“Azərbaycan dini tolerantlıq baxımından bütün dünya ictimaiyyəti tərəfindən örnək göstərilir”
25.04.2013 [15:10]
Sahibə Qafarova: Azərbaycan dini öz fərqliliyini nümayiş etdirən bir paradoks deyil, barışığı, birliyi, dostluğu, birgə yaşayışı stimullaşdıran müqəddəs vasitə hesab edir
“Dini tolerantlıq, dini dözümlülük müasir sivilizasiyada insanların təhlükəsiz şəraitdə yaşamasının ən mühüm şərtləndirən biridir. Tolerantlıq milli dövlətlər üçün ən zəngin xəzinə və dəyərdir. Xüsusən, dini zəmində ayrı-seçkilik yaratmaq üçün fürsət gözləyən, hər cür təxribata hazır olan bəzi qüvvələrin mövcud olduğu, müəyyən cəhdlərin müşahidə olunduğu indiki dövrdə birgə yaşayışımızın yeganə resepti dini dözümlülük və tolerantlıqdır”. Bu fikirləri dünən Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası çərçivəsində keçirilən “Dini icmalara qarşı zorakılıq” mövzusunda müzakirələrdə çıxışı zamanı Azərbaycanın təşkilatdakı nümayəndə heyətinin üzvü, qurumun Rasizm və ksenofobiya alt komitəsinin sədri Sahibə Qafarova deyib.
Ölkəmizdə dini tolerantlığın təmin olunması istiqamətində görülən işlər haqqında məlumat verən Sahibə Qafarova deyib ki, Azərbaycan çox mürəkkəb bir coğrafi məkanda yerləşir. Regionda təkcə siyasi baxımdan deyil, dini və milli mənsubluq baxımından da kifayət qədər həssaslıq var: “Lakin bütün bu məsələlərə rəğmən, Azərbaycan dini və milli tolerantlıq baxımından bölgə dövlətləri arasında liderlik edir. Ölkəmizin ətrafında və daxilində digər dinlərin daşıyıcısı olan xeyli sayda millətlər yaşayır. Azərbaycanda bütün dinlərə və digər millətlərə mənsub olan toplumlara tarixən tolerant münasibət bəslənilib. Tolerantlıq Azərbaycanın milli-mədəni, mənəvi dəyərləri, tarixi ənənələri və bütövlükdə türk millətinin xarakteri ilə bağlı olan məsələdir. Azərbaycanda müsəlmanlarla bərabər xristianlıq, iudaizm və digər qeyri-ənənəvi dinlərə mənsub xeyli sayda vətəndaş və vətəndaşlığı olmayan insanlar yaşayır. Həmçinin, burada ənənəvi dini bağlılıqları olmayan toplumlar, məsələn, qaraçılar da yaşayır. Hər hansı bir başqa dinə və millətə mənsub olduğuna görə Azərbaycan ərazisində insanlara cəmiyyət tərəfindən heç vaxt radikal münasibət göstərilməyib”.
Alt komitə sədri daha sonra deyib ki, Azərbaycanda din dövlətdən rəsmən ayrıdır. Lakin Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə əsasən, hər kəsin vicdan azadlığı vardır. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ var. Onun sözlərinə görə, müsəlmanların çoxluq təşkil etdiyi Azərbaycanda xristian məbədlərinə paralel olaraq yəhudi sinaqoqları da bərpa olunub, yeniləri inşa edilib.
Millət vəkili Sahibə Qafarova, eyni zamanda, Azərbaycanın bütün dünya ictimaiyyəti tərəfindən örnək göstərildiyini, ölkəmizdə, o cümlədən paytaxt Bakıda hər il dinlərarası dialoqa həsr olunmuş beynəlxalq konfransların, dünyanın dini liderlərinin toplantılarının keçirildiyini söyləyib: “Beləliklə, çox strateji bir bölgədə yerləşən Azərbaycan dini öz fərqliliyini nümayiş etdirən bir paradoks deyil, barışığı, birliyi, dostluğu, birgə yaşayışı stimullaşdıran müqəddəs bir vasitə hesab edir. Bu da təbiidir. Əgər başqa dinlərə qarşı dözümlü olsaq, onda biz təxribatçıların əlindən bu fürsətlərini almış olarıq. Unutmamalıyıq ki, özümüzü sevmək, özümüzə hörmət etmək başqasını sevə bilmək və başqasına hörmət etmək qabiliyyətindən asılıdır”.
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26

