WUF13 -ün qalıcı irsi - “Bakı Şəhərsalma Mükafatı”
22.05.2026 [11:22]
Azərbaycanın qlobal şəhərsalma və iqlim gündəliyinə sadiqliyinin təzahürüdür
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan Hökuməti və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) dayanıqlı şəhər inkişafı sahəsində yeni qlobal mükafat - “Bakı Şəhərsalma Mükafatı” təsis edib. Bakı Şəhərsalma Mükafatı uzunmüddətli sosial, iqtisadi və ekoloji təsir potensialına malik praktik şəhər həllərinin beynəlxalq səviyyədə təşviqinə yönəlmiş qlobal platforma kimi formalaşdırılır.
Mükafat Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) əsas qalıcı irsindən biri olacaq. Mükafat forum çərçivəsi ilə məhdudlaşmayaraq, qlobal şəhər gündəliyinin uzunmüddətli təşviqinə xidmət edən beynəlxalq mexanizm kimi nəzərdə tutulur. Təşəbbüs üç əsas istiqamətin birləşdirilməsini nəzərdə tutur: Şəhərsalma mütəxəssisləri tərəfindən artıq tətbiq olunan praktik həllər; ekspert bilikləri və elmi əsaslandırılmış yanaşmalar; uğurlu təcrübələrin milli və beynəlxalq siyasətə inteqrasiyası. Qiymətləndirilmə memarlıq, şəhərsalma, mənzil təminatı, iqlim dayanıqlılığı, maliyyə və vətəndaş cəmiyyəti sahələrində aparıcı beynəlxalq ekspertlərdən ibarət müstəqil münsiflər heyəti tərəfindən həyata keçiriləcək. Mükafat dünyanın bütün regionlarını təmsil edən iştirakçılar üçün açıq platforma olacaq.
“Bakı Şəhərsalma Mükafatı”nın təsis olunması Azərbaycanın qlobal şəhərsalma və iqlim gündəliyinə uzunmüddətli sadiqliyinin növbəti təzahürüdür. Bu istiqamətdə həyata keçirilən təşəbbüslərə COP29-a ev sahibliyi, “Dayanıqlı və Sağlam Şəhərlər üçün Multisektoral Fəaliyyət Yolları (MAP)” və “Bakı Davamlılıq Koalisiyası” təşəbbüslərinin irəli sürülməsi, UN-Habitat-ın “Hər kəs üçün münasib mənzil” üzrə Açıq Hökumətlərarası İşçi Qrupuna həmsədrlik , eləcə də WUF13-ə Bakının ev sahibliyi etməsi daxildir.
Nəzərə alaq ki, Azərbaycanın UN-Habitat ilə əməkdaşlığı 2022-ci ildə Azərbaycan Milli Şəhərsalma Forumunun təsis edilməsindən etibarən ardıcıl şəkildə inkişaf edir. Bu əməkdaşlıq çərçivəsində şəhərsalmanın inkişafı sahəsində birgə layihələr həyata keçirilir. Buraya həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında üç Milli Şəhərsalma Forumunun təşkili, eləcə də 2023-cü ildə Bakıda Ümumdünya Məskunlaşma Günü münasibətilə keçirilmiş tədbirlər daxildir.
Qeyd edək ki, mükafatın təsis olunması münasibətilə keçirilən tədbirdə çıxış edən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax WUF13-dəki yeniliklərin, burada real həyat nümunələri ilə nümayiş etdirilən təcrübələr toplusunun, həmçinin yeni təsis edilən “Bakı Şəhərsalma Mükafatı”nın ümumi səylərin davam etdirilməsinə mühüm töhfə verəcəyini bildirib. “Biz inanırıq ki, Ümumdünya Şəhərsalma Forumunun bu yeniliyi, eləcə də artıq mövcud olan və burada real həyatda nümayiş etdirilən təcrübələr toplusu, həmçinin yeni təsis edilən “Bakı Şəhərsalma Mükafatı” səylərimizi davam etdirməyə töhfə verəcək”, - deyən Anaklaudia Rossbax deyib. O deyib ki, növbəti Ümumdünya Şəhərsalma forumlarında və ondan sonrakı dövrdə biz təcrübələri toplamağa davam edə bilərik: “Onları forum çərçivəsinə gətirməyi davam etdirə bilərik, lakin ən önəmlisi həmin təcrübələri hər kəs üçün əlçatan ictimai bir xeyir kimi təqdim etməkdir. Bu fürsətdən istifadə edərək Bakıda bu mükafatı təqdim edir və bildiririk ki, UN-Habitat Azərbaycan Hökuməti ilə və bu prosesdə bizə dəstək olacaq yüksəksəviyyəli kuratorlar qrupu ilə əməkdaşlığa sadiqdir”.
WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “Bakı Şəhərsalma Mükafatı”nın əksər hallarda bir-birindən ayrı şəkildə fəaliyyət göstərən üç mühüm amili əlaqələndirmək məqsədi daşıdığını bildirib: “Bura birincisi, təcrübə - merlərin və mütəxəssislərin artıq işləyib hazırladığı real həll yolları; ikincisi, bilik - bu həllərin effektivliyinə dair ciddi sənədləşdirmə və üçüncüsü, siyasət - qazanılmış təcrübənin hökumətlər, beynəlxalq qurumlar, eləcə də Qlobal Şəhərsalma Gündəliyi tərəfindən tətbiqi daxildir. Mükafatın hər bir mərhələsi sadəcə təltifetmə mərasimi ilə yekunlaşmayacaq, öyrənmə, potensialın gücləndirilməsi və təcrübənin yenidən tətbiqi üçün fəal dəstək mexanizmləri ilə davam etdiriləcək. Bu mükafat yalnız uğurlu həll yollarını təqdir etmək deyil, həm də onların miqyasını genişləndirmək məqsədi daşıyır”.
Tədbirə ünvanladığı videomüraciətində tanınmış britaniyalı memar Norman Foster şəhər merləri, yerli idarəetmə orqanlarının rəhbərləri və vətəndaş cəmiyyəti liderlərinin “Bakı Şəhərsalma Mükafatı”nın əsas fəlsəfəsini təşkil edən dayanıqlı şəhərsalma və mənzil təminatı vasitəsilə müsbət dəyişikliklərə imza ata biləcəklərini vurğulayıb. “Buna görə də “Bakı Şəhərsalma Mükafatı”nın münsiflər heyətinə üzv qismində dəvət olunmaqdan şərəf duyuram. Bu çox vacib tədbirə yüksək səviyyədə ev sahibliyi etdiklərinə görə BMT-nin Məskunlaşma Proqramına (UN-Habitat) və Bakı Şəhər İcra Hakimiyyətinə dərin ehtiramımı bildirirəm”, - deyə Norman Foster əlavə edib.
BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Xarici əlaqələr, strategiya, bilik və innovasiya departamentinin direktoru Edlam Yemeru bu təşəbbüsdə Azərbaycan hökuməti ilə əməkdaşlıq etməkdən böyük məmnunluq və şərəf duyduğunu bildirib: “Biz burada mənzil təminatı və şəhərsalma məsələlərini müzakirə edirik. Odur ki, bura sözügedən mükafatın təqdim olunması üçün ən doğru məkandır. Bu mükafat digər qlobal təşəbbüslərlə də bağlıdır”. O, bu təşəbbüsün WUF-un əsas prioritetlərindən birinə çevriləcəyinə ümidvar olduğunu bildirib. “Ümid edirik ki, bu platforma 2028-ci ildə Meksikada keçiriləcək növbəti WUF-un da ayrılmaz hissəsini təşkil edəcək”, - deyə Edlam Yemeru diqqətə çatdırıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxAsiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15

