/ / Son illər Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
Son illər Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
09.02.2026 [18:21]
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm önəm kəsb edir. Ölkəmizin başçısının Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan tərəfindən yüksək səviyyədə qarşılanması, iki lider arasında görüş zamanı müzakirə edilən mövzuların xarakteri əlaqələrin inkişafının göstəricisi hesab edilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri və paytaxt Əbu-Dabi şəhərində nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi tarixi məqamlardan biridir.
Azərbaycan ilə BƏƏ arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Ölkələrimiz arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində inkişaf edib. Diplomatik əlaqələrin inkişafı, iki ölkə arasında münasibətlərin yeni istiqamətlər üzrə imkanların yaradılması 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. Qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələri hər zaman yüksək səviyyəsi, dialoq mühitində inkişaf tempi ilə diqqət çəkir. Münasibətlərimizin çoxşaxəli və dinamik olması, açıq siyasi dialoq ölkələrimiz arasında enerji və iqtisadi sahələrdə də əlaqələrin inkişafına müsbət təsir göstərir.
Prezident cənab İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələsi kimi də yüksək dəyələndirilir. Dövlətimizin başçısının BƏƏ-yə səfəri iki ölkə arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu səfər Azərbaycan–BƏƏ əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini bir daha nümayiş etdirərək siyasi dialoqun, iqtisadi əməkdaşlığın və beynəlxalq platformalarda qarşılıqlı dəstəyin genişləndirilməsinə yeni imkanlar açır.
Son illər Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. 2025-ci ilin iyulunda iki ölkə arasında ticarət maneələrini aradan qaldırmaq və qeyri-neft dövriyyəsini artırmaq məqsədi daşıyan Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi ilə ölkələrimiz arasında iqtisadi münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Hazırda dövlətlərarası əlaqələr həm ənənəvi iqtisadiyyat, həm də “yaşıl” enerji sahəsində sürətlə genişlənir. Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin 2 dəfəyə yaxın artması da iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini təsdiqləyir.
Səfər çərçivəsində Prezident İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü də diqqətdə oldu. Tərəflər ABŞ Prezidenti Donald Trampın ev sahibliyi və şahidliyi ilə baş tutan Vaşinqton Sülh Sammitinin nəticələrinin həyata keçirilməsi istiqamətində əldə olunan irəliləyişi alqışladı, Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli əsasda irəlilədilməsində müsbət dinamikanın qorunub saxlanmasının vacibliyini, hər iki cəmiyyətin sülhün faydalarına real həyatda şahid olduqlarını vurğuladılar. Onlar ikitərəfli ticarətin başlamasından və Azərbaycandan Ermənistana neft məhsullarının ixracının davam etməsindən, həmçinin üçüncü ölkələrdən Ermənistana taxıl və digər malların Azərbaycan ərazisindən tranzitinin həyata keçirilməsindən məmnun olduqlarını bildirdilər.
Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

