110 yaşlı Laçın nənə - Laçından xüsusi reportaj
22.11.2023 [18:37]
Hər şey Laçından başlamışdı...
Tarix: 18 may 1992-ci il. Ermənistan silahlı qüvvələri tərəfindən Laçın işğal edildi. Məqsəd hər vəchlə, terror və barbarlıqla “Miatsum” ideologiyasını reallaşdırmaq, yəni Qarabağı Ermənistana birləşdirmək idi.
Elə hər şey Laçında da bitdi....
2020-ci ilin dekabrın 1-də bir güllə atılmadan azad edilən Laçın şəhərində bu ilin aprelin 23-ü Həkəri çayının üstündə “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Müstəqilliyimizə bərabər tarix yazıldı. 23 aprel 2023-cü il il.
LAÇIN KOMANDAN!
Azərbaycan dövlətçiliyinin Laçın vaxtları geri qayıtdı. Üçrəngli bayrağıyla, Laçın Komandanıyla, laçın oğullarıyla birlikdə. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 26 avqust tarixi Laçın şəhəri günü kimi qeyd olunur. Ölkə başçısı “Laçın Şəhəri Günü” ilə əlaqədar keçirilən bayram tədbirində çıxışı zamanı belə demişdi: “...23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq”.
YOLUMUZ LAÇINADIR!
Laçın öz doğma sakinlərinə qucaq açır. Onlardan biri də Laçın niskili, yurd həsrəti bitmiş 110 yaşlı Fatma nənədir. Fatma nənə yenicə - 3 aydır ki, öz doğma kəndinə qayıdıb. Bizi də öz evinə qonaq çağırıb. Dəvəti geri çevirməzlər deyib, razılaşdıq. Həm də dəvət edərkən söylədikləri ürəyimizə elə toxunmuşdu ki. Bu barədə bir qədər sonra...
Dan yeri sökülməmiş, səhərin gözü açılmamış yola düşdük. O ünvana çatmaq elə də asan başa gəlmədi. Bizi qarşıda çətin relyef şəraitində olan 450 km yol gözləyirdi. Nə az, nə çox 7 saatlıq yol...
Saatlar saatı, dəqiqələr dəqiqəni əvəz edir. Laçına gedən yolla irəlilədikcə fərəh hissi keçirirdik. Vaxtilə dərsliklərdən öyrəndiyimiz, efirlərdən gördüyümüz torpaqlara bu gün ilk dəfə ayaq basırdıq. Özü də hər qarışı şəhidlərimizin qanı hesabına alınan torpağa. Diqqətimizi isə yolun sağ və solunda yerləşdirilən şəhidlərin plakatları çəkir. Uğrunda can verdikləri torpaqlarda adlarının bu formada əbədiləşdirilməsi çox gözəl düşünülüb. Əminik ki, həmin plakatlar orada əbədi olaraq qalacaq və şəhidlərimizin qəhrəmanlıqları heç vaxt unudulmayacaq. Hər dəfə önündən keçərkən bu torpaqlara nəyin gücünə qovuşduğumuzu bizə dönə-dönə xatırladacaq.
Otuz il torpaqlarımızı işğal altında saxlayan mənfur düşmən bir daşı daş üstündə qoymayıb. Yolun solunda duran türbəni belə uçuracaq qədər aciz idilər. Elə bil bu yerlərdən vəhşi qəbilə keçib, desək heç də yanılmarıq. Bu görüntülərin fonunda isə irimiqyaslı tikinti layihələri həyata keçirilir, infrastruktur əsaslı şəkildə yenilənir. Minadan təmizlənərək əkin-biçin üçün şumlanan əraziləri görəndə insanın ruhu təskinlik tapır. Bəli, torpağa həyat gəlir.
Zəngilan torpağının Ağalı kəndinə yaxınlaşdıqca, başı yaşıl papaqlı evləri gördükcə sevincimiz coşub-daşır. Tez avtomobili saxlayıb burada xatirə şəkilləri çəkmək, Ağalıya bir salam vermək qərarına gəlirik. Noyabrın sərt günləri olsa da, burada hava günəşlidir. Bütün torpaqlarımızda olduğu kimi, ay-ulduzlu bayrağımız burada da dalğalanır. Üzərinə Günəşin şəfəqləri nur saçır. Vaxtımız məhdud olduğundan Ağalı ilə vidalaşıb, yolumuza davam edirik.
Budur Qubadlının Xəndək kəndinə gəlib çatırıq. Bu kəndin işğaldan azad olunması xəbərini verdiyim günü dünənki kimi xatırlayıram. Vaxtilə Qarabağın məşhur xalçaçılıq mərkəzlərindən biri olmuş bu yurddan geriyə sadəcə viran qalmış evlər, meyvə və üzüm bağları qalıb. O bağdan meyvə dərib yemək arzumuz baş qaldırsa da, bu mümkün deyildi axı. Düşmən 4 tərəfi minalarla döşəmişdi. İnanırıq ki, minatəmizləmə işləri tezliklə bitəcək, həmin meyvə bağları da öz gerçək sahibləri üçün yenidən bar verəcək.
Nəhayət, gəldib çatdıq Laçın yazısının olduğu yerə... Beləcə, Laçınla ilk tanışlığım başlayır. Yerə qürur və fərəh hissi ilə, ən əsası qalib ölkənin vətəndaşı kimi basdığımı hiss edirəm. Yol kənarında sahibsiz bir ev diqqətimi çəkir. Bir düşünün, evdən geriyə sadəcə divarları qalıb, ortasında isə 30 ildən çox yaşı olan ağac bitib. Görəsən, bura kimin evidir? Onun ocağının vaxtilə istisində kimlər qızınmışdı? Həyətində oynayan uşaqlar görəsən, indi sağdılar? Cavabsız suallarla yolumuza davam edirik. Amma içimizi bir qəhər boğur. Torpağa ayaq basan kimi hər kəs ürəyində bir mahnını zümzümə etməyə başlayır. Əlbəttə ki, Məhəbbət Kazımovun ifa etdiyi “Laçınım mənim” mahnısı. Bu ifa bütün laçınlıların himninə çevrilir. Vaxtilə hönkürtü ilə dinlədiyimiz bu bəstə bu gün də bizi duyğulandırır, gözlərimizi yaşardır. Amma bu dəfə sevinc və fəxrdən... Qartal olub göylərində uça bilməsək də, sevincdən qanadlandığımız doğrudur.
Laçına yaxınlaşdıqca mənzərə daha valehedici olur. Təbiətin gözəlliyi, füsünkarlığı daha da artır. Sanki, gözəllik içərisindən başqa bir gözəllik açılır. Göyün üzü daha təmiz, günəş daha parlaq görünür. Sanki, günəş də zəfər üçün parlayır...Yer-göy xoşbəxtlikdən dil açıb danışır, quşlar belə daha xoşbəxt cəh-cəh vurur. Dağların arasında yerləşən bu diyar öz füsünkar və təkrarolunmaz təbiəti ilə qonaqlarını salamlayır. Sanki bizə “Xoş gəlmisiniz” deyir. Ağlayan, çağlayan Həkəri artıq sevincdən coşur. Onun suyundan qana-qana içdikdən sonra nəinki yol yorğunluğumuz, 30 illik həsrətimiz də bitir.
Fatma nənəgildəyik!
Ən nəhayət gəlib, çatdıq materialın əvvəlində də qeyd etdiyimiz kimi, Fatma nənənin evinə. Bizi qapıdaca qarşılayır ağbirçək. Nənənin gözlərindəki 31 illik həsrətin yerini sevinc alır. Öz sevincini isə “Yeni Azərbaycan”la bölüşmək istədiyini deyir: “31 ildıən sonra öz kəndimə, hətta öz evimə qovuşdum. Allah Prezidentimizin, xanımın, əsgərlərimizin canını sağ eləsin. Şəhidlərimizə rəhmət oxuyuram”.
Əvvəl Bakının Binəqədi rayonunda yaşayırdı. Binəqədi ilə Laçını müqayisə etmək fikri belə onu qəzəbləndirir: “Vətən havası nəyə desən dəyər. Mən gələndən dərman udmuram ha. Nə təzyiq, nə də qolumun ağrısı üçün... buranın mənzərəsi elə bil cənnətdir. Cənnəti məkandır... Bakıda qaynatdığım çayın dadı belə olmurdu”. (Red: uzaqdan əli ilə göstərir) Bax, o gördüyünüz ev isə mənimdir. Vaxtınız varsa, buyurun evimə qonaq olun. Bir stəkan çayımı için”.
Sevincək nənənin evinə yol alırdıq ki, “3 aydır, burada həyat necə keçir?” sualım onu çox kövrəldir: “Necə keçəcək? Nə iş görəcəm axı? Qocalmışam, əldən düşmüşəm. Heyim yoxdur. Ayaq ağrısı da bir yandan. Bu yaşımda sevinirəm ki, torpağımdayam, amma sevincimi tək başıma yaşayıram. Bu boyda evdə təkbaşınayam. Qapımın önündə oyana-bu yana gedirəm. Arada burada işləyən fəhlələr gəlir hal-əhval tutur, nəyəsə ehtiyacım olub-olmamasını soruşurlar”.
Fatma nənə danışdıqca insanın ürəyi dağa dönür. Evinə girən kimi insana soyuq bir ürpərti gəlir. Yüksək səviyyədə təmir edilən bu evdə hər şey vardı, sanki tək bir şey əskik idi. O da insan nəfəsi...Evdə nə uşaq səsi, nə də insan nəfəsi duyulurdu. Görsəniz, bu evdə 3 aydır ki, yaşayan var deməzdiniz. Özünə yemək bişirməkdən belə aciz bu ağbirçəyin gücü sadəcə çay dəmləməyə çatır. Vəssalam. Elə bizi də öz çay süfrəsinə dəvət edir: “Gəlin, çay için. Sizə öz əllərimlə çay dəmləyəcəyəm. Sizin üçün hələ şokolad da saxlamışam. Lap gecə də istəsəniz, qalın”, deyir.
Bu ev Fatma nənənin gəlin köçdüyü evdir. Təhsili olmasa da, 6 övlad yolunda cəfa çəkib, onları oxutmaq üçün durmadan çalışıb: “Bu evdə 4 ton buğda düzəltmişəm, xana toxumuşam, cəhrə ilə yun əyirmişəm. Qəpik-qəpik yığıb 6 uşaq oxutmuşam, həm də bu evi tikdirmişəm. Nəvə-nəticədən bolam. İstəyirəm, bu ocaqda hamısı başıma yığılsın. Evimin hər daşında dədəmin (böyük qardaşını nəzərdə tutur) əməyi var”.
Xatırladım ki, atasız böyüdüyü üçün böyük qardaşı onu boya-başa çatdırıb. Həyat yoldaşı isə Vətən həsrəti ilə bu dünyadan köçüb. Buradakı xoş günlərini isə belə xatırlayır: “Ərimdən 3 yaş böyük idim. Onun dədəsi də, nənəsi də ölmüşdü. 3 yaşında bir bacısı, 5 yaşında isə bir qardaşı qalmışdı. Gəldim, onları oxutdum, toylarını elədim, el adəti ilə köçürtdüm. Ona görə də məni sevirdi, hər zaman dəyər verirdi”.
İndi Fatma nənənin bizdən iki istəyi var. Qardaşının evini viran olmuş halda görüb ürəyi qubarlanıb. Gecəsi-gündüzünə qarışıb: “Dədəmin evini tiksəydilər, daha dərdim qalmazdı. Mən də dədəmə mənəvi borcumu yerinə yetirərdim”. Digər istəyi isə Laçında məscidin olmasıdır: “Burada nə məscid, nə də molla var. Burda iki qoca yaşayır. Bir arvad yuxarıda yaşayır, bir də mən. Birdən başımızı yerə qoyanda bizi harada yuyacaqlar? Dəfələrlə bu barədə xahiş etmişəm. Gərək, adam Allahla danışsın, gəlib düzəldiblər, amma yarımçıq qalıb. Oraya tavan düzəldilməli, işıq və su çəkilməlidir”.
Vaxt-vədə yetişdi. Fatma nənə ilə söhbətimizi yekunlaşdırıb yola çıxdıq. Bizi qapıda qarşılayıb, qapıdaca yola saldı. Biz sağ, sən salamat, Laçın!
BİR YOL DAHA VAR...
Artıq qayıdırıq. Bu dəfə alternativ olaraq Şuşa-Laçın yolundan keçirik. Gəldiyimizdə Günəş yenicə doğmuşdu, qayıdan da isə artıq batmaq üzrəydi. Bu Vətəni bütöv edən igidlərimizə böyük sevgi və minnətdarlıq hissi ilə...
Müşfiqə Bayramlı
BAKI-LAÇIN-BAKI
Xəbər lenti
Hamısına baxDünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22

