Fransa kiçik Ermənistan naminə böyük Avropa İttifaqına qarşı
03.11.2022 [10:16]
Azərbaycan əleyhinə qətnamədə nələr var?
Qətnamə layihəsində həm də Fransa hakimiyyətinə çağırış edilir ki, Azərbaycandan Avropa İttifaqı məkanına neft və qaz ixracına embarqo qoyulması planını reallaşdırmağa başlasın. Bu da yeni tezis deyil. E.Makron bəhs etdiyimiz müsahibəsində xüsusi bir ritorika ilə ölkəsinin dəyərlərinin neftə və qaza satılmadığını bildirmişdi. Ancaq E.Makronun jesti və ritorikası Fransa dəyərlərinin çox-çox aşağılandığı, hətta yerlə bir edildiyi reallığını ortaya qoyur
Azərbaycana səfər etdiyi gün Avropa Komissiyasının Prezidenti “Twitter” hesabında belə bir paylaşım edib. O, Avropa İttifaqının daha etibarlı enerji təchizatçılarına müraciət etdiyini yazıb və Azərbaycana yeni müqavilə imzalamaq üçün gəldiyini qeyd edib. Ursula Von der Lyayen vurğulayıb ki, məqsəd bir neçə il ərzində Azərbaycandan Aİ-yə qaz nəqlini iki dəfə artırmaqdır: “Azərbaycan təchizat təhlükəsizliyimiz və iqlim neytrallığına gedən yolda həlledici tərəfdaşımız olacaq”
Fransa Senatına Azərbaycan əleyhinə növbəti qətnamə layihəsi təqdim olunub. Qətnamənin noyabrın 15-də qəbul ediləcəyi gözlənilir. Layihədə ölkəmizə qarşı bir sıra əsassız müddəalar yer alıb. Belə ki, Azərbaycan “çoxsaylı təcavüzkar hərəkətlərdə” ittiham edilir, ölkəmizin Laçın dəhlizindən çıxması tələbi irəli sürülür, Fransa hakimiyyətinə Avropa İttifaqı miqyasında “Azərbaycandan idxal edilən qaz və neftə embarqo qoyulmasına başlamaq” və Qarabağdakı Azərbaycan ərazilərində özünün “humanitar bürosunu” yaratmaqla bağlı çağırış edilir.
Fransanın pis ənənəsi
Fransa Senatında qəbul edilməsinin gözlənildiyi qətnamə layihəsini, qısaca, bu ölkənin pis ənənəsinin davamı kimi səciyyələndirə bilərik. Bundan əvvəl də Senat Azərbaycana qarşı yönələn təşəbbüsdə bulunmuşdu. Xatırladaq ki, 2020-ci ilin noyabr ayında Fransa Senatı qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyinin” tanınması barədə qətnamə qəbul etmişdi. Aradan iki il vaxt ötüb. Dəyişən isə heç nə yoxdur. Məlum qətnaməni Senatın arxivində toz basmaqdadır. “Dağlıq Qarabağ respublikasının müstəqilliyi” isə dünya çapında ümumiyyətlə yada düşmür, müzakirə predmeti deyil və bundan sonra da belə olacaq. Senatın qətnaməsi sadəcə kağız parçasıdır. Qurum bu kağız parçasını Azərbaycana nifrətin, erməni lobbisinə yarınmağın əlaməti olaraq qəbul edib. Ancaq ilk növbədə özünü biabırçı duruma salıb, beynəlxalq hüquq və normalara məhəl qoymadığını bildirib. Böyük bir dövlətin qanunvericilik orqanının bir ovuc erməninin lobbi maraqlarının girovuna çevrilməsi və beynəlxalq hüquq anlayışını manipulyasiya predmetinə çevirməsi qurumun simasına qara ləkə kimi yapışıb və heç vaxt silinməyəcək.
Fransada pis ənənəni davam etdirən yalnız Senat deyil. Dünya demokratiya tarixində doğrudan da ənənələr yaradan bu ölkədə hətta prezident Emmanuel Makron da erməni lobbisinin çirkabına bulaşıb. Daha dəqiq desək, yeni mərhələdə Fransada Azərbaycana qarşı qarayaxma kampaniyasına bir qədər bundan əvvəl dövlət başçısı səviyyəsində start verilib. Yerli KİV-ə müsahibəsində E.Makron Azərbaycanla Ermənistan arasındakı şərti sərhədlər boyunca sentyabr ayında baş verən hərbi toqquşmalardan bəhs edərək hadisələri Rusiyanın “Qafqaz regionunda və onun hüdudlarından kənarda sabitliyi pozmaq səyləri çərçivəsində törədilən məqsədli təxribat” kimi dəyərləndirib. O, əminliklə bildirib ki, Fransa Ermənistanı tək qoymayacaq. “Ermənistan bizim unikal əlaqəmiz olan ölkədir. Azərbaycan sərhəd boyu bir neçə yerdən Ermənistana qarşı hücuma keçib. Biz buna görə onları qınadıq. Biz erməniləri tək buraxmayacağıq”.
Emmanuel Makronun və Senata təqdim olunan qərəzli qətnamə müəlliflərinin Ermənistana olan aşırı rəğbətləri fonunda deyə bilərik ki, ən azından bu ölkənin siyasi rəhbərliyi demokratik ənənələrdən qərəzçiliyə doğru yuvarlanmaqdadır. Bir sıra hallarda Fransanı təmsil edən parlament nümayəndələri, hökumət rəsmiləri, Emmanuel Makron da daxil olmaqla prezidentlər ermənilərə büruzə vermək istədikləri rəğbətlərində o qədər qabağa gedirlər ki, istər-istəməz demokratiya tarixində ənənələr yaratmış bu ölkənin milli maraqlarının belə Ermənistan naminə güzəştə gedildiyini və yaxud qurban verildiyini düşünürsən. Hər halda son 30 ildə-təcavüzkar Ermənistanın havadarlarının köməyi ilə Azərbaycan ərazilərini işğal altında saxladığı dövrdə bu ölkə rəsmilərinin sərgilədikləri birtərəfli mövqe, hazırda isə E.Makronun ənənəni daha eybəcər və çılpaq formada davam etdirməsi belə qənaətə gəlməyə tam əsas verir.
Qoca qitənin ümumi maraqlarına zərbə
Məlum qətnamə layihəsində həm də Fransa hakimiyyətinə çağırış edilir ki, Azərbaycandan Avropa İttifaqı məkanına neft və qaz ixracına embarqo qoyulması planını reallaşdırmağa başlasın. Bu da yeni tezis deyil. E.Makron bəhs etdiyimiz müsahibəsində xüsusi bir ritorika ilə ölkəsinin dəyərlərinin neftə və qaza satılmadığını bildirmişdi. Ancaq E.Makronun jesti və ritorikası Fransa dəyərlərinin çox-çox aşağılandığı, hətta yerlə bir edildiyi reallığını ortaya qoyur. Aydın görünür ki, Fransa dəyərləri lobbi maraqlarına çox asanlıqla qurban verilir. Hətta o dərəcədə qurban verilir ki, Fransa Senatı kiçik Ermənistanın iddialarını təmin etmək naminə böyük Avropa İttifaqının siyasi və iqtisadi maraqlarına qarşı çıxmağa da özündə cəsarət tapıb. Başqa cür necə dəyərləndirək? Aİ ilə Azərbaycan arasında enerji dialoqunun uzun tarixi var. Son olaraq 2022-ci il 18 iyul tarixində Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Bu, Azərbaycanla Aİ arasında enerji dialoqunun perspektivlərinə dair yol xəritəsi sayılır. Sənədi Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen imzalayıblar. Xatırladaq ki, məlum geosiyasi gərginliklər fonunda enerji təchizatı qoca qitə üçün həyati əhəmiyyətli bir məsələyə çevrilib. Azərbaycan Avropanın başqa mənbələrdən kəskin şəkildə azalan təchizatını qarşılamağa geniş imkanları olan ölkədir. Azərbaycana səfər etdiyi gün Avropa Komissiyasının Prezidenti “Twitter” hesabında belə bir paylaşım edib. O, Avropa İttifaqının daha etibarlı enerji təchizatçılarına müraciət etdiyini yazıb və Azərbaycana yeni müqavilə imzalamaq üçün gəldiyini qeyd edib. Ursula Von der Lyayen vurğulayıb ki, məqsəd bir neçə il ərzində Azərbaycandan Aİ-yə qaz nəqlini iki dəfə artırmaqdır: “Azərbaycan təchizat təhlükəsizliyimiz və iqlim neytrallığına gedən yolda həlledici tərəfdaşımız olacaq”.
“Siz yalnız bizim enerji təhlükəsizliyimiz üçün deyil, həmçinin “yaşıl enerji” sahəsində də etibarlı tərəfdaşsınız. İmzaladığımız bu sənəd enerji sahəsində əməkdaşlığımızı daha da gücləndirəcək. İlkin olaraq biz Azərbaycandan qaz ixracını iki dəfə artıracağıq, bu sənəd vasitəsilə Cənub qaz Dəhlizinin genişləndirilməsinə sadiqliyimizi ifadə edirik. Bu layihə artıq Avropa İttifaqı üçün çox önəmlidir, indi hər il 8 milyard kubmetr qaz Avropaya ötürülür, gələn il həcmi 12 milyard kub metrə, yaxın illərdə isə 20 milyard kubmetrə çatdıracağıq”. Bu fikirləri də Avropa İttifaqının Prezidenti Ursula Von der Lyayen ifadə edib.
Əlavə şərhə ehtiyac qalmır. Böyük Avropa Azərbaycanın qoca qitənin enerji təhlükəsizliyinə töhfələrini yüksək dəyərləndirdiyi halda, Fransa Senatının təmsilçiləri embarqo söhbətini gündəmə gətirməyi özlərinə necə rəva görüblər? Belə görünür ki, onlar ölkələrinin dəyərlərini ayaqlar altına artdıqları kimi, Avropanın ümumi maraqlarına da arxa çevirməyə hazırdırlar.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51

