strateji imkanlar...
Azərbaycanın apardığı siyasət bütövlükdə region dövlətləri arasında münasibətləri yeni bir mərhələyə qaldırır. Gürcüstan ilə əlaqələr isə bu siyasətin ən uğurlu nümunələrindən biri kimi çıxış edir. İki ölkə arasında formalaşmış münasibətlər təkcə coğrafi yaxınlıqdan deyil, həm də ortaq maraqlardan, tarixi bağlardan və qarşılıqlı etimaddan qaynaqlanır. Siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji və nəqliyyat layihələri, eləcə də regional təhlükəsizlik məsələlərində birgə fəaliyyət bu münasibətlərin çoxşaxəli xarakterini nümayiş etdirir. Yeri gəlmişkən, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Azərbaycana səfəri və iki ölkə arasında iqtisadiyyat, enerji və nəqliyyat sahələrində ikitərəfli əməkdaşlığın dərinləşməsinə dair hərtərəfli sazişlər toplusu imzalaması sübut edir ki, Bakı ilə Tbilisi arasında ənənəvi strateji tərəfdaşlıq keyfiyyətcə müsbəi inkişafə xətti ilə davam edir. Qeyd edək ki, imzalanma mərasimi 18 may 2026-cı ildə Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin iştirakı ilə baş tutub. İmzalanan sənədlər isə özlüyündə qlobal geoiqtisadi anlam daşımaqdadır - Azərbaycan Gürcüstanla birlikdə Orta Dəhliz vasitəsilə Asiya və Avropanı, Şimalla Cənubu birləşdirən qlobal logistikaya və nəqliyyat qovşağına yeni mahiyyət qazandırır.
Enerji tərəfdaşlığı...
Azərbaycanın qlobal dünyaya qazandırdığı yeni iqtisadi-ticari imkanlar günümüzün reallığında mühüm bir mənzərə yaradıb - regional kataklizmlərin baş alıb getdiyi, qütblərarası qarşıdurmaların gücləndiyi bu zamanda Bakı müasir çağırışları sadəcə izləməklə kifayətlənmir, onları əvvəlcədən qiymətləndirərək çevik şəkildə siyasi, iqtisadi və diplomatik yollarla sabitiləşdirici amillər formalaşdırır, irəli sürür. Burada əsas faktor Azərbaycanın həm Şərq, həm də Qərb ilə paralel strateji tərəfdaşlıqlar qurmasıdır. Bu əlaqələr statik deyil, dinamik xarakter daşıyır və Bakı bu dinamikanı idarə etmək bacarığı ilə qlobal səviyyədə fərqlənir. Azərbaycan və Gürcüstan arasında müxtəlif sahələrdə birgə icra olunan layihələr həm regional mövqenin daha da inkişaf etməsinə, həm də iqtisadi təhlükəsizliyinin möhkəmlənməsinə və inkişafına töhfə verməkdədir. Enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr nəinki ikitərəfli əməkdaşlığımızın inkişafına xidmət edir, hətta regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır. Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac edilir ki, bu coğrafiyada tranzit başlanğıcı kimi Gürcüstanın strateji rolu mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın nefti və qazı Gürcüstan vasitəsilə dünya bazarlarına çıxarılır, həm də Xəzərin şərq sahillərindən neft resursları Azərbaycan, Gürcüstan üzərindən keçirilir. Bunun qarşılığında isə Gürcüstan məhz Azərbaycan üzərindən Şərq ilə özünün bağlantılarını yaradır, iqtisadi əlaqələrini yürüdür.
Bu əlaqələr milli təhlükəsizlik, enerji təhlükəsizliyi və iqtisadi inkişafa ciddi təkan verib. Bu gün Gürcüstan təbii qaz tələbatının 90 faizini Azərbaycan vasitəsilə təmin edir. Bu da daxili bazarda sabitlik və qiymət əlçatanlığı üçün birbaşa təminat sayılır. Bundan əlavə, Gürcüstana qoyulan sərmayələr də bu ölkənin iqtisadiyyatına ciddi təkan verir. Beləliklə, Azərbaycan Gürcüstan üçün sadəcə bir qonşu deyil, həm də onun iqtisadi dayanıqlılığını təmin edən regional strateji tərəfdaş rolunu oynayır.
Dinamik siyasi dialoq...
İki dövlət arasında tarixi bağlılıq həm də yüksək siyasi dialoqla inkişaf etdirilir - qarşılıqlı səfərlər həm münasibətləri, həm də qarşılıqlı hüquqi qanunvericilik bazasını daha da möhkəmləndirib. İki ölkə arasında çoxsaylı müvafiq sənədlər imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyev dövlət başçısı olduğu dövrdə Gürcüstana çoxsaylı səfərlər edib. Bu dövrdə Gürcüstanın rəsmi şəxsləri də dəfələrlə ölkəmizdə işgüzar və rəsmi səfərlərdə olublar. Səfərlərin intensivliyi göstərir ki, Azərbaycan-Gürcüstan münasibətləri Cənubi Qafqazda ən aktiv siyasi dialoqlardan biridir. Bu dinamika strateji tərəfdaşlıq səviyyəsini bir daha təsdiqləyir.
Bu ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana dövlət səfəri isə olduqca mühüm məqamları ilə seçildi. Səfər çərçivəsində iki ölkə arasındakı iqtisadi-enerji tərəfdaşlığının yeni mərhələyə qədəm qoyması istiqamətində əsaslı irəliləyişlər müşahidə olundu. Vurğulayaq ki, Cənub Qaz Dəhlizinin əsas qollarından biri olan Bakı-Tbilisi-Ərzurum boru kəmərinin Gürcüstandan keçən hissəsinin illik ötürücülük gücü 23-24 milyard kubmetrdir. Amma Azərbaycanın son dövrlər Avropanın bir sıra dövlətlərilə təbii qazın nəqli ilə bağlı əldə etdiyi razılaşmalar bu gücün daha da genişləndirilməsini tələb edir. Bu səbəbdən də Prezidentin səfəri zamanı bu məsələyə dair texniki və hüquqi çərçivə yenilənib. Eyni zamanda Qara dəniz sualtı kabel layihəsi ilə bağlı da işlərin sürətləndirilməsinə dair sənəd imzalanıb. Azərbaycanın hasil etdiyi 4 giqavatlıq enerji də Gürcüstan vasitəsilə Avropaya ötürüləcək. Bu layihə də öz növbəsində, Cənubi Qafqaz və Avropa İttifaqı (Aİ) arasındakı enerji mənzərəsini fundamental şəkildə yenidən dizayn edəcək geostrateji dönüş nöqtəsi sayılır və regionun enerji mənzərəsini dəyişəcək. Gürcüstan da bu layihə sayəsində öz külək, su və günəş enerjisi potensialını Avropa bazarına çıxarmaq şansı qazanır. Bu cür layihələr Gürcüstanın təkcə enerji tranziti ölkəsi kimi deyil, həm də Avropanın yaşıl enerji gələcəyində əsas oyunçu kimi rolunu gücləndirəcək.
“Münaqişə regionu”ndan sabitlik və əməkdaşlıq məkanına...
Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı yeni siyasi reallıqlar regionda təhlükəsizlik arxitekturasının möhkəmlənməsinə xidmət edir. Bu reallıqlar iqtisadi layihələrin daha təhlükəsiz mühitdə həyata keçirilməsinə imkan verir və investorlar üçün cəlbedici şərait yaradır. Gürcüstan da bu prosesdə mühüm rol oynayaraq regional əməkdaşlığın vacib halqasına çevrilib. İki ölkə arasında həyata keçirilən çoxşaxəli layihələr regionun iqtisadi xəritəsinə yeni rəng qatmaqla yanaşı, siyasi sabitliyin möhkəmlənməsinə xidmət edir. Gürcüstanda siyasi sabitliyin qorunması Azərbaycan üçün də böyük əhəmiyyət daşıyır. Bu sabitlik regionda həyata keçirilən iri layihələrin davamlılığını təmin edir və ümumi inkişaf prosesinə müsbət təsir göstərir. Təsadüfi deyil ki, Azərbaycan dövləti hər zaman bəyan edir ki, regional təhlükəsizlik bizim üçün 1 nömrəli məsələdir. Bu kontekstdə Gürcüstan ilə əməkdaşlıq da xüsusi əhəmiyyət kəsb edir - hər iki ölkə regionda sabitliyin qorunması və təhlükəsizlik mühitinin gücləndirilməsi istiqamətində oxşar mövqedən çıxış edir. Qlobal miqyasda artan gərginliklər, hətta yaxın-uzaq coğrafiyamızda baş verən qarşıdurmalar fonunda Cənubi Qafqazda sabitliyin qorunması mühüm əhəmiyyət daşıyır. Vaxtilə “münaqişə regionu” adlandırılan Cənubi Qafqaz Azərbaycanın səyi və qətiyyəti ilə sabitlik və əməkdaşlıq məkanı kimi xarakterizə olunur. Azərbaycan bu prosesdə fəal rol oynayaraq regionda yeni əməkdaşlıq formatlarının formalaşdırılmasına təşəbbüs göstərir. Gürcüstan da bu təşəbbüsləri dəstəkləyərək regional təhlükəsizliyin möhkəmlənməsinə öz töhfəsini verir.
Həmçinin Azərbaycan-Gürcüstan strateji müttəfiqliyi Ermənistan üçün də sabitlik və inkişafa təminatı verir. Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin paraflanması və sülh prosesinin möhkəmlənməsi bölgədə yeni əməkdaşlıq formatını təsis etməkdədir. Yekun sülh sazişi imzalandıqdan sonra Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə reallaşdırılan enerji və nəqliyyat layihələrində Ermənistanın da yer almasına səbəb olmaqla, nəticədə bölgədə nəqliyyat-logistika zəncirini daha da genişləndirəcək, Şərq və Qərb arasında yeni geosiyasi və iqtisadi coğrafiya formalaşacaq.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 İyul 09:54
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58

