İcma sədri: Beynəlxalq təşkilatlar haqq işimizi müdafiə edir
23.06.2025 [14:01]
Son zamanlar beynəlxalq təşkilatlar Ermənistandan fərqli olaraq haqq işimizi müdafiə etməkdədir. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 2024-cü il mayın 4-5-də Qambiyanın Bancul şəhərində keçirilmiş Zirvə görüşündə təşkilatın üzvü olan 57 dövlət Ermənistandan zorla qovulmuş azərbaycanlıların taleyindən narahatlığını bildirib və onların öz doğma yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına dəstək ifadə edib. Bundan əlavə, 2025-ci il fevralın 18-20-də Asiya Parlament Assambleyası, aprelin 7-də Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi rəsmi sənədlərində Qərbi Azərbaycan qaçqınlarının geriyə qayıdış hüququna öz dəstəyini bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş beynəlxalq tədbirdə söyləyib.
Bu il aprelin 11-13-də Türkiyənin Antalya şəhərində keçirilən Beynəlxalq Foruma Qərbi Azərbaycan İcması nümayəndələrinin dəvət olunmasını və İcma sədrinin Forumda Qərbi Azərbaycan qaçqınlarının geriyə qayıdış hüququ ilə bağlı məruzə etməsini xüsusi vurğulayan Ə.Ələkbərli əlavə edib: “Yenə də bu ilin aprelində ICESCO rəhbərliyinin İcmaya gəlişi və bu mötəbər beynəlxalq təşkilatın Qərbi Azərbaycan İcması ilə əməkdaşlıqda maraqlı olması, Qərbi Azərbaycan qaçqınlarının qayıdış hüququnu dəstəkləməsi təqdirəlayiqdir”.
Daha bir fakta diqqət çəkən İcma sədri deyib: “Bu günlərdə - iyunun 12-də Qazaxıstanın Astana şəhərində keçirilən Türk Dövlətləri Parlament Assambleyasının 14-cü plenar iclasında qəbul edilən Bəyannamənin 10-cu maddəsi Qərbi Azərbaycan qaçqınlarının qayıdış hüququna həsr edilib və bu hüquq birmənalı şəkildə dəstəklənib. Yeri gəlmişkən, Qərbi Azərbaycana qayıdış məsələsinə beynəlxalq dəstəyin əldə edilməsi istiqamətində növbəti böyük uğur əldə olunub. Belə ki, İslam Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının iyunun 21-22-də İstanbul şəhərində keçirilmiş 51-ci sessiyasının yekun bəyannaməsinə Qərbi Azərbaycan məsələsi barədə bənd daxil edilib və sessiyada bu məsələ ilə bağlı ayrıca qətnamə qəbul olunub”.
Xəbər lenti
Hamısına baxAnalitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45

