Türkiyədə seçki marafonu davam edir...
19.05.2023 [10:46]
İkinci turun əsas sualı - Oğan kimi dəstəkləyəcək?
Türkiyədə 28 mayda baş tutacaq prezident seçkilərinin ikinci turu öncəsi mühüm hazırlıqlar nəzərə çarpmaqdadır. Prezident Rəcəb Tayyib Ərdoğan sosial şəbəkələr vasitəsilə seçicilərinə müraciətlər edir, gələcək planlarla bağlı fikirlərini bölüşür. CHP isə hələ də partiyadaxili qarışıqlıqları aradan qaldırmaq uğrunda mübarizə aparır. Partiyanınn bir çox üzvləri ikinci turun nəticələrinin də fərqli olmayacağı düşüncəsindədir. Onların fikrincə, partiya daha çox hazırki böhran vəziyyətindən çıxmaq üçün yollar axtarmalı, qurultay keçirməli və rəhbərlik dəyişməlidir. Hətta partiyadaxili qrupların Kamal Kılıçdaroğluna açıq ultimatum ünvanladığı da bildirilir. Parlamentdəki millət vəkili sayı azalan və seçkilərdə məğlub olan CHP prezident seçkilərinin ikinci turunda da eyni aqibətlə üzləşsə, Kılıçdaroğlunun istefa verməsi tələb olunacaq.
ATA İttifaqının namizədi diqqət mərkəzində...
İkinci tur öncəsi maraqla izlənən şəxslərdən biri də seçkinin birinci turunda 5,17 faiz səs toplayay ATA İttifaqının prezidentliyə namizədi Sinan Oğandır. Oğanın ikinci turla bağlı hansı qərarı verəcəyi isə dəqiqləşməyib. Bu qərarı vermək üçün məsləhətləşmələr aparacağını deyən Oğan hələ də səssizliyini pozmur.
ABŞ-ın “The New York Times” qəzetinə müsahibəsində Sinan Oğan son zamanlarda hansı siyasi qüvvəni dəstəkləyəcəyi ilə bağlı ona çoxlu sualların ünvanlandığını bildirib. Sinan Oğan müsahibəsində Prezident Ərdoğanın iş əxlaqını bəyəndiyini deyib.
Sinan Oğanın şərtləri...
Eyni zamanda, Türkiyə mətbuatı ATA İttifaqının prezidentliyə namizədi Sinan Oğanın ikinci turda namizədlərdən birinə dəstək vermək üçün irəli sürdüyü 5 şərtini açıqlayıb. Həmin şərtlərdə:
- Konstitusiyanın ilk 4 maddəsinin dəyişməzliyi;
- 66-cı maddədə yer alan türklüyün konstitusiyadan çıxarılması cəhdinə qarşı sərt dayanmaq;
- 13 milyon mühacirin göndərilməsi;
- İqtisadi böhranın əsas səbəbi olan faiz və inflyasiyadan qurtulmaq;
-Terror təşkilatları və onların siyasi strukturları arasında məsafə qoyulması kimi məsələlər yer alıb.
Qeyd edək ki, Türkiyənin aparıcı siyasət adamları və təhlilçilər Oğanın irəli sürdüyü bu tələblərlə bağlı fikirlərini bölüşüblər. Ortaq qənaətə görə isə, dəstəklənmə şansının daha çox Prezident Ərdoğana məxsus olması qeyd edilir.
Ərdoğan Türkiyə Cümhuriyyətinin qlobal imicini daha da möhkəmləndirib
Türkiyə Ana Yasasının 1-ci maddəsində göstərilir ki, Türkiyə Dövləti Cümhuriyyətdir (Respublikadır). İkinci maddədə isə Respublikanın xüsusiyyətləri yer alır. III maddədə isə dövlətin bütövlüyü, rəsmi dili, bayrağı, himni və paytaxtı ilə bağlı məsələlər qeyd olunub. IV maddədə isə göstərilir ki, Konstitusiyanın 1-ci, 2-ci 3-cü maddələri dəyişdirilə bilməz. Konstitusiyanın 66-cı maddəsi isə Türk vətəndaşlığı ilə bağlıdır.
Təbii ki, indiki məqamda Türkiyənin qlobal gücə çevrilməsi Prezident Ərdoğanın adı ilə bağlıdır. Məhz Ərdoğanın rəhbərliyi altında Türkiyə özünün iqtisadi- siyasi, hərbi üstünlüklərini daha da artırmağa, həm bölgədə, həm də Avropa məkanında güc mərkəzi kimi çıxış etməyə başladı. Son bir neçə il isə Türkiyə üçün xüsusilə mühüm əhəmiyyət daşıyır - Avroasiya məkanında yaşanan kataklizmlərdə Türkiyənin rolu, bu ölkənin hərbi müdafiə sənayesinin yüksəlişi, yeni texnologiyalara əsaslanan yeni tipli silahların yaradılması, ən əsası isə mühüm bir coğrafiyada siyasi liderlik statusuna yüksəlməsi dövlətin qarşısında yeni vəzifələr müəyyənləşdirir, mühüm perspektivlər formalaşdırır. Məhz Rəcəb Tayyib Ərdoğan Türkiyənin Yaxın Orta Şərq, Avropa, Qafqaz regionunda apardığı siyasəti daha da möhkəmləndirdi - siyasi münasibətlərdə yeni səhifələrin açılması, Aralıq dənizi hövzəsində müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi, Yaxın Orta Şərqdə siyasi sabitliyə verdiyi töhfələr, terrorizmə qarşı mübarizədəki qətiyyəti, hətta NATO-nun gələcəyində oynadağı mühüm rol, Qafqazda siyasi münasibətlərin müəyyənləşməsinə təsiri daha da artdı. Eyni zamanda, Prezident Ərdoğanın müəyyənləşdirdiyi inkişaf konsepsiyası Türkiyənin 2025-ci il üçün müəyyənləşdirdiyi hədəflərin əsas ştrixlərinə çevrilib.
Türkiyə dövləti terrorla mübarizəyə mühüm töhfələr verir
Türkiyədə olan mühacirlər məsələsinə gəldikdə isə, dövlətin bununla bağlı mövqeyi ortadadır. Ötən ilin dekabrından başlanan və dördtərəfli formatda - Türkiyə, Suriya, İran və Rusiyanın iştirakı ilə baş tutan təmaslarda həm müdafiə, həm də xarici işlər nazirləri səviyyəsində müzakirələr aparılıb. Görüşlərdə Suriya böhranı, qaçqın problemi və Suriyadakı bütün terror təşkilatlarına qarşı birgə mübarizə məsələləri müzakirə olunub. Bu görüşlər regional sülhün və əməkdaşlığın formalaşdırılması üçün mühüm irəliləyiş kimi qəbul edilir və mühacirlərin geri dönüşü üçün münbit şərait formalaşdırır. Əldə olunan razılaşmalar isə Türkiyə ilə Suriya arasında münasibətlərin normal vəziyyətə qayıtmasına mühüm təsir göstərir. Bəzi siyasi mütəxəssislər sözügedən problemlərin həlli ilə bağlı Türkiyə ilə Suriya arasında hökumətlərarası komissiyanın toplantısının keçirilməsi də istisna edilmir. Beləliklə, Türkiyə bir daha bölgədə sabitləşdirici faktor olduğunu ortaya qoyur.
Sinan Oğanın Kılıçdaroğlunu dəstəkləmə şansı aşağı dəyərləndirilir
Qeyd olunan nüanslar Sinan Oğanın irəli sürdüyü tələblə bağlı Türkiyə hakimiyyətinin addımlar atdığının göstəricisidir. Eyni zamanda, hələ seçkilərdən öncə həm seçicilər, həm də elə ictimai şəxslər CHP sədri Kamal Kılıçdaroğlunu PKK-ya yaxın siyasi qüvvələrlə əməkdaşlıqda günahlandırırdılar. Hətta “altılı masa”da CHP-nin müttəfiqi olan İYİ Partiyanın üzvləri belə sədr Meral Akşenerə terroru dəstəkləyən siyasi qüvvələrlə işbirliyi səbəbindən Kılıçdaroğlunu dəstəkləməməyi tövsiyyə etmişdilər. Eyni zamanda, Kılıçdaroğlunun “Türk axını” layihəsindən Azərbaycanı “kənarda qoyması” Türkiyə seçiciləri arasında böyük narazılıq yaratmışdı. Sinan Oğanın “sağ millətçi” ideologiyanı təmsil etdiyini göz önünə gətirərək, siyasi texnoloqlar onun Kılıçdaroğlunu dəstəkləməsi şanslarını olduqca aşağı qiymətləndirilər.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına bax
Dünya
02 İyun 18:17

Xəbər lenti
02 İyun 16:47

Xəbər lenti
02 İyun 16:40

Xəbər lenti
02 İyun 15:11

Xəbər lenti
02 İyun 14:48

Dünya
02 İyun 14:26

Xəbər lenti
02 İyun 13:18

Xəbər lenti
02 İyun 12:47

Xəbər lenti
02 İyun 12:43

Xəbər lenti
02 İyun 12:19

Xəbər lenti
02 İyun 12:15

Xəbər lenti
02 İyun 12:14

Xəbər lenti
02 İyun 12:06

İdman
02 İyun 11:55

MEDİA
02 İyun 11:40

Xəbər lenti
02 İyun 11:30

Xəbər lenti
02 İyun 11:27

İqtisadiyyat
02 İyun 11:22

Xəbər lenti
02 İyun 11:19

Sosial
02 İyun 11:15

Xəbər lenti
02 İyun 11:07

Xəbər lenti
02 İyun 11:07

Xarici siyasət
02 İyun 11:05

Xəbər lenti
02 İyun 11:04

Xəbər lenti
02 İyun 10:55

Xəbər lenti
02 İyun 10:46

Xəbər lenti
02 İyun 10:44

Xarici siyasət
02 İyun 10:42

Analitik
02 İyun 10:30

İqtisadiyyat
02 İyun 10:20

Gündəm
02 İyun 10:10

Siyasət
02 İyun 10:00

Xəbər lenti
02 İyun 09:26

Xəbər lenti
01 İyun 22:41

Xəbər lenti
01 İyun 22:36

Siyasət
01 İyun 21:43

Xəbər lenti
01 İyun 20:32

Xəbər lenti
01 İyun 20:26

Xəbər lenti
01 İyun 20:03

Xəbər lenti
01 İyun 19:59

Xəbər lenti
01 İyun 19:10

Gündəm
01 İyun 18:29

Siyasət
01 İyun 18:25

Xəbər lenti
01 İyun 18:06

Xəbər lenti
01 İyun 17:37

Xəbər lenti
01 İyun 17:07

Xəbər lenti
01 İyun 17:05

İqtisadiyyat
01 İyun 17:03

İqtisadiyyat
01 İyun 16:37

Dünya
01 İyun 16:28

Gündəm
01 İyun 16:13

Xəbər lenti
01 İyun 15:56

Dünya
01 İyun 15:35

Xəbər lenti
01 İyun 15:15

Xəbər lenti
01 İyun 15:13

Xəbər lenti
01 İyun 14:48

Xəbər lenti
01 İyun 14:19

Xəbər lenti
01 İyun 13:55

Xəbər lenti
01 İyun 13:41

Gündəm
01 İyun 13:37

Xəbər lenti
01 İyun 11:35

Analitik
01 İyun 11:30

Xəbər lenti
01 İyun 11:25

Xəbər lenti
01 İyun 11:20

Xarici siyasət
01 İyun 11:12

Xəbər lenti
01 İyun 10:57

Analitik
01 İyun 10:52

Siyasət
01 İyun 10:42

Siyasət
01 İyun 10:30

Sosial
01 İyun 10:29
