/ / “Bu gün ölkəmizdə əhalinin 4 növ vaksin seçimi var ki, onların da hər biri effektiv və təhlükəsizdir”
“Bu gün ölkəmizdə əhalinin 4 növ vaksin seçimi var ki, onların da hər biri effektiv və təhlükəsizdir”
06.07.2021 [09:08]
Məlum olduğu kimi, Azərbaycanda COVID-19-a qarşı effektiv mübarizə aparılır. Artıq bir müddətdir ki, ölkəmizdə peyvəndlənmə prosesi gedir. Bu günə kimi, ölkə əhalisinin təxminən 20 faizinə vaksin vurulub. Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 3 milyon 670 mindən çoxdur. Bir sözlə, Azərbaycan vaksinasiya məsələsində Cənubi Qafqazda lider ölkədir. Mütəxəssislərin fikrincə, COVID-19-un tamamilə aradan qaldırılması yalnız kütləvi peyvəndolunma yolu ilə baş tuta bilər.
“Vaksinasiya yenidən sağlam və normal həyata dönüş deməkdir. Ən əsası isə, vaksinasiya uşaqlarımızın sağlam gələcəyinin yeganə təminatıdır. Buna görə də, mən bir daha hər kəsi bu məsələdə son dərəcə məsuliyyətli və aktiv olmağa, bütün çətin dönəmlərdə olduğu kimi, birlik və həmrəylik nümayiş etdirməyə çağırıram”.
Bu fikirləri həkim-infeksionist Ləman Seyidova qəzetimizə açıqlamasında deyib. Onun sözlərinə görə, yalnız qısa zamanda edilən peyvəndlərlə kütləvi immun sistemi qazanaraq COVID-19-a qalib gəlmək mümkündür: “Vaksinasiya, ilk növbədə, həmin şəxsin özünü və yaxınlarını yoluxmadan qoruyur. Kütləvi yoluxma halları və ölüm saylarını unutmamalıyıq”.
Həkim deyib ki, bəzən sosial şəbəkələrdə paylaşılan yanlış informasiyalar insanlarda narahatlıq və çaşqınlığa səbəb olur: “Bəzi səhifələrin izlənmə saylarını artırma məqsədilə paylaşdıqları həqiqəti əks etdirməyən yazılar bəzən psixoloji gərginliyə gətirib çıxarır ki, bu da cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Ona görə də hər bir vətəndaş yalnız rəsmi məlumatlara inanmalıdır”.
“Yalnız peyvənd immun sistemimizi virusla effektiv mübarizə aparmağa hazır edir. Məhz bu səbəbdən də Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olunub. Bu gün ölkəmizdə əhalinin 4 növ vaksin seçimi var ki, onların da hər biri effektiv və təhlükəsizdir”, - deyə həkim-infeksionist vurğulayıb.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58

