Yüz ilə sığmayan gün
27.12.2025 [09:15]
Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanı haqqında
əvvəli ötən saylarımızda
Hə, yuxarıda insanın allahlıq iddiası barədə söhbətə qayıdacağımıza söz vermişdik axı: Sabitcanın tapındığı allahlar hara, Yedigeyin tapdığı Allah hara! Allah olmağın, allahlığa can atmağın gerçək üzü, halal üzü bax budur! Onun astar üzünəsə müdam Allahı yamsılayan Şeytanın şəkli düşüb, Sabitcanı heyran qoyan bütlərin surəti həkk olunub - o surət öz əslinə o qədər bənzəyir ki, tez-tez onu əsliylə qarışıq salırlar.
Boranlı Yedigey Allah haqqında, insan-Allah münasibəti haqqında ən böyük idealist filosofların, peyğəmbərlərin, sufilərin düşüncələri səviyyəsində mühakimə yürüdür. Havayı yerə onu “boz çöllərin knyaz Mışkini” adlandırmırlar. Həqiqətən, əgər bir kişi heç olmasa gəncliyində xəyalən Allah olmağa can atmayıbsa, dünyaya, insanlığa o ucalıqdan, o sevgiylə, mərhəmətlə baxmayıbsa, onda gec-tez o kişi tərkibini, xassəsini itirəcək, kölə, müxənnət, nakişi olacaq, İblis kimi torpağın təkinə çəkilib həyatı yer altından, zirzəmidən güdəcək.
Dahi Kantın mənəvi-əxlaqi imperativi necəydi: “Öz davranışlarında elə qaydaya söykən, elə prinsipi rəhbər tut ki, o qaydanın, prinsipin universal qanuna çevrilməsini arzulaya biləsən”. Yəni obyektiv, əxlaqlı insan olmaq üçün öz iradəni xəyalən Tanrı iradəsinə çevirib özünü Allahın yerinə qoymağı bacarmalısan, sözünün, əməlinin qüvvəsi ilahi qanun hökmündə olmalıdır. Başqa sözlə, əgər sənin əməlin obyektiv, universal xarakter daşımırsa, demək, o, xeyir əməl sayıla bilməz.
Bəs Boranlı Yedigey nə deyir: “Onlardan heç biri allahlıq dərəcəsinə yüksələ bilməyəcək, bu halda sən özün də daha mövcud olmayacaqsan”.
Həzrəti Kantın ikinci vacib hökmü təxminən bu cür səslənir: “İnsanlara əsla vasitə kimi yox, daim məqsəd kimi yanaş”.
Yedigeysə ürəyində bəşəriyyətin tək tanrısına, vahid ilahi qanununa belə deyir: “Əgər insan sənin timsalında ürəyində özünü hamının dərdinə qalan Allah saymasa, onda, ilahi, sən özün də olmayacaqsan”. Başqa sözlə, insan Allahı qorumasa, Allahın var olub insanı qoruyacağına heç bir ümid yoxdur.
Əgər ayrı mühitdə doğulub böyüsəydi, başqa zamanda yaşasaydı, şübhəsiz, Yedigey Cangəldin də balıqçı, əsgər, ya dəmiryol fəhləsi yox, bəşər tarixinin ən parlaq zəkalarından biri İmmanuil Kant kimi azman filosof olardı...
***
Kosmodromun meydançalarında isə iki gündür böyük gərginlik, çaxnaşma var, gecə-gündüz iş gedir. Bütün kosmodrom, qonşuluqdakı xüsusi xidmət binaları, zonalar gecə yüzlərlə projektorun işığı altında gündüz kimi aydınlanır. Onlarla ağır, yüngül texnika, xüsusi maşın, nə qədər alim, mühəndis “Həlqə” əməliyyatını həyata keçirmək üçün tədarük görür. Kosmosda uçan aparatları məhv eləmək məqsədiylə hazırlanmış antipeyklər əmrə müntəzir vəziyyətdə göyə zillənib. Axşam saat səkkizdə raketlər start götürməlidir, Sarı-Özəkdən doqquz antipeyk raketi dəqiqə yarım intervalla bir-birinin ardınca fəzaya qalxmalıdır. Bu raketlər başqa planetlərdən gələn uçuş aparatlarının qarşısını kəsmək üçün Yer kürəsi ətrafında daimi fəaliyyət göstərən həlqə yaratmalıdır:
“Və lap yaxınlıqda, haradasa lap qonşuluqda, kosmodrom zonasında parlaq atəşlə yanan qorxunc alov sütunu püskürüb göyə sancıldı. Yedigey qorxudan geri atıldı, dəvə də bağırıb yerindən sıçradı. İt qorxusundan yiyəsinin ayaqları altına təpildi.
Bu, qoruyucu transkosmik “Həlqə” əməliyyatının birinci döyüş robot-raketi idi. Sarı-Özəkdə axşam saat səkkiz tamamdı. Birincinin dalınca ikinci, onun dalınca da üçüncü raket göyə qalxdı, sonra biri də, biri də... Yerdəki işlərin dəyişməməsi, hər şeyin öz qaydasında qalması üçün bu raketlər uzaq kosmosa qalxıb Yer kürəsi ətrafında daimi fəaliyyətdə olan sərhəd düzəldəcəkdi.
Göy başlarına uçulur, alov və tüstü içində yarılırdı. İnsan, dəvə, bir də it - bu zavallı canlılar dəli kimi qaçır, canlarını qurtarmağa çalışırdılar. Onlar dəhşət içində qaçır, bir-birindən ayrılmağa qorxurdular: nəhəng alov sütunlarının amansızcasına işıqlandırdığı çöllüklə baş götürüb qaçırdılar.
Amma sanki yerlərində qaçırdılar, çünki hər yeni partlayış onları haqlayır, başlarına od, işıq, aləmi sarsıdan gurultu ələyirdi.
İnsan, dəvə, bir də it geri baxmadan qaçırdılar, birdən Yedigeyə elə gəldi ki, manqurt oğlunun oxladığı Nayman-Ananın başından saldığı ağ yaylıqdan əmələ gəlmiş ağ quş haradansa böyürdən çıxdı. Ağ quş bu həşir-qiyamət içində insanla yanaşı uçaraq deyirdi:
- Kimlərdənsən? Adın nədir? Adını yadına sal! Sənin atan Donenbaydır, Donenbay, Donenbay, Donenbaydır, Donenbay...
Yenidən qovuşan zülmət içində bu səs hələ çox eşidildi”.
Əsər belə bir qiyamət səhnəsiylə başa çatır...
Ateizmi özünə din-təriqət seçmiş şər imperiyası yer kürəsini mühasirəyə almaqla göylərin yolunu bağlayır, göydən gələn siqnalların səsini batırır.
Ana-Beyit məzarlığı da yer ömrünü başa vurub göyə uçan ruhların kosmodromudur - artıq o da ölülərin üzünə qapanıb.
Yer planetinin ətrafını saran həlqə manqurtun başına keçirilən halqavari dəri sarğıya, zifə bənzəyir - bu yolla Kainatın yaddaşı bəşərin hafizəsindən silinir.
Dəmir yollar boyunca yem dalınca qaçan qarışqa həvəsiylə gecə-gündüz şütüyən, relsindən bircə barmaq sapmağa hünəri çatmayan qatarlar - fiziki qanunlar zindanında əsirliyin; fəzanın genişliyinə qırğı kimi şığıyan kosmik gəmilər - metafizik azadlığın rəmzidir.
Utopik Meşəlidöş planeti yüz illərdir ali ruhların arzuladığı cənnətin - ideal cəmiyyətin, müəllifin çox sevdiyi, növbəti romanında obrazını yaradacağı İsa Məsihin vəd verdiyi göylər səltənətinin, Tanrı dərgahının simvoludur.
Yer kürəsinin ətrafına min çəpər çəkilsə belə o dərgahdan gələn siqnalları artıq heç bir bəndə, heç bir bənd-bərə boğa bilməz. Çünki bəşər övladı o mesajları əvvəlindən sonunacan öz ruhunda, heç vaxt silinməyən, silinməsi mümkün olmayan əbədi ruh yaddaşında gəzdirir. Cənnət uzaqlarda deyil - könül bağçasındadır. Qalır o cənnətin çiçəklərini başıbəlalı planetin torpağına əkib suvarmaq. Şəhidlərin qanıyla, yetimlərin göz yaşıyla yox, ana qoynunda, ata boynunda xoşbəxtcəsinə gülümsəyən uşaqların təbəssümüylə suvarmaq. Yer üzünü körpə, məsum tanrıların cənnət yağmurlarında islandığı göy üzünün təcəllasına çevirmək. Uşaqları müqəddəs elan eləyən İsa peyğəmbər Tanrıya duasında necə demişdisə, elə: “Qoy sənin iradən göylərdə olduğu kimi yerdə də bərqərar olsun!”
F.Uğurlu
Xəbər lenti
Hamısına baxAnalitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40

