Ələsgər möcüzəsi...
09.07.2022 [12:35]
MİKAYIL
Azərbaycan aşıq sənətinin ən uca zirvəsində dayanan Aşıq Ələsgər - Ələsgər Alməmməd oğlu 1821-ci ilin bu günü İrəvan xanlığının Göyçə mahalının Ağkilsə kəndində anadan olub. Ailəsi böyük olduğundan Alməmməd kişi Ələsgəri 14 yaşında Kərbəlayi Qurban adlı bir varlıya nökər verib, Ələsgər onun həyətində 4 il nökərçilik edib. Aşıq Ələsgərin oxuduğunu, yazdığını gördüm deyən yoxdur. Çünki Aşıq Ələsgər xüsusi təhsil ala bilməyib, sənətin sirlərini el sənətkarlarının və ağsaqqalların yanında öyrənib. Böyük ustad Aşıq Alının yanında şəyirdlik edən Ələsgər aşıqlıq sənətinin sirləri ilə bərabər, ondan ədəb və mərifət qaydalarını da mənimsəyib. Toy məclislərinin birində Ələsgərlə deyişib və ona məğlub olaraq sazını qalib tərəfə - Ələsgərə təslim edib. Ələsgər isə böyük təvazökarlıq hissi ilə ustadının qarşısında baş əyib, ona öz ehtiramını bu sözlərlə bildirib:
Bir şəyird ki, ustadına kəm baxa,
Onun gözlərinə qan damar, damar.
Şəyirdlik dövrünü başa vurduqdan sonra Ələsgər Göyçə aşıq məktəbinə rəhbərlik edib. Aşıq Ələsgər qədim Azərbaycan mahallarından birində - indi yağılar əlində qalmış ulu Göyçədə göz açsa da, saz sehri, söz tilsimiylə bütün Qafqazı, Türkiyə və İranı heyrətdə qoymağı bacarmışdı. 1918-1919-cu illərdə daşnakların türklərə qarşı törətdiyi qırğın nəticəsində Göyçə mahalının var-yoxu talandı, əhali öz dədə-baba yurdunu tərk edib başqa yerlərə köçməyə məcbur oldu. Hər yerdə aşığı hörmətlə qarşılasalar da, onun ürəyi-gözü Göyçədə idi. O gözünü açıb gördüyü doğma yerlər üçün çox darıxırdı. Elə bil ki, Dədə Ələsgər candan əziz bildiyi Göyçə dağlarının nə vaxtsa əldən çıxıb yad-yağılara qismət olacağından duyuq düşübmüş. Göyçə yaylaqlarının eldən ayrı düşəcəyinin xiffətini, ağrısını ustad sənətkar necə də uzaqgörənliklə əsərlərində söyləmişdi. Nəhayət, 1921-ci ildə o, Ağkilsəyə qayıtdı, ömrünün son illərini doğma kəndində yaşadı. Ancaq onun çal-çağırlı günləri arxada qalmışdı. Ömrünü toylarda, şadlıqlarda keçirən aşıq evdə oturmaqdan darıxır, qocalıqdan, xəstəlikdən şikayətlənirdi. O, tez-tez keçmiş günləri xatırlayır, dünya, həyat barədə düşünüb kədərlənirdi:
Səksəni, doxsanı keçibdir yaşım,
Əzrayıl həmdəmim, məzar yoldaşım.
Gor deyə tərpənir bəlalı başım,
Daha köç təbilin çal, qoca baxtım.
Deyilənə görə, Ələsgər uzun müddət evlənməyib, Səhnəbanının eşqi ilə yaşayıb. Səhnəbanu zorla ərə verildikdən sonra ona şeirlər qoşub. Nakam eşqindən incik aşıq, nəhayət, 40 yaşından sonra Kəlbəcər rayonunun Yanşaq kəndindən Anaxanım adlı bir kəndli qızı ilə evlənib. Aşığın 4 oğlu, 2 qızı dünyaya gəlib.
Dədə Ələsgər 1926-cı il mart ayının 7-də doğulduğu Ağkilsə kəndində dəfn edildi. Lakin 90-cı illərin əvvəllərində Azərbaycanın böyük aşıq-şairinin qəbri ermənilər tərəfindən vəhşicəsinə yerlə-yeksan edildi.
1972-ci ildə Aşıq Ələsgərin anadan olmasının 150 illiyi, 1998-ci ildə 175 illiyi, 2021-ci ildə isə 200 illik yubileyi Azərbaycanın hər yerində böyük təntənə ilə qeyd olundu.
Aşıq Ələsgərin xatirəsi dövlətimiz tərəfindən əbədiləşdirilib. Onun adına küçə, mədəniyyət sarayı, Respublika Xalq Yaradıcılığı evi fəaliyyət göstərir.
2011-ci ilin Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birlyi tərəfindən “Aşıq Ələsgər İli” elan edilməsi ilə əlaqədar M.F.Axundov adına Milli Kitabxana tərəfindən “Aşıq Ələsgər -190” biblioqrafik göstərici tərtib edilib.
Xəbər lenti
Hamısına baxDünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06

