ADB Qaradağ Günəş Elektrik Stansiyasının inşasına ayrılacaq kreditin həcmini artırıb
04.04.2022 [11:47]
Asiya İnkişaf Bankı (ADB) Qaradağ rayonu Ələt qəsəbəsindən 9 km şimal-qərbdə yerləşən sahədə 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının (GES) inkişafı, tikintisi və istismarı (“Alat Solar” layihəsi) üçün “Masdar Azerbaijan Energy” MMC-yə 35,7 milyon ABŞ dolları həcmində kredit təklif edir.
ADB xəbər verir ki, daha əvvəl bank layihəyə 23,2 milyon ABŞ dolları həcmində kredit təklif edirdi. Bankın Direktorlar Şurasının iyulun 25-də keçiriləcək iclasında kreditin təsdiq edilməsi gözlənilir.
Layihə ADB-nin 2030-cü il strategiyasının iqlim dəyişikliyi ilə mübarizə, iqlim dəyişikliyinə və təbii fəlakətlərə qarşı dayanıqlığın artırılması, həmçinin ekoloji dayanıqlığın artırılması kimi 3 əməliyyat prioritetini dəstəkləyir. Layihə, həmçinin ADB-nin Azərbaycan dövləti ilə 2019-2023-cü illəri əhatə edən tərəfdaşlıq strategiyasının icrasına öz töhfəsini verir. Məqsəd qeyri-neft sektorunun inkişaf etdirilməsini və maliyyə imkanlarına çıxışın yaxşılaşdırılmasını dəstəkləməklə ölkənin neft asılılığının azaldılmasına və iqtisadi dayanıqlığın artırılmasına nail olmaqdır.
“Bu layihə Azərbaycanda həyata keçirilən ilk kommunal miqyaslı müstəqil günəş enerjisi layihəsidir ki, sosial-iqtisadi dayanıqlığa öz töhfəsini verəcək enerji təchizatının şaxələndirilməsini dəstəkləyəcək. Bu, COVID-19 pandemiyasından sonra və Rusiya-Ukrayna münaqişəsi fonunda sosial və iqtisadi bərpa kontekstində xüsusilə böyük əhəmiyyət kəsb edir. Nəzərə almaq lazımdır ki, Rusiyanın Ukraynaya müdaxiləsinin ölkənin ticarət dövriyyəsinə, xüsusilə də ərzaq təhlükəsizliyinə və inflyasiyaya təsir edəcəyi gözlənilir. Elektrik enerjisi təchizatı xidmətlərinin etibarlığının və keyfiyyətinin artırılması əhaliyə elektrik avadanlıqlarından istifadə etməsinə imkan verəcək və onları müsəssisələr yaratmağa təşviq edəcək ki, bu da öz növbəsində onların həyat səviyyəsini artırmağa şərait yaradacaq. Layihə çərçivəsində hasil ediləcək elektrik enerjisinə çıxış əldə edəcək müəssisələr və ailə təsərrüfatları layihədən bilavasitə faydalanacaqlar”, - ADB-nin məlumatında deyilir.
Ümumi dəyəri 240 milyon ABŞ dolları təşkil edən layihənin icrasına Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) 51 milyon ABŞ dolları ayırmağı planlaşdırır. Layihənin maliyyələşdirilməsində Beynəlxalq Maliyyə Korporasiyasının (İFC Dünya Bankı Qrupuna daxildir) da iştirak edəcəyi gözlənilir.
Layihə - günəş fotoelektrik qurğusunun və yeni yarımstansiyanın, yerli yarımstansiyanı ölkə şəbəkəsi ilə birləşdirən 330 kV-lıq hava elektrik ötürücü xəttinin tikintisi, mövcud yola paralel yeni kənar yolun salınması üçün yolların yaxşılaşdırılması kimi 3 komponentdən ibarətdir.
Qaradağ GES-in tikintisi layihəsini "Abu Dhabi Future Energy Company" (Masdar) icra edir. Layihənin icrası üçün Azərbaycanda “Masdar Azerbaijan Energy” MMC qeydiyyatdan keçib.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

