/ / Qubadlı rayon İcra Hakimiyyətində 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib
Qubadlı rayon İcra Hakimiyyətində 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib
27.07.2016 [09:54]
Qubadlı rayon İcra Hakimiyyətində 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş ümumrayon toplantısı keçirilib. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Malik İsaqov əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi-siyasi kursun uğurlu davamının ölkəmizə inkişaf bəxş etdiyini bildirib. O qeyd edib ki, iyulun 10-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ilin birinci yarısında ölkəmizdə təhlükəsizliyin yüksək səviyyədə qorunduğunu, ictimai-siyasi sabitliyin möhkəmləndiyini, ümumiyyətlə, Azərbaycanın inamla inkişaf etdiyini əminliklə vurğulayıb.
Daha sonra hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Sahib Əliyev 2016-cı ilin birinci yarımilində rayonda görülən işlərdən bəhs edib. Qeyd edilib ki, birinci yarımildə rayon üzrə məşğul əhalinin sayı 12 min 248 nəfərə çatıb. 2016-cı ilin ilk yarısında 144 yeni iş yerinin açıldığını deyən S.Əliyev rayon əhalisinin məskunlaşma yerlərində həyat şəraitinin yaxşılaşdırılması, qarşıya çıxan çətinliklərin aradan qaldırılması istiqamətində işlərin davam etdirildiyini önə çəkib. Onun sözlərinə görə, müvafiq Dövlət Proqramının icrasına əsasən, eləcə də rayon İcra Hakimiyyətinin köməkliyi ilə Saatlı və Sabirabad rayonunda məskunlaşan 5 ailəyə yeni mənzil verilib. Rayon İcra Hakimiyyətinin müraciəti əsasında Dövlətqaçqınkom tərəfindən Sumqayıt şəhər 10 saylı Peşə Liseyində hər birinə 2 otaq olmaqla 3 ailəyə hər bir şəraiti olan 3 mənzil tikilib. Bundan başqa, bir nəfər köçkün ailəsinə Kimyaçılar qəsəbəsində idarə binasında, bir ailəyə isə Şəfa sanatoriyasında mənzil verilib: “Sumqayıt” mehmanxanasında məskunlaşmış Qubadlı rayonundan olan və zərər çəkən sakinə maddi yardım göstərilib. Məskunlaşma yerlərində yaşayış şəraitlərinin yaxşılaşdırılması rayon İcra Hakimiyyəti tərəfindən daima diqqətdə saxlanılır və bu məqsədlə müəyyən layihələrin həyata keçməsi təmin edilir. Bu il rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Sumqayıt şəhəri, 15-ci məhəllədə köçkünlərin məskunlaşdığı 7 yataqxanada Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən ümumi istifadə sahələrində, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 40-cı məhəllədə məcburi köçkünlər yaşayan binada su və kanalizasiya xətlərinin əsaslı təmiri işləri aparılıb”.
Binəqədi rayonu, Sarıqaya ərazisində yaşayan məcburi köçkünlərin məskunlaşdığı Kondisionerlər zavodunun sanatoriya binasında baş vermiş yanğında zərər görmüş Qubadlı rayonundan olan 14 ailəyə maddi yardımlar edilib. Həmin ailələrə 2 ay müddətində mənzilləri təmir edilənədək kirayə haqlarının ödənilməsi üçün maddi köməkliklər olunub. Bundan əlavə, Nazirlər Kabinetinin qərarına əsasən hər bir ailəyə 5 min manat vəsait ayrılıb.
Hesabatda o da vurğulanıb ki, bu ilin birinci yarısında əhalinin aztəminatlı hissəsi də diqqətdə saxlanılıb. Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına yas mərasimlərinin təşkilinə, xəstələrin müalicəsinə və sair məsələlərlə bağlı aztəminatlı ailələrə yardımlar edilib. Rayon Əhalinin Sosial Müdafiə Mərkəzində cari ildə ünvanlı sosial yardım almaq üçün 90 ailəyə yeni təyinat aparılıb.
Tədbirdə çıxış edən rayon Təhsil şöbəsinin müdir müavini Kamil Əhmədov və başqaları görülən işlərdən razı qaldıqlarını dilə gətiriblər. Qeyd edilib ki, hər zaman dövlətçilik ənənələrinə inam və sədaqətləri ilə töhfə verən Qubadlı sakinləri bundan sonra da ölkəmizin uğurlu inkişafına öz fəaliyyətləri ilə yardımçı olacaqlar.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

