/ / Bakıda “Azərbaycanın kütləvi informasiya vasitələrinin dili: problemlər və vəzifələr” mövzusunda konfrans keçirilib
Bakıda “Azərbaycanın kütləvi informasiya vasitələrinin dili: problemlər və vəzifələr” mövzusunda konfrans keçirilib
28.06.2014 [09:37]
İyunun 27-də Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycanın kütləvi informasiya vasitələrinin dili: problemlər və vəzifələr” mövzusunda konfrans keçirilib.
AzərTAc xəbər verir ki, Prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2013-cü il 9 aprel tarixli Sərəncamından irəli gələn vəzifələrin icrasına həsr olunmuş konfrans Milli Televiziya və Radio Şurasının (MTRŞ) və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov ölkəmizdə Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərdən danışıb.
Bildirilib ki, Azərbaycan dilinin istifadəsi və əsaslı tədqiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün əlverişli zəmin yaradılıb. Azərbaycan dili milli dövlətçiliyin əsas şərtlərindən biridir və hər bir xalqın mövcudluğunda onun milli dili mühüm əhəmiyyət daşıyır. Azərbaycan dili milli həmrəyliyin göstəricisidir və dünyada 50 milyon azərbaycanlı bu dildə danışır. Eyni zamanda, bu dil Azərbaycan məfkurəsinin formalaşmasında mühüm rola malikdir.
MTRŞ-nin sədri Nuşirəvan Məhərrəmli Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlərdən danışıb.
Qeyd olunub ki, müstəqil Azərbaycanın 1995-ci ildə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dili kimi təsbit edilib. Bu işdə Ümummilli lider Heydər Əliyevin xüsusi xidmətləri olub. Müstəqillik dövründə Azərbaycan dilinin rəsmi dövlət dili kimi işlənməsi üçün daha geniş zəmin yaradılıb. Azərbaycan dilinin tətbiqi ilə bağlı bir sıra Sərəncam və Fərman imzalanıb.
Telekanallarda Azərbaycan dilinin normalarının əsasən qorunduğunu deyən MTRŞ sədri bildirib ki, bəzən bu sahədə istisnalara da rast gəlinir.
Azərbaycan Mətbuat Şurası tərəfindən medianın dil xüsusiyyətləri üzrə aparılan monitorinqlərin əhəmiyyətini qeyd edən N.Məhərrəmli bu sahədə müsbət nəticələrin əldə olunduğunu diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli artıq 3 ildir ki, Azərbaycanın teleradio məkanında, eyni zamanda, ölkə mətbuatında bədii dilin qorunması ilə bağlı həyata keçirilən layihələrə KİVDF tərəfindən vəsait ayrıldığını diqqətə çatdırıb. Hazırda layihələr üzrə iş davam etdirilir və bu ilin sonunda geniş auditoriyada monitorinqlərin nəticələri müzakirə olunacaq.
Konfransda Azərbaycan Mətbuat Şurasının dil layihəsi ilə bağlı monitorinq qrupunun rəhbəri İlham Abbasov görülmüş işlər və əldə olunan nəticələr barədə geniş məlumat verib.
Tədbirdə Bakı Dövlət Universitetinin professoru Nəsir Əhmədli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və başqaları çıxış edərək Azərbaycan mətbuatında, internet media məkanında dil xüsusiyyətlərindən, həmçinin müasir televiziya və radiolarda ana dilinin işlənilməsi məsələlərindən danışıblar.
Kütləvi informasiya vasitələrinin baş redaktorlarının və digər rəsmi şəxslərin iştirak etdikləri tədbirdə mövzu ilə bağlı müzakirələr aparılıb, müvafiq təkliflər verilib.
Xəbər lenti
Hamısına baxDünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02

