/ / Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı Mehriban Əliyeva amnistiya aktının qəbul olunması ilə bağlı Milli Məclisə müraciət edib
Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı Mehriban Əliyeva amnistiya aktının qəbul olunması ilə bağlı Milli Məclisə müraciət edib
01.05.2013 [01:33]
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva yeni amnistiya aktının qəbul olunması ilə bağlı Milli Məclisə müraciət edib.
AzərTAc xəbər verir ki, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin aprelin 30-da keçirilmiş iclasında məlumat verilib.
Komitənin sədri Ə.Hüseynli deyib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə hazırlanan amnistiya aktı Ulu öndərin humanist siyasətinə sədaqətin nümayişidir.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Milli Məclisə göndərdiyi müraciətdə deyilir ki, dahi şəxsiyyət Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində tarixin çox çətin və taleyüklü sınaqlarından çıxaraq dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmiş Azərbaycan Respublikasında qanunçuluğa və hüququn aliliyinə əsaslanan cinayət hüquq siyasəti həyata keçirilir.
Xalqımızın Ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyası hələ uzun illər müstəqil Azərbaycan dövlətinin daha da güclənməsinə, iqtisadi qüdrətinin və xalqımızın rifahının artırılmasına xidmət edəcək.
Ulu öndərimizin siyasətinin insanpərvərlik ənənələrini daim təşviq edən Heydər Əliyev Fondu amnistiya aktlarının ardıcıl təşəbbüskarı olub. Fondun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2007-ci il mayın 8-də qəbul olunmuş qərarla 9877 məhkum barəsində, 2009-cu il 17 mart tarixli qərarla 9564 məhkum barəsində amnistiya tətbiq edilib. Qeyd olunan amnistiya aktları cinayət törətmiş şəxslərin cəmiyyətə yenidən inteqrasiya olunaraq islah edilməsini stimullaşdırıb, əhali arasında böyük minnətdarlıq hissi ilə qarşılanıb.
Yeni amnistiya aktının layihəsinə əsasən böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, birinci və ya ikinci qrup əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud 1-ci və 2-ci qrup əlil övladı olanlar, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında iştirak etmiş, Azərbaycan ərazisinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər. Həmçinin, cəzasının çəkilməmiş hissəsi bir ildən artıq olmayan, məntəqə tipli cəzaçəkmə məntəqələrində cəza çəkən, islah işləri, ictimai işlərlə cəzalandırılmış bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlara amnistiya tətbiq edilməklə onların cəzadan azad olunmaları təklif edilir.
Aparılan təhlillərə əsasən amnistiya aktının təxminən 9000 şəxsə şamil ediləcəyi gözlənilir. O cümlədən 2 mindən artıq məhkumun azadlıqdan məhrumetmə yerlərindən azad edilməsi nəzərdə tutulur.
Amnistiya aktı haqqında müraciətə Milli Məclisin mayın 7-də keçiriləcək iclasında baxılacaq.
Həmçinin, iclasda Miqrasiya Məcəlləsinə baxılıb.
Dövlət Miqrasiya Xidməti rəisinin müavini Pərviz Musayev deyib ki, Azərbaycan dövlətinin iqtisadi inkişafı, ölkəmizdəki davamlı ictimai-siyasi sabitlik xarici ölkə vətəndaşlarının Azərbaycana marağının artmasına səbəb olub. Bu da öz növbəsində miqrantların Azərbaycana axınını gücləndirib. Azərbaycan Prezidenti bütün bunları və digər amilləri nəzərə alaraq Dövlət Miqrasiya Xidmətinin (DMX) yaradılması barədə qərar qəbul edib. Hazırda DMX-nin fəaliyyəti müvafiq əsasnamə və normativ hüquqi aktlarla tənzimlənir. Yeni hazırlanmış məcəllə isə bu sahədəki bütün münasibətləri tənzimləyəcək.
Daha sonra Məcəllə geniş müzakirə olunub, bir sıra rəy və təkliflər irəli sürülüb.
İclasda “Məhkəmələr və hakimlər haqqında”, “İcra haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Avtomobil yolları haqqında”, eləcə də Cinayət, Cinayət-Prosessual, İnzibati Xətalar məcəllələrinə təklif olunan əlavələr və dəyişikliklər müzakirə olunub.
Sonda qanun layihələri təsdiqlənmək üçün Milli Məclisə tövsiyə edilib.
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33

