Ekoloji və səmərəli...
03.06.2026 [08:33]
Velosiped insan sağlamlığı və ətraf mühit üçün əhəmiyyətlidir
Müasir şəhər quruculuğunda rahatlıq və ekoloji məsuliyyət anlayışları daha çox əhəmiyyət qazandıqca velosiped ən səmərəli və perspektivli nəqliyyat vasitələrindən biri kimi ön plana çıxır. Həm gündəlik gediş-gəliş zamanı vaxta qənaət etməyə imkan verməsi, həm də insanları aktiv həyat tərzinə təşviq etməsi velosipedi sadəcə nəqliyyat vasitəsi deyil, sağlam yaşamın vacib elementinə çevirir. Bu nəqliyyat vasitəsi daxiliyanma mühərriklərindən fərqli olaraq istixana qazı xaric etmir, atmosferi çirkləndirmir və yollarda səs-küy yaratmadan insanların narahatlığına səbəb olmur. Küçələrdə daha çox velosiped və daha az avtomobillərin olması yol qəzalarının başvermə ehtimalını da azaldır.
İyunun 3-ü Dünya Velosiped Günü kimi qeyd olunur. Bu gün BMT Baş Assambleyası tərəfindən 2018-ci ilin aprel ayında təsis edilib. Sənəd 56 ölkə tərəfindən hazırlanıb və qəbul edilib.
Ən böyük ixtiralardan biri
“Velosiped” sözü 1860-cı ildə Fransada meydana gəlib. Bu terminin ixtiraçısı Pyer Mişo istəyirdi ki, iki çarxlı və sadə mexanizmli bir nəqliyyat vasitəsinə ad qoysun. Fransız dilində bu söz “BİCYCLETTE” (Bisiklet) kimi səslənir.
Müasir velosipedin prototipini alman baronu Karl fon Drez 1818-ci ildə dizayn edərək patentləşdirib. Bu mexanizmin əsas çərçivəsi taxtadan, təkərləri və sükanı dəmirdən idi. Lakin onu hərəkətə gətirəcək pedalları yox idi. Onu hərəkətə gətirmək üçün ayaqlarla yerdən təkan vurmaq lazım idi. Bu ixtiraçının soyadı ixtirasında yer ala bilmədi. 1839-1840-cı illərdə bu mexanizm bir az da təkmilləşdirildi. Şotland dəmirçi Kirkpatrik Makmillan mexanizmə pedal əlavə etdi. Arxa təkər pedallara metal dartıcı çubuqlarla birləşdirilirdi. Sürücü qabaq və arxa təkərlərin arasında yerləşərək qabaq təkərə bərkidilmiş sükan vasitəsilə velosipedi idarə edə bilirdi.
Bir neçə il sonra ingilis mühəndis Tompson hava şinlərini dizayn edir və patentləşdirir. Lakin şinlər dözümlü olmadığından o zamnlar elə də məşhurlaşa bilmədi. Pedalla velosipedlər artıq 1867-ci ildən istehsal edilməyə başladı. Əvvəllər velosipedin qabaq təkəri qeyri mütənasib olaraq olduqca yekə arxa təkər isə tarazlığı qorumaq üçün nəzərdə tutularaq birinciyə nisbətdə çox kiçik idi. Bu nəhənglərdə hərəkət etmək olduqca çətin idi. Sonradan bu nəqliyat növü daha da təkmilləşdirildi.
Velosipedlə ilk səyahət
Tomas Stivens 1884-1887-ci illərdə velosipedlə dünya səyahətinə çıxmış ilk adamdır. Belə ki, bu səfər digər bir məqamla da unikal sayıla bilər. Stivens köhnə mexanizmli qabaq təkəri iri olan və hava şinləri olmayan velosipedlə səyahət edib.
Müasir dağ velosipedlərinin prototipi 1977-ci ildə yaranıb. Hazırda müxtəlif çeşiddə velosipedlər mövcuddur. Ən qədim velosiped yarışı 1200 km olmaqla Paris-Brest-Paris marafonu sayılır. Bu marafon indi də keçirilir.
“Avropanın velosiped paytaxtı”
Danimarka əhalisinin 95 faizi nəqliyyat vasitəsi kimi velosipeddən istifadə edir və onu boş yerə velosiped ölkəsi adlandırmayıblar. Velosipedə aid yaradılan ən sərfəlisi şərait isə velosiped kirayəsidir. Kopenhagendə 14 dollar girov qoymaqla gündəlik, 65 dollar girov ilə isə 1 həftəlik velosiped götürüb sonra isə qaytarıb girov qoydugunuz pulu geri ala bilərsiniz, yəni tam pulsuz şəkildə dövlətin sizə yaratdığı bu şəraitdən istifadə edə bilərsiniz. Velosipedi ictimai nəqliyyat vasitəsi kimi istifadə edən ölkələr siyahısında Hollandiya da yer alır, ancaq bu mədəniyyət Amsterdamda nə qədər inkşaf etmiş olsa da, velosiped üçün ayrılan yolların genişliyi hələ də Kopenhagendəki yolların genişliyinə çata bilmir.
Sağlam nəqliyyat, sağlam həyat!
Velosiped sürmək insan orqanizmi üçün çox faydalıdır. Araşdırmalar göstərib ki, gündə maksimum 10 dəqiqə velosiped sürənlər, sürməyənlərə nisbətən daha arıq olurlar. Velosiped sürərkən bütün bədən əzələləri fəaliyyətə keçir. Beləliklə, orqanizmdəki artıq yağlar əriyir. 1 saat velosiped sürərək 500 kalori yandırmaq mümkündür.
Velosiped həmçinin ürəyin dostudur. Ürək xəstəliklərindən ölən insanlaırn sayı gün keçdikcə artır. Alimlər gündə, sadəcə, 10 dəqiqə velosiped sürərək daha sağlam bir ürəyə sahib olacağınızı bildirirlər. Həm də depressiyaya düşməyə qoymur. Mütəxəssislər bildirirlər ki, velosiped sürmək insanın əhvalına da yaxşı təsir edir. Bu zaman orqanizmdə endorfin, dopamin, serotonin hormonları istehsal olunur ki, bunlar da özünüzü daha xoşbəxt və enerjili hiss etməyinizə gətirib çıxarır.
Daha rahat yuxunu təmin edir
Yuxuya getməkdə və ya səhərlər oyanmaqda çətinlik çəkirsinizsə, velosiped sürərək bu problemləri aradan qaldırın. Stanford Universiteti tədqiqatçılarının apardıqları araşdırmalara görə gündə 30 dəqiqə velosiped sürənlərin yuxu rejimi tam qaydaya düşür.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

