/ / “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda konfrans keçirilib
“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda konfrans keçirilib
04.12.2013 [08:44]
Dünən Sumqayıt şəhərində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkilatçılığı ilə “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda konfrans keçirilib. Konfrans iştirakçıları öncə Sumqayıt şəhərində yerləşən Heydər Əliyev parkında Ulu öndərin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar.
Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsində konfrans öz işinə başlayıb. Əvvəlcə tədbir iştirakçıları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsində çağırışçıların çağırış, tibbi komissiyadan keçməsi və qeydiyyata alınması üçün yaradılmış şəraitlə tanış olublar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov çağırış prosesi, həqiqi hərbi xidmətə çağırılanların tibbi müayinəsi və qeydiyyatı, eləcə də, həqiqi hərbi xidmətini başa vurmuş şəxslərin qeydiyyatı barədə tədbir iştirakçılarına geniş məlumat verib. Şəhər İdarəsində yaradılmış şəraitlə tanışlıqdan sonra konfrans açıq elan olunub.
Konfransda çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov tədbir iştirakçılarını salamlayaraq rəhbərlik etdiyi xidmətin media ilə əməkdaşlığının vacibliyini önə çəkib. O, bu əməkdaşlığın inkişaf etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb: “Bildiyiniz kimi, cari ilin noyabr ayının 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev media rəhbərləri ilə görüş keçirib. Həmin görüş bugünkü tədbirin də aktuallığını meydana çıxardı. Cənab Prezident bir çox vacib məqamlarla yanaşı, belə bir incə nüansa da toxundu ki, müasir dünyada azad medianın inkişaf səviyyəsi həm də dövlətin tərəqqi səviyyəsini göstərir. Məlumdur ki, ötən əsrin 90-cı illərinin əvvəllərində media fəaliyyətində bir sıra problemlərlə üzləşmişdi. Yalnız Ümummilli lider Heydər Əliyevin bu sahədə atdığı addımlar, xüsusən də, 1998-ci ildə senzuranın ləğvi medianın sürətli inkişafını təmin etdi. Ulu öndərin bu siyasəti hazırda cənab Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilir.
Cənab Prezidentin müvafiq göstərişi ilə yaradılan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti mediaya açıq qurumdur. Biz çalışırıq ki, media ilə işimizi lazımi səviyyədə quraq. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti xalqla ordu arasında körpü rolunu oynayır”.
A.Rəhimov mediada vətənpərvərlik ruhunda daha çox material və verilişlərin hazırlanmasının arzuedilən olduğunu da vurğulayıb.
Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli qeyd edib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə media nümayəndələrinin ilk dəfə bu formatda görüşü keçirilir: “Ümid edirik ki, belə görüşlər davamlı olacaq. Təqdirəlayiq haldır ki, Azərbaycan mediasının inkişafı dövlətin diqqət mərkəzindədir. Bu gün kütləvi informasiya vasitələrinə geniş qayğı göstərilir. Bu istiqamətdə müvafiq addımlar atılır, zəruri işlər görülür”.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətini yüksək qiymətləndirən V.Səfərli ölkə mediasının fəaliyyəti və mövcud durumundan geniş şəkildə bəhs edib.
V.Səfərli görüşə qatılan media rəhbərlərini tədbir iştirakçılarına təqdim edib: “Görüşə Azərbaycanda ictimai rəyin formalaşmasına təsir edən media qurumları qatılıblar. O da sirr deyil ki, bəzi “media qurumları” hələ də insanları şantaj etməklə öz məqsədlərinə çatmağa çalışırlar. Onlara qarşı məqsədyönlü fəaliyyət göstərilir”.
Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da azad medianın inkişafına göstərilən diqqət və qayğıdan danışıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini general-mayor Novruzəli Orucov təmsil etdiyi qurumun fəaliyyəti barədə geniş məlumat verib.
Daha sonra tədbir diskussiya şəklində davam etdirilib.
Xəbər lenti
Hamısına baxSiyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58

