/ / Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında qarşıya qoyulan bütün vəzifələr uğurla icra olunub
Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında qarşıya qoyulan bütün vəzifələr uğurla icra olunub
31.01.2019 [08:48]
Prezident İlham Əliyev: Üçüncü proqramın çox böyük əhəmiyyəti var. Bu proqram bizə imkan yaratdı ki, regionlarda əvvəlki illərdə aparılan islahatlara, görülən işlərə yeni təkan verək
Son 15 ildə Azərbaycan dünyaya nümunəvi inkişaf modeli təqdim edib ki, bunun da ən səciyyəvi cəhətlərindən biri bütün ölkə boyu tarazlı inkişafın təmin olunması ilə bağlıdır. Bəhs olunan dövrdə respublikamızın hərtərəfli inkişafı Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları əsasında təmin edilib. Xatırladaq ki, regional inkişaf proqramlarının qəbul edilməsi Azərbaycanın dövlət başçısının 2003-cü ildə prezident seçkiləri ərəfəsində verdiyi vədlərdən biri idi. Praqmatik siyasətçi olan cənab İlham Əliyev o vaxt bildirmişdi ki, əgər Azərbaycan xalqı Ona etimad göstərərsə, ilk növbədə, regionların inkişafı ilə məşğul olacaq, bölgələrdə olan problemlərin həlli işində Öz səylərini əsirgəməyəcək. Cənab İlham Əliyev xalqın yüksək etimadını qazanaraq Azərbaycanın dövlət başçısı seçildikdən sonra verdiyi vədə sadiq qaldı. Beləliklə, 2004-cü ilin fevral ayında Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramı qəbul olundu. Həmin dövrdən başlayaraq ölkəmizin regionlarının sosial-iqtisadi inkişafı müvaviq Dövlət proqramlarına uyğun şəkildə konseptual əsaslarla təmin edilir.
Respublikamızda regionların sosial-iqtisadi inkişafına dair əvvəlki iki Dövlət Proqramı kimi, 2014-2018-ci illəri əhatə edən sayca üçüncü proqramın da icrası yüksək səviyyədə təmin olunub və Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı növbəti Fərmanla “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənib. Prezident İlham Əliyev cari il yanvarın 29-da keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda ölkəmizin inkişafı baxımından üçüncü Dövlət Proqramını yüksək qiymətləndirib. “Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrası təmin edildi. Beş il bundan əvvəl qəbul edilmiş proqram artıqlaması ilə yerinə yetirildi. Son beş il ərzində qarşımıza qoyduğumuz bütün vəzifələr icra olundu. Üçüncü proqramın çox böyük əhəmiyyəti var. Bu proqram bizə imkan yaratdı ki, regionlarda əvvəlki illərdə aparılan islahatlara, görülən işlərə yeni təkan verək”, - deyə dövlət başçısı bildirib.
Müvafiq Dövlət proqramları çərçivəsində görülmüş işlər Azərbaycanın hərtərəfli inkişafı üçün möhkəm zəmin yaradıb
Regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurla icra edildiyi son 15 ildə ölkənin iqtisadi potensialının artırılması davamlı olaraq diqqət mərkəzində saxlanılıb. Sevindirici haldır ki, dünyada mövcud olan mənfi mənzərə fonunda Azərbaycan öz inamlı dinamik inkişafını davam etdirir. Prezident İlham Əliyev son 15 ildə Azərbaycanın iqtisadi inkişaf sahəsində bütün dünyada rekord göstəriciyə nail olduğunu məmnunluq hissi ilə nəzərə çatdıraraq deyib: “Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf etmiş, ümumi daxili məhsul 3,3 dəfə artmışdır. Bir daha demək istəyirəm, bu, dünya miqyasında rekord göstəricidir”.
Bəhs olunan dövrdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında aparılan məqsədyönlü siyasət sayəsində respublikamız bütün istiqamətlərdə böyük uğurlar qazanıb. Belə ki, respublikamız əsas daxili inkişaf parametrləri, o cümlədən makroiqtisadi sabitlik, sosial və mənəvi təminat sisteminin dinamikası, müsbət demoqrafik vəziyyət, miqrasiya və urbanizasiya proseslərinin dövlətin nəzarəti altında saxlanması, dövlət idarəçiliyinin effektivliyi və digər göstəricilər üzrə region ölkələri içərisində birinci üçlükdə öz yerini möhkəmləndirib. Ötən dövrdə ölkəmizin mənzərəsi yeni inkişaf hədəflərinə hesablanan genişməzmunlu islahatların həyata keçirilməsi, müxtəlif istiqamətlər üzrə strateji yol xəritələrinin qəbul edilərək reallaşdırılması və bu kimi digər müsbət meyillərlə səciyyələnib. Bu gün respublikamızın Cənubi Qafqazın ən güclü iqtisadiyyatına malik ölkəsinə çevrilməsi son dərəcə qürurverici haldır. Təsadüfi deyil ki, regionda bütün qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələri məhz Azərbaycanın moderatorluğu ilə reallaşdırılır.
Son 15 ildə Azərbaycanın bütün dünya miqyasında yüksək qiymətləndirilən dinamik iqtisadi inkişafına müsbət təsir göstərən faktorlar sırasında regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının rolunu da xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Fərmanda da qeyd edildiyi kimi, Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib. Dövlət proqramlarının icra olunduğu 2004-2018-ci illər ərzində ümumi daxili məhsul qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə endirilib.
Son 15 ildə ölkəmizin sənaye potensialının 2,6 dəfə artması böyük uğurdur
Son illərdə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində Azərbaycanın qazandığı uğurlardan söhbət açarkən sənaye sektorunda istehsalın genişlənməsini xüsusi qeyd etmək lazımdır. Son 15 ildə ölkənin sənaye potensialı 2,6 dəfə artıb. Davamlı siyasi və maddi dəstək tədbirlərinin nəticəsi olaraq respublikamızda çoxlu sayda yeni müəssisələr açılıb və ölkənin sənaye xəritəsi əhəmiyyətli dərəcədə zənginləşib. Hazırda sənaye sektoru milli iqtisadiyyatımızın aparıcı istiqamətlərindən biri qismində çıxış edir. Xüsusilə ölkəmizdə qeyri-neft sənayesinin üstün inkişafının təmin edilməsi məmnunluq doğurur. Əlamətdar haldır ki, son illərdə bir sıra mühüm pozisiyalar üzrə daxili tələbat sırf yerli müəssisələrdə buraxılan yüksəkkeyfiyyətli məhsullar hesabına təmin edilir ki, bu da daha çox həcmdə valyutanın xaricə axınının qarşısının alınması deməkdir.
Həm də, ölkədə sənayenin inkişafı yalnız paytaxt Bakı ilə məhdudlaşmır. Bölgələrdə müvafiq Dövlət proqramlarının uğurlu icrasının nəticəsində respublikanın sənaye xəritəsi regionlara doğru genişlənir. Regionlarda Prezident İlham Əliyevin təşəbbüsü ilə sənaye məhəllələrinin yaradılması geniş vüsət alıb. 2017-ci ildə işə salınan Neftçala Sənaye məhəlləsi uğurla fəaliyyət göstərir. 2018-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Masallı Sənaye Məhəlləsinin, Mingəçevir Sənaye parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsinin və digər istehsalatların açılışı baş tutub. Ötən ildən başlayaraq Neftçala Sənaye Məhəlləsində yüksək texniki parametrlərə malik avtomobillərin istehsalına başlanılması böyük uğurdur. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda vurğulandığı kimi, “Azərmaş” ASC ilə “Iran Khodro” ASC arasında 2016-cı il aprelin 21-də əməkdaşlıq memorandumu imzalanıb və həmin ilin avqust ayının 6-da Neftçala Sənaye Məhəlləsində “Xəzər” avtomobil zavodunun təməli qoyulub. 10 hektar ərazidə tikilmiş avtomobil zavodunda Avropanın aparıcı ölkələrinin və İran İslam Respublikasının müasir texnologiyaları və avadanlıqları quraşdırılıb. Neftçala Sənaye Məhəlləsində “Xəzər” avtomobil zavodunun direktoru Emin Axundov konfransdakı çıxışında bildirib ki, bu gün zavodda 200-ə yaxın Neftçala sakini işlə təmin edilib, istehsal həcmi artdıqca bu say 300 nəfərə çatacaqdır. “Made in Azerbaijan” brendi altında “Xəzər” avtomobil zavodunda istehsal edilən avtomobillər AVRO-5 və beynəlxalq təhlükəsizlik standartlarına tam uyğundur. Zavod 2018-ci ilin sonuna kimi qarşısına qoyduğu məqsədi bütünlüklə yerinə yetirib. Belə ki, ötən il zavodda mindən artıq avtomobil istehsal olunub. Bu avtomobillərin 95 faizi satılıb.
“Xəzər” avtomobil zavodunda 2019-cu ilin fevral ayından artıq ilk “Peugeot” markalı avtomobillər istehsal xəttindən satışa çıxacaqdır. İstehsala başlamaq üçün artıq bütün zəruri avadanlıqlar quraşdırılıb. Həmçinin 2019-cu ilin sonlarından etibarən “Khazar” avtomobillərinin ehtiyat hissələrinin bir hissəsinin Azərbaycanda istehsal edilməsi planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan avtomobil istehsalçısı olan ölkə kimi ilk dəfə 2018-ci ilin avqust-sentyabr aylarında Dünya Avtomobil İstehsalçıları Təşkilatının dəstəyi ilə Moskvada “Krokus Ekspo” Sərgi Mərkəzində keçirilən beynəlxalq avtomobil sərgisinə dəvət alıb. Neftçala Sənaye Məhəlləsində buraxılan “Khazar” avtomobilləri həmin sərgidə nümayiş edilib və böyük maraqla qarşılanıb.
Cari il yanvarın 16-da Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR karbamid” zavodunun istifadəyə verilməsi ölkənin ixrac imkanlarını daha da artıracaq. Müəssisənin istehsala başlaması azot gübrəsi idxalına ehtiyacı aradan qaldıracaq, bununla da ölkənin xarici valyuta xərcləri azalacaq. Zavod ildə 435 milyon kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir. Bu zavodun işə düşməsi Azərbaycanın regionlarında kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq. İndiyədək azot gübrələri Azərbaycana idxal edildiyi halda, yeni zavod həm daxili bazarın tələbatını tam ödəyəcək, həm də istehsal etdiyi məhsulun təxminən 70 faizini ixrac edəcək. Nəticədə, daha əvvəl idxal üçün sərf edilən illik 90 milyon dollara qədər valyuta vəsaitləri ölkədə qalacaq, eyni zamanda, zavod respublikamız üçün əlavə gəlir mənbəyinə çevriləcək. “SOCAR karbamid” zavodu hazırda ölkədə qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihədir və ümumi dəyəri təxminən 800 milyon avro təşkil edir.
Ölkəmizdə “Yaşıl iqtisadiyyat”ın inkişaf etdirilməsi məqsədilə yaradılan Balaxanı Sənaye Parkında bu il daha 3 rezidentin və 2 müəssisənin fəaliyyətə başlaması nəzərdə tutulub. Bu müəssisələr əsasən təkrar emalla məşğul olacaqlar. Qeyd edək ki, Balaxanı Sənaye Parkının hazırda 15 rezidenti var. Onlardan 7-si fəaliyyət göstərir. Prezident İlham Əliyev gələcəkdə ölkə ərazisində yeni sənaye zonalarının yaradılması ilə bağlı mesajlarını verib. “Əlbəttə ki, sənaye sahəsində bizim diqqətimiz, eyni zamanda, qeyri-neft sektoruna yönəlib. Bu sahədə də yaxşı nəticələr var. Keçən il qeyri-neft sənayemiz 9,1 faiz artıb. Bu, onu göstərir ki, həmin sahədə işlər yüksək səviyyədə aparılır. Sumqayıt Kimya Sənaye Parkı, Sumqayıt Texnologiya Parkı, Mingəçevir Yüngül Sənaye Parkı, Gəncə şəhərində sənaye müəssisələrinin, Neftçala, Hacıqabul, Masallı, Sabirabad sənaye məhəllələrinin yaradılması bu sahədə atılan çox ciddi addımlardır. Gələcəkdə digər şəhərlərdə də sənaye zonaları yaradılacaqdır”, - deyə dövlət başçısı vurğulayıb.
Regionlara və müxtəlif istiqamətlərə böyükhəcmli sərmayələr yönəldilməsinə baxmayaraq, ölkəmizin valyuta ehtiyatları artıb
Son 15 ildə müvafiq Dövlət proqramlarının icrası çərçivəsində regionlarda reallaşdırılan abadlıq-quruculuq işlərinə böyük həcmlərdə maliyyə vəsaiti yönəldilib. Bəhs olunan dövrdə regional inkişaf proqramlarının uğurlu icrası sayəsində Azərbaycan infrastruktur təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri sırasına yüksəlib. Xatırladaq ki, 2004-cü ilə qədər Azərbaycanda 3900 meqavat gücündə cəmi 9 elektrik stansiyası mövcud idi. Son 15 ildə isə respublikamız 30 yeni elektrik stansiyası tikməyə və özünün generasiya güclərini daha 2500 meqavat artırmağa nail olub. Hazırda respublikamız həm elektrik enerjisinə olan daxili tələbatını tam olaraq yerli istehsal hesabına ödəyir, həm də müəyyən həcmlərdə ixrac imkanlarımız yaranıb. Bəhs olunan dövrdə müvafiq Dövlət proqramlarına uyğun olaraq bütün ölkə boyu çoxlu sayda qazlaşdırma layihələri reallaşdırılıb. Nəticədə, regionların “mavi yanacaq” təminatı yaxşılaşıb, hətta əvvəllər heç vaxt qazlaşdırılmamış yaşayış məntəqələrinə də yeni boru kəmərləri çəkilib və hazırda sakinlərin evlərində “mavi yanacaq” alovlanır. Uğurla həyata keçirilən layihələr sayəsində respublikamızda qazlaşdırmanın səviyyəsi 95 faizə çatdırılıb ki, bu da kifayət qədər yaxşı göstəricidir. Əgər 2004-cü ildə ölkədə fasiləsiz içməli su ilə təminat 26 faiz səviyyəsində idisə, 2018-ci ildə bu göstərici 67 faizə çatdırılıb. Perspektivdə isə respublikada əhalinin su təchizatının daha yüksək səviyyəyə çatdırılması hədəflənib. Respublikanın regionlarında hazırda istifadə olunan torpaqların su təminatının yaxşılaşdırılması və yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi üçün uğurla reallaşdırılan layihələrin statistikası da kifayət qədər zəngindir. Son 15 ildə ölkə üzrə 390 min hektar sahədə torpaqların su təminatı və 261 min hektar sahədə meliorativ vəziyyət yaxşılaşdırılıb, 146 min hektar yeni suvarılan torpaqlar əkin dövriyyəsinə cəlb edilib. Azərbaycanda geniş vüsət alan və ölkəmizin müasir simasını səciyyələndirən yüksəksəviyyəli infrastruktur quruculuğu prosesini həmçinin bütün respublika üzrə avtomobil yollarının, yolayrıcıların, körpülərin inşasının və yenidən qurulmasının timsalında aydın şəkildə izləmək mümkündür. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, 2004-cü ildən bəri respublikamızda 15 min kilometr yol çəkilib, 443 körpü tikilib, həmçinin təxminən 2 min kilometr uzunluğunda kənd yolları abadlaşdırılıb.
Regionlarda müasir infrastruktur yaradılmasına, abadlıq-quruculuq işlərinə, insanların həyat şəraitinin yaxşılaşdırılmasına böyük həcmlərdə maliyyə vəsaiti yönəldilməsinə baxmayaraq, Azərbaycan həmçinin özünün strateji valyuta ehtiyatlarını artırmağa nail olub. Bunun böyük önəm daşıdığını nəzərə çatdıran Prezident İlham Əliyev “İxracımız 4,7 dəfə, valyuta ehtiyatlarımız 24 dəfə artıb və bu gün 45 milyard dollar təşkil edir. Yəni, bu, onu göstərir ki, Azərbaycan regionlarına və eyni zamanda, neft-qaz sektoruna, Bakı şəhərinin inkişafına böyük vəsait qoyulmasına baxmayaraq, biz öz valyuta ehtiyatlarımızı 24 dəfə artıra bilmişik. Bu, bizə imkan verir ki, gələcəyə çox böyük ümidlərlə baxaq. Azərbaycan iqtisadiyyatı bu gün dayanıqlı iqtisadiyyatdır”, - deyə bildirib.
Qeyd edək ki, hazırda Azərbaycanın valyuta ehtiyatlarının həcmi ölkənin xarici borcundan 4-5 dəfə çoxdur. Bu isə o deməkdir ki, ölkəmizin xarici borclanması aşağı səviyyədədir və respublikamız xarici borclarını daxili imkanlar hesabına istənilən vaxt ödəməyə qadirdir. Bununla belə, respublikamız xarici borcun ümumi daxili məhsula nisbətinin daha da aşağı salınmasını hədəfləyib.
Bu məqamda vurğulamaq yerinə düşər ki, iqtisadi-maliyyə müstəqilliyinin təmin olunması ölkəmizin özünəinam hissini artırıb. Bu gün Azərbaycan ölkənin inkişafı, milli maraqlarımızın təmin olunması ilə bağlı istənilən məsələni özünün gücü və daxili imkanları ilə həll etməyə qadirdir. Artıq respublikamız beynəlxalq qurumlardan borc almağa qətiyyən tələsmir, əksinə, özü ayrı-ayrı ölkələrdə müxtəlif layihələrə investisiyalar yönəldir.
Azərbaycanda həyata keçirilən siyasət xalq tərəfindən dəstəklənir
Müstəqil Azərbaycanın dünyada böyük maraqla izlənən nümunəvi inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri odur ki, ölkəmizdə aparılan məqsədyönlü siyasət iqtidar-xalq vəhdəti prinsipinə əsasən müəyyənləşdirilir. Azərbaycan iqtidarı reallaşdırdığı siyasətdə bir qayda olaraq milli maraqları əsas götürür, daim xalqın mənafeyindən çıxış edir. Öz növbəsində, cəmiyyət də iqtidarın siyasətinə yüksək səviyyədə dəstək verir. Bəhs olunan konfransdakı nitqində bu məqama diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Azərbaycanın uğurlu inkişaf modelinin əsas qayəsi ondadır ki, ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir. Çünki bu siyasət xalqımızın rifah halının yaxşılaşmasına hesablanıb. Bu siyasət ölkəmizin güclü dövlətə çevrilməsinə hesablanıb. Məhz bu siyasət nəticəsində bu gün Azərbaycan dünyanın müxtəlif kürsülərindən öz sözünü açıq deyir, öz müstəqil siyasətini aparır, öz maraqlarını tam şəkildə qoruyur”.
Həqiqətən də, son 15 ildə keçilən yola diqqət yetirdikdə Prezident İlham Əliyevin daim xalqın arzu və istəkləri ilə üst-üstə düşən və reallıqla səsləşən təşəbbüslərlə çıxış etdiyinin şahidi oluruq. Ölkədə aparılan praqmatik siyasət ilk növbədə xəlqi mahiyyəti ilə fərqlənir. Dövlət başçısı mütəmadi qaydada ictimaiyyətin nümayəndələri ilə görüşür, tez-tez bölgələrə səfərlərə gedir. Bu görüşlər və səfərlər isə izsiz ötüşmür. Dövlət başçısı insanları narahat edən məsələlərlə yerindəcə tanış olur, həmçinin əvvəllər verilən tapşırıqların müvafiq qurumlar tərəfindən necə icra edildiyi ilə maraqlanır. Beləliklə, bir tərəfdən nəzarət möhkəmlənir, məmurların məsuliyyəti artır, digər tərəfdən isə dövlət siyasətinin prioritetləri müəyyənləşdirilərkən yerlərdə insanların qaldırdıqları məsələlər mütləq nəzərə alınır. Deyilənlərin təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyev təkcə 2018-ci ildə regionlara çoxsaylı səfərlərə gedib. Bu səfərlər zamanı dövlət başçısı yüksək standartlar səviyyəsində tikilən sosial-iqtisadi təyinatlı obyektlərin açılışında iştirak edib, Özünün dəyərli tövsiyələrini verib və əmək kollektivlərinin, ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
İqtisadiyyat
31 Oktyabr 10:53
İqtisadiyyat
31 Oktyabr 10:52
İqtisadiyyat
31 Oktyabr 10:49
MEDİA
31 Oktyabr 10:30
Analitik
31 Oktyabr 10:16
Analitik
31 Oktyabr 09:52
Siyasət
31 Oktyabr 09:48
Ədəbiyyat
31 Oktyabr 09:34
Analitik
31 Oktyabr 09:15
Sosial
31 Oktyabr 08:57
Sosial
31 Oktyabr 08:31
Hadisə
31 Oktyabr 08:12
Mədəniyyət
31 Oktyabr 08:11
Mədəniyyət
31 Oktyabr 08:10
İdman
31 Oktyabr 08:08
Sosial
31 Oktyabr 08:01
Gündəm
31 Oktyabr 07:42
Dünya
30 Oktyabr 23:55
İdman
30 Oktyabr 23:31
YAP xəbərləri
30 Oktyabr 23:14
Dünya
30 Oktyabr 22:52
YAP xəbərləri
30 Oktyabr 22:35
Dünya
30 Oktyabr 22:10
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

