Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığa böyük önəm verir
27.05.2024 [13:36]
Türk dünyası, həmçinin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin, beynəlxalq səviyyədə tərəfdaşlığının prioritet istiqamətlərindəndir. Bu gün Azərbaycanın Mərkəzi Asiya dövlətlərilə intensivləşən münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir və strateji xarakter alır. Tacikstanla münasibətlərimiz çoxşaxəli olmaqla bərabər, eyni zamanda, milli-mənəvi maraqlara bağlılığı ilə seçilir. Bunun da ən əsas səbəbindən biri tacik xalqı ilə ortaq milli-mənəvi dəyərləri bölüşməyimizdir.
Azərbaycan və tacik xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. İkinci Qarabağ müharibəsində Azərbaycanın tarixi Zəfəri Tacikistanda da böyük sevinclə qarşılandı. Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildikdən sonra bu iki dövlət arasında münasibətlər həm məzmun, həm də forma etibarilə daha da genişlənib. Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Son illər Prezident cənab İlham Əliyevin Tacikistana, Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana səfərləri və bu görüşlər zamanı imzalanan sənədlər münasibətlərimizin yüksək səviyyədə olmasından xəbər verir.
Tacikistan Prezidenti Emoməli Rəhmonun 23 may tarixində geniş nümayəndə heyəti ilə Azərbaycana rəsmi səfərə gəlməsi və iki dövlət arasında bir sıra sahələri əhatə edən sənədlərin imzalanması əlaqələri daha da genişləndirdi. Görüş zamanı Azərbaycan və Tacikstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq üzrə aktual məsələlərə dair danışıqlar, qarşılıqlı maraq doğuran beynəlxalq və regional mövzular üzrə fikir mübadiləsi aparıldı. Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə yanaşı, ümumilikdə 14 sənədin imzalannası ölkəmizin Tacikstanla iqtisadi potensialının daha da artırılmasına, ölkələrimiz arasında münasibətlərimizin xeyli möhkəmləndirilməsinə böyük töhfələr verəcəkdir.
Sənədlərin imzalanma mərasimindən sonra Prezidentlər mətbuata bəyanatla çıxış etdilər. Çıxışında cənab İlham Əliyev Azərbaycan və Tacikistan dövlətləri və xalqları arasında mövcud dostluq və qardaşlıq əlaqələri, eləcə də həyata keçirilən və gələcəkdə hər iki dövlətin inkişafına müsbət təsir göstərəcək layihələrin reallaşdırılacağı barədə məlumat verdi.
Ölkələrimiz arasında siyasi, mədəni, iqtisadi əlaqələr inkişaf etməkdədir. Bu inkişaf qarşılıqlı etmada əsaslanır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata bəyanatında dedi: “Azərbaycanda Tacikistanın Mədəniyyət Günlərinin keçirilməsi ikitərəfli münasibətlərdə mühüm hadisədir. Tacik xalqının zəngin mədəniyyəti ilə tanış olmaq imkanı Azərbaycan tamaşaçılarına sevinc bəxş edəcəkdir”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev inamla onu da bildirdi ki, “Azərbaycan öz ərazisində bütün iri nəqliyyat və logistika layihələrini praktiki olaraq başa çatdırıb və bu gün müxtəlif istiqamətlərdə - Şərqdən Qərbə və əks istiqamətdə, Şimaldan Cənuba və əks istiqamətdə böyük həcmdə yükləri qəbul etməyə hazırdır”.
Ölkələrimiz arasında münasibətlər parlamentlər səviyyəsində də uğurla davam etdirilir. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu, dostluq və əməkdaşlıq qrupu da mövcuddur.
Azərbaycan Mərkəzi Asiya ölkələri arasında Tacikstan Respublikası ilə münasibətlərə böyük önəm verir. Tacikistan respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycana rəsmi səfəri dövlətlərarası münasibətlərin genişlənməsinin, qarşılıqlı etimadın yüksəlişinin təsahürü olaraq xalqlarımızın rifahının daha da yüksəldilməsinə xidmət edir.
YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

