İslamofobiya və türkofobiya məkanında...
29.10.2024 [08:39]
Yeni qorxu dalğası
Hazırda Avropa İttifaqında (Aİ) insan hüquqlarının müdafiəsi sahəsində ciddi problemlər mövcuddur. Özünü demokratiyanın və insan haqlarının beşiyi kimi təqdim edən Aİ-də irqi ayrı-seçkilik, islamofobiya, türkofobiya halları və digər problemlər davamlı olaraq artmaqdadır.
İslamofobiya və irqi ayrı-seçkilik pik həddə çatıb
Xüsusilə, Avropada müsəlmanların təqib və təhqir olunması artıq tendensiyaya çevrilib. Üstəlik, bu hərəkətlər əvvəlcədən planlaşdırılmış qaydada və müəyyən siyasi dəstək əsasında edilir. Bu, həm də onu göstərir ki, Qərbdə, Avropada təkcə siyasi dəyərlər aşınmaya məruz qalmır, eyni zamanda, ideoloji, mənəvi və dini ayrı-seçkilik artır, sivilizasiyaların toqquşması tezisi təbliğ edilir. Bəzi Aİ ölkələrində müsəlmanların müqəddəs kitabı olan “Quran”ın yandırılması, Məhəmməd peyğəmbərin təhqir olunması da bunun göstəricisidir.
Məsələn, Avropa İttifaqının aparıcı dövlətlərindən biri sayılan Fransanın digər qitələrdəki müstəmləkə ərazilərində yaşayanlarla birlikdə əhalisinin sayı təxminən 68 milyon nəfərdir. Ölkə əhalinin 7-9 faizi İslam dininə etiqad edənlərdən ibarətdir. Bu göstəricilərə görə Fransa Aİ məkanında İslam dininə etiqad edənlərin ən çox yaşadığı ölkədir. Bu ölkə “Azadlıq, bərabərlik, qardaşlıq” şüarını özünə deviz seçsə də, gerçəkdə fərqli siyasət yürüdür. Xüsusilə də Makron iqtidarının dönəmində Fransa bu dəyərlərdən çox uzaqlaşıb. Ölkənin ictimai-siyasi həyatında, dövlət siyasətində qeyd olunan prinsiplərin gözlənildiyini söyləmək mümkün deyil. Çünki dövlət-vətəndaş münasibətlərində milli, dini, etnik, hətta regional mənsubiyyət amillərinə ciddi önəm verildiyi açıq-aydın sezilir. Sözdə “demokratiya”, “insan haqları” deyən hakimiyyət praktiki müstəvidə icmaların fəaliyyətinə seçim prinsipi ilə yanaşır - hansısa toplumlara hər cür imtiyazlar verilir, fəaliyyət sərbəstliyi təmin olunur, digərlərinin isə hərəkətləri sərt çərçivələrə salınır. Hətta bunu leqallaşdıran və hüquqi əsaslar yaradan qanun və qərarlar da qəbul olunub. Fransa Aİ-də müsəlmanları irqi ayrıseçkiliyə məruz qalan əsas dövlətlərdən biridir.
Bəzi təşkilatlar vəziyyətlə bağlı həyəcan təbili çalır
Arzuolunandır ki, Avropada belə qarşıdurma ssenarilərinə son qoyulsun, islamofobiya, irqçilik, diskriminasiya əvəzinə tolerantlıq, multikulturalizm seçilsin, bəşəri dəyərlər təbliğ və təşviq edilsin. Lakin proseslər göstərir ki, Avropada mövcud olan bu zərərli tendensiyaya son qoyulması hazırkı dönəmdə real görünmür. Çünki bütün bunların fonunda miqrant problemləri artır, demokratiya və insan haqları məsələlərində ziddiyyətlər güclənir. Üstəlik, bu problemlər Avropada yoxsulluğun artmasına da təsirini göstərir.
Bu neqativ hallar Avropanın bir sıra təşkilatların hesabatlarında da əksini tapır. Belə ki, Avropa İttifaqının Əsas Hüquqlar Agentliyinin (FRA) son hesabatında bildirilir ki, yoxsulluq səviyyəsinin artması, demokratiyaya hücumlar, irqçilik və ksenofobiya, eləcə də miqrasiya problemləri 2024-cü ildə Avropa İttifaqında fundamental hüquqlar üçün əsas təhdidlər sırasındadır. Təşkilatın hesabatına əsasən, yaşayış xərclərinin, xüsusən də enerji qiymətlərinin artması ona gətirib çıxarıb ki, insanların 20 faizi (hər beş nəfərdən biri) səfalət içindədir. Bununla əlaqədar olaraq, Vyanada yerləşən agentlik üzv dövlətləri yoxsulluğun və elektrik enerjisinə xərclərin azaldılmasına dair tədbirlərin əhalinin ən aztəminatlı qruplarına şamil olunmasına çağırır. FRA gəlirlərin artmasına məhdudiyyətlərin mövcud olduğu, sosial gəlirin isə həddindən artıq yoxsulluq hallarına gətirib çıxaran 12 üzv dövlətdə sosial problemlərin yumşaldılmasına dair tədbirləri müəyyən edib.
FRA eləcə də dövlətin dinc yığıncaqlar və fikirləri ifadə etmək azadlığı hüququna münasibətdə həddən artıq müdaxiləsini pisləyir və qeyd edir ki, bu, mülki məkana təhdiddir, belə vəziyyət ictimai işlərdə əhəmiyyətli iştirakın mövcud olmaması deməkdir və dezinformasiya ilə birləşdikdə bütün Avropa ölkələrində demokratiyaya xələl gətirir. “İyirmi yeddi üzv dövlət, həmçinin vətəndaş cəmiyyətinin müdafiəsini gücləndirməli, antisemitizm və islamofobiyanın artması barədə xəbərdarlıq edərək, həyəcanlı tendensiya kimi təsnif etdikləri irqçilik və dözülməzliyin bütün formaları ilə mübarizə aparmalıdır”,-deyə hesabatda vurğulanıb.
Aİ ukraynalı qaçqınlara sosial dəstəyi azaldır
Məsələ ondadır ki, Avropa İttifaqında ukraynalı qaçqınlara da münasibət mənfi mənada dəyişməkdədir. BMT-nin açıqladığı rəqəmlərə görə, müharibə başlayandan bəri Ukraynada 12 milyon şəxs öz yaşayış yerini tərk etməyə məcbur qalıb. Bildirilib ki, hazırda Avropa ölkələrində 8 milyon ukraynalı qaçqın var. Onların ən çox üz tutduğu ölkələr isə Polşa və Almaniyadır. Polşada Ukraynadan gələnlərin sayı 1 milyon 400 min, Almaniyada 1 milyon nəfərdir. Çexiyada 431 min, Fransada 101 min ukraynalı qaçqın qeydə alınıb.
Eyni zamanda, Almaniyada Ukraynadan olan qaçqınlara da münasibətin dəyişdiyi müşahidə edilir. Məsələn, Almaniya Şəhərləri və İcmaları Assosiasiyasının (DStGB) prezidenti Uve Brandl deyib ki, qaçqınlarla bağlı müxtəlif problemlərin həllində imkanlarının son həddinə çatıblar: “Çoxlu sayda ukraynalı qaçqın mərhəmətli almanların evində məskunlaşdı. Ancaq bu, daimi ola bilməz, başqa variantlar tapmaq lazımdır. Berlinin əsas qatar stansiyasında Ukraynadan olan qaçqınlara sığınacaq verməyə hazır olan alman vətəndaşlarının sayı azalıb. Onları qəbul edənlər qaçqınların bu qədər uzun müddət qalacaqlarını gözləmirdilər”.
Almaniyanın bəzi federal əyalətlərinin baş nazirləri ukraynalı qaçqınlara müavinətlərin ödənilməsinə yenidən baxılmasının tərəfdarıdırlar. Saarın baş naziri Anke Relinger ukraynalı qaçqınlara müavinətlərin verilməsinə müsbət yanaşmır. Saksoniyanın rəhbəri Maykl Kreçmer isə ukraynalıların mülki müavinətləri almağa davam edib-etməməsi barədə düşünməyə çağırıb. O, Ukraynadan olan qaçqınların 30 faizdən azının Almaniyada işlədiyini vurğulayıb.
Almaniya hökuməti Aİ ölkələrinə səfər edən ukraynalılar üçün o qədər də etibarlı olmayan plastik kartlar verir. Bildirilir ki, ukraynalı qaçqınlarla bağlı vəziyyətdə təəccüblü heç nə yoxdur. Çünki Avrozonanın sosial ödənişlər və yardımlarla bağlı yükü bir neçə dəfə artıb. Ukrayna qaçqınlarına ögey münasibətin bir səbəbi də müharibə edən ölkədə səfərbərliklə bağlı yaranmış çətin vəziyyətdir. Ukrayna Silahlı Qüvvələrində canlı qüvvə çatışmazlığı var. Aİ öz qanunlarını poza və ukraynalı qaçqınları zorla çıxara bilməz. Ona görə də ukraynalıları Avropadan “vətənlərinə doğru sıxışdırmaq” üçün müxtəlif tədbirlər görülür.
Aİ məkanında ukraynafobiya da yaranır
Polşanın hakimiyyət orqanları isə bu il iyulun 1-dən ukraynalı qaçqınların özəl sektorda yerləşdirilməsi ilə bağlı ödənişləri ləğv etmək haqda qərar qəbul edib. Əvvəllər Ukraynadan olan qaçqınları öz evlərində yerləşdirən ev sahiblərinə hər qaçqın üçün gündə 40 zlotı (təxminən 10 dollar) ödənilirdi. Eyni zamanda, qaçqınların özlərinə ödənilən 300 zloti (təxminən 75 dollar) məbləğində birdəfəlik ödənişlər də dayandırılıb. Polşa hökuməti bunu sistemin etibarlılığının təmin edilməsində mövcud çətinliklərlə izah edib.
Niderland isə ukraynalı qaçqınların ölkədən çıxarılması prosesinə başlayıb. Belə ki, bu ölkədə sığınacaq tapmış miqrant-qaçqınların sosial müavinətdən və mənzildən məhrum edən qanun qüvvəyə minib. Ukraynalıların arasında da ölkəni tərk etmələri barədə bildiriş alanların sayı kifayət qədərdir.
Ukraynalı qaçqınlar Aİ ölkələrinə daxil olmaqda da problem yaşamağa başlayıblar. Bir sıra Avropa KİV-ləri yazır ki, ukraynalıların Avropada mütləq iş tapacaqları, iş tapmasalar isə müavinətlə mükəmməl yaşaya biləcəkləri haqda ümidləri də daha əvvəlki kimi deyil. Çünki Avropa ucuz enerji resurslarını itirib, istehsal hər yerdə azalıb, öz vətəndaşlarının belə işləməsi problemdir. Əgər əvvəllər Rusiyaya qarşı hər gün fləşmoblar keçirilirdisə, artıq bu gün Avropa ölkələrində hətta binalardan Ukrayna bayraqlarını yığışdırmağa başlayıblar. Bütün bunlar o deməkdir ki, Aİ-də islamofobiya, türkofobiya ilə yanaşı ukraynafobiya da yaranır.
Göründüyü kimi, Avropa İttifaqı məkanında bütün sferaları əhatə edən problemlər artmaqdadır. Aİ dünyanın müxtəlif regionlarında proseslərə müdaxilə etməkdənsə, özünün daxili məsələlərinə daha çox diqqət ayırmalıdır. Avropa İttifaqı isə bu problemləri yaxın zamanlarda həll etməyə hazır görünmür.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxCOP29
10 Noyabr 23:46
Siyasət
10 Noyabr 23:20
Siyasət
10 Noyabr 23:18
Siyasət
10 Noyabr 23:17
Siyasət
10 Noyabr 23:16
İdman
10 Noyabr 23:14
Dünya
10 Noyabr 22:57
COP29
10 Noyabr 22:21
COP29
10 Noyabr 22:12
Siyasət
10 Noyabr 21:51
Siyasət
10 Noyabr 21:50
Siyasət
10 Noyabr 21:49
İdman
10 Noyabr 21:47
Sosial
10 Noyabr 21:16
Xəbər lenti
10 Noyabr 20:55
Siyasət
10 Noyabr 20:46
COP29
10 Noyabr 20:44
Hərbi
10 Noyabr 20:38
Xəbər lenti
10 Noyabr 20:23
Sosial
10 Noyabr 19:51
Siyasət
10 Noyabr 19:47
Gündəm
10 Noyabr 19:29
Gündəm
10 Noyabr 19:23
Sosial
10 Noyabr 19:21
Gündəm
10 Noyabr 19:20
Dünya
10 Noyabr 18:58
Siyasət
10 Noyabr 18:22
Siyasət
10 Noyabr 18:06
Gündəm
10 Noyabr 18:04
Siyasət
10 Noyabr 18:04
Siyasət
10 Noyabr 18:02
Sosial
10 Noyabr 17:45
COP29
10 Noyabr 17:14
İqtisadiyyat
10 Noyabr 16:37
Siyasət
10 Noyabr 16:13
Elm
10 Noyabr 15:39
Siyasət
10 Noyabr 15:17
Siyasət
10 Noyabr 14:52
COP29
10 Noyabr 14:23
Sosial
10 Noyabr 14:04
Dünya
10 Noyabr 13:51
Siyasət
10 Noyabr 13:20
Xəbər lenti
10 Noyabr 12:48
Siyasət
10 Noyabr 12:16
COP29
10 Noyabr 11:43
Dünya
10 Noyabr 11:13
Dünya
10 Noyabr 10:39
Siyasət
10 Noyabr 10:18
COP29
10 Noyabr 09:44
Siyasət
10 Noyabr 09:12
Gündəm
10 Noyabr 00:08
Hərbi
09 Noyabr 23:39
COP29
09 Noyabr 23:19
Dünya
09 Noyabr 22:49
Xəbər lenti
09 Noyabr 22:27
Xəbər lenti
09 Noyabr 21:56
COP29
09 Noyabr 21:24
Hərbi
09 Noyabr 20:52
YAP xəbərləri
09 Noyabr 20:40
YAP xəbərləri
09 Noyabr 20:37
Dünya
09 Noyabr 20:16
Elm
09 Noyabr 19:48
Dünya
09 Noyabr 19:16
İqtisadiyyat
09 Noyabr 18:43
Dünya
09 Noyabr 18:12
COP29
09 Noyabr 17:36
Siyasət
09 Noyabr 17:14
Dünya
09 Noyabr 16:58
Dünya
09 Noyabr 16:17
Dünya
09 Noyabr 15:47