Dastanlarımız-tariximizi bu günə daşıyan informasiya mənbələri, yoxsa...
07.08.2010 [12:26]
Azərbaycan xalqının çoxəsrlik mənəvi mədəniyyətinin tərkib hissələrindən biri folklor və yaxud tədqiqatçıların təbirincə desək, ağız ədəbiyyatıdır. Müxtəlif tarixi səbəblərlə əlaqədar olaraq yazılı mənbələrin azlığı ucbatından qədim tariximizin və mədəniyyətimizin bir sıra problemləri və millətimizin zəngin tarixi öz əksini məhz ağız ədəbiyyatında tapıb. Hər bir kəlməsi, hər bir sözü və ifadəsi özündə böyük informasiya yükü gəzdirən şifahi xalq ədəbiyyatı keçmişimizə ayna tutan və millətimizin böyüklüyünü isbatlayan ən tutarlı dəlillərimizdir.
Xalq mahnıları, bayatı və qoşmalardan fərqli olaraq dastanlarımız az qala bütöv bir əsrdə baş verən tarixi hadisələri şirin bir deyimlə bizə nəql edir.
Azərbaycan şifahi xalq ədəbiyyatının ən böyük janrı olan dastan haqqında tədqiqatçılarımız müxtəlif fikirlər söyləyərək onu tipoloji ədəbi hadisə kimi dəyərləndirsələr də, günümüzün reallıqları bu janrın yenidən və əsaslı şəkildə araşdırılmasına ehtiyac yarandığını diktə edir.
Dastanların yaradıcıları və onların baş qəhrəmanları olan aşıq-ozan sözünün tarixi kökləri haqqında olan fərqli fikirlərin doğurduğu mübahisələrə aydınlıq gətirməyi folklorşünasların və etnoqrafların ixtiyarına verib dastanlarımızda yaranmış yanlışlıqlar və mübahisələrə toxunacaq və “Əsli və Kərəm” dastanının fərqli xüsusiyyətləri haqqında söhbət açacağıq.
çünki artıq sübut olunub ki, bu dastan, tədqiqatçı-alim Qara Namazovun qeyd etdiyi kimi, “yarandığı vaxtdan ideya-bədii mündəricəsini dəyişmədən hər dövrün sərt güzəranına dözə-dözə çin səddindən ta Balkan ölkələrinə qədər yayılıb”.
Tədqiqatçı alimlərimizin bir çoxu, o cümlədən, Q.Namazov özü də dastanı XII-XIII əsrlərə aid edirlər.
Bizcə, bu fikrin özündə bir yanlışlıq var və “Əsli və Kərəm” dastanının yaranış tarixi daha qədimlərə gedib çıxır. Bu fikiri dastanın özündə əks olunmuş bir neçə fikirlə də asanlıqla isbatlamaq olar.
Məsələn, yuxarıda qeyd etdiyimiz kimi, dastanların baş qəhrəmanları xalq arasında haqq aşığı-ölümsüz kimi qəbul edilən ozanlar, aşıqlar, eyni zamanda, tarixi şəxsiyyətlər olub. Bu qəhrəmanlar ona görə ölümsüzlük qazanıblar ki, onlara aşıqlıq haqdan-qeybdən, yuxuda buta şəklində verilib. Tədqiqatçalarımızın fikrincə də “Haqq aşiqi” və ya “haqq aşığı” ifadəsi ağız ədəbiyyatımızın hələ tam açılmamış sirlərindəndir. Bu ifadə etnoqrafçı və folklorçu alimlərimizin tərəfindən yetərincə araşdırılmayıb. Qeyd edək ki, “Əsli və Kərəm” dastanında Kərəmin haqq aşığı olduğu qeyd edilməsə də, o sazı çalıb oxumaqla durnaları göydən yerə endirir, karvanı borandan xilas edir. Bundan başqa, dastanın türkmən variantında Kərəmin alışıb yanmasından sonra dirilməsi və öz sevgilisinə qovuşub uzun bir ömür sürməsi qeyd edilir ki, bu xüsusiyyətlər məhz haqq aşıqlarına şamil edilir. Dastanda qeyd olunmasa da Kərəm haqq aşıqlarına məxsus xüsusiyyətlərə malikdir. üstəlik, Dədə Qorquddan sonra tarixi şəxsiyyət kimi aşıqlar arasında Dədə sözü əksər hallarda Kərəmə şamil edilir. Bu isə dastanın yaranma tarixinin daha qədim zamanlara - İslamdan əvvəlki dövrlərə təsadüf etdiyinə işarədir. Hətta tədqiqatçılarımız yanlışlıq olaraq “haqq aşığı” anlamını İslam dininin görkəmli şəxsiyyətlərindən biri olan Həzrəti Əlinin adı ilə bağlamaq istəsələr belə (guya haqq aşıqlığı, buta yuxuda Həzrət Əli tərəfindən verilirmiş) bu mümkün deyil. çünki insanın dirilməsi ilə bağlı miflər, haqq aşıqlarının öngörmələri birbaşa şamanizm dövrünə aiddir. İslam dini isə birmənalı şəkildə bu xüsusiyyətləri yalnız Allaha aid edir.
Maraqlıdır ki, bütün yazılı ədəbiyyatımıza olmasa da, onun müəyyən nümunələrinə nüfuz edən sovet ideologiyası “Əsli və Kərəm” dastanından da yan keçməyib. Belə ki, sovet dövründə tədqiqatçı alimlərin bir çoxu dastanı iki xalqın dini ayrılığa, xristian-müsəlman münasibətlərinə etirazının məntiqi nəticəsi kimi qiymətləndiriblər. Bununla da, dastanın informasiya yükünü araşdırmaq əvəzinə, onun ideya-bədii xüsusiyyətlərinə kölgə salınıb və yaranma tarixi “gəncləşdirilib”. Elə bu məntiqlə də dastanın baş qəhrəmanı Kərəmin sevgilisi, keşiş qızı Əsli erməniləşdirilib (Əslinin erməni qızı olmadığı haqqında dəlilləri gələn nömrəmizdə oxuculara təqdim edəcəyik). İddialarımız bəlkə də araşdırmaçı alimlərimizin qəlbinə toxuna bilər. Əslində, bizim bir məqsədimiz var. Sovet dövründə araşdırılan, tədqiq edilən, vahid sovet ailəsi adlandırılaraq süni olaraq yaradılmış vahid mədəniyyət qaynağından qidalanmağa məcbur edilən xalqın ixtiyarına verilən mənbələr yenidən araşdırılsın və tədqiq edilsin. Azərbaycan mədəni irsinin buna xüsusi ehtiyacı var. çünki bu irsi mənimsəmək üçün qollarını çırmalayıb hazır dayanmış, yalançı mənbələr uyduraraq həmin irsdən oğurladıqlarını həzm-rabedən keçirməyə çalışan ermənilərlə mübarizədən qalib çıxmağın bir yolu da budur.
Xəbər lenti
Hamısına baxDünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12

