13 il öncə...
25.06.2022 [10:35]
Gündəm onun ölüm xəbəri ilə çalxalanmışdı...
MİKAYIL
Bir pop ulduz düşünün, 10 ildən çoxdur ki, öldüyü-qaldığı müəmmalıdır. 13 il öncə dünya gündəmi onun ölüm xəbəri ilə çalxalanmışdı. O ölsə də, əfsanəsi yaşayır. İnsanları irqinə görə bilməyin, deyə ömrü boyu mübarizə aparan, bu yolda dərisinin rəngindən vaz keçən ulduz- Maykl Ceksondan söhbət gedir.
Düz 13 il əvvəl bu gün dünyadan və səhnədən əbədi vidalaşdı.
Pop musiqinin kralı kimi tanınan oğlan İndiana ştatının Qari şəhərində anadan olub. Karyerasına The Jacksons ailə qrupu ilə başladı. 1966-cı ildə qrupun adının dəyişdirilərək “Jackson 5” (“Jackson’s Five”) olaraq dəyişdirilməsi qərara alındı və Maykl aparıcı müğənni oldu.
Atası bluzmen idi, gitara ifa edirdi, yarı hindistanlı, yarı melez, kənd hinterlandından olan anası isə kantri musiqisinə aludə idi.
1972-ci ildən o, özünü solo karyerasına həsr edərək, tez bir zamanda misilsiz uğur qazandı.
80-ci illərin əvvəllərində Maykl Cekson artıq fenomenal uğur qazanmışdı və pərəstişkarlarını yeni “Thriller” albomu gözləyirdi. “Thriller” 30 ildən artıqdır ki, tarixdə ən çox satılan albom oldu və Maykl Cekson adı pop əfsanəsinə çevrildi. Pop sənayesindəki son irqi stereotipləri qırdı.
Üç klipi - “Thriller”, “Billie Jean”, “Beat It” musiqiçi Ağ Evə Ronald Reyqanla görüşə dəvət edilməsinə səbəb oldu.
1989-cu ildə “Pop kralı” adına layiq görüldü.
1991-ci ildə səkkizinci solo albomu “Dangerous” 5 həftə ərzində hit-paradlarda birinci oldu.
Daha sonra bir sıra qanunsuzluqda ittiham olunsa da, bəraət qazandı.
Bu məqamda haşiyəyə çıxaq. Belə ki, müğənninin 2009-cu ildə ölümündən sonra onunla bağlı bütün sözlərin başdan-ayağa yalan olduğunu etiraf ediblər.
Ən nəhayət, 2008-ci ilin avqustunda isə Maykl Ceksonun 50 illik yubileyinə həsr edilən “Pop Kralı” hitləri toplusu buraxıldı. Maykl dünya qastroluna çıxmağı planlaşdırırdı. Səhnədən bir neçə görüntülər mediada yayılmışdı. Ta ki ölüm xəbəri gələnə qədər...
Şəxsi həyatı
Maykl Cekson iki dəfə evləndi. Musiqiçinin ilk həyat yoldaşı Rokn-Roll kralının qızı - Elvis Presli idi. 1996-cı ildə onların evliliyi pozulsa da keçmiş həyat yoldaşları dost olaraq qaldılar.
Maykl boşanmadan çox üzüldüyü üçün vitiliqo xəstəliyi ağırlaşdı. Şəxsi dermatoloqunun köməkçisi Debbie Rowe ilə ailə qurdu. Oğlu Şahzadə Maykl Cozef Cekson və qızı Paris-Maykl Ketrin Cekson dünyaya gəldi.
Onun otelin eyvanında dayanaraq kiçik oğlunu əlində tutaraq video çəkməsi başına bəla oldu. Mətbuat müğənnini uşaqla ehtiyatsız davranmaqda günahlandırdı. Bu hadisədən sonra sənətçi mətbuatdan şəxsi həyatı ilə bağlı bütün təfərrüatları gizli saxladı.
Plastik cərrahiyyə və Maykl Cekson xəstəliyi
1987-ci ildə “Bad” albomunun təqdimatından sonra pərəstişkarları onun sifətindəki dəyişikliyi dərhal hiss etdilər. Zamanla müğənni daha solğunlaşdı və arıqladı.
Jurnalistlər Maykl Ceksonun dərisini ağartması və üzünün konturunu dəyişdirməsi ilə bağlı ittihamlar irəli sürdülər. 90-cı illərin əvvəllərində Maykl ona iki nadir xəstəlik - vitiliqo və lupus diaqnozu qoyulduğunu etiraf edərək dedi-qodulara son qoydu. Lupus yanaq sümüklərinin uğursuzluğuna və üzün ümumi deformasiyasına səbəb olan təhlükəli bir otoimmün xəstəlikdir. Həkimi tərəfindən təyin edilən güclü dərmanlar musiqiçini ağrıkəsicilərdən asılı saldı.
Plastik əməliyyatlarının sayına gəlincə isə sənətçinin tədricən transformasiyasını yaxından izləyən mütəxəssislər onun çoxlu cərrahi müdaxilələr etdirdiyini deyirdilər. Hətta Mayklın anası oğlunun plastik əməliyyata aludə olduğunu təsdiqləmişdi. Sənətçi isə bu ittihamları qəbul etməyib cəmi iki dəfə rinoplastika əməliyyatı etdiyini bildirmişdi.
Müəmmalı ölümü
Saat 14:26... Maykl Ceksonun ölümü UCLA Tibb Mərkəzində elan edildi.
Ölüm xəbəri bir neçə dəqiqə ərzində bütün dünyaya yayıldı.
Rəsmi açıqlamaya görə, Jackson 25-i iyun 2009-cu ildə artıq dozada qəbul etdiyi propofol adlanan güclü keyikdirici preparatdan ölmüşdü.
Ekspertiza zamanı qanında həddindən artıq ağrıkəsici maddə müəyyən edildi.
Müğənninin şəxsi həkimi Konrad Murrey müğənnini diriltmək üçün edilən bütün cəhdlərin nəticəsiz qaldığını bildirdi. Lakin həkim 2011-ci ildə qətl maddəsi üzrə 4 il müddətinə həbs edildi, cəza müddətinin yarısı keçdikdən sonra azadlığa buraxıldı.
Dəfni
7 iyul 2009-cu ildə milyonların kumiri ilə qapalı vida mərasimi keçirildi. Əvvəlcə dəfn mərasimi avqustun 29-da - müğənninin 51 yaşını tamamlayacağı gündə keçirilməli idi. Lakin Ceksonun qohumları onun ad günündə dəfn edilməsinə qarşı çıxdıqları üçün beş gün təxirə saldılar. İyunun 25-də vəfat edən Maykl Cekson ölümündən iki aydan çox keçəndən sonra yalnız sentyabrın 4-də “Müqəddəs Teras” adlanan yerdə dəfn edildi. Ceksonun ən yaxın dostları Los-Ancelesdəki Forest Lawn Qəbiristanlığı Memorial Parkına yığışdılar. Yüzlərlə pərəstişkar qəbiristanlığın hasarının arxasına toplaşıb təhlükəsizlik xəttini keçməyə cəhd etdilər. “Popun kralı Maykl Cekson çox erkən getdi” sözləri yazılmış pankartlar açdılar. Dəfn mərasiminə pulsuz biletlər internetdə təsadüfi seçim yolu ilə paylanıldı. 1,6 milyon adam bilet almaq üçün müraciət etdi.
Vida Paris Ceksonun çıxışı ilə başa çatdı. Qız göz yaşlarını tutmadan dedi: “O, ola biləcək ən yaxşı ata idi...”.
Müğənninin ölümündən sonra dünyada həqiqətən də əsl ceksonomaniya başladı..
Maykl Ceksonun qızı:
atamı öldürüblər
Atası vəfat edəndə 11 yaşı olan Paris Jackson illər sonra mətbuatda ajiotaj doğuracaq açıqlama verdi. O, ehtimal edirdi ki, atasını öldürüblər. Onun sözlərinə görə, ulduzun ölümü artıq dozada ağrıkəsici preparatın qəbul etməsi deyil: “O, hərdən deyirdi: Bir vaxt məni öldürəcəklər. Çünki bu aşkardır. Hər şey ona işarə edir. Bu, bir sui-qəsd nəzəriyyəsidir... Bütün pərəstişkarları və ailə üzvləri bunu yaxşı bilirlər”.
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04

