Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qarabağda erməni separatizminə son qoyan antiterror əməliyyatı

Qarabağda erməni separatizminə son qoyan antiterror əməliyyatı

19.09.2025 [21:14]

Sentyabrın 19–20-də keçirilmiş birgünlük antiterror əməliyyatı nəticə­sində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğu­na son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi.

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev

2020-ci ilin sentyabr ayının 27-də başlanan Vətən müharibəsinin bö­yük Zəfərlə başa çatması nəticəsində Azərbaycan ərazilərinin 30 ilə yaxın davam edən işğalına son qoyuldu. Azərbaycan xalqının, dövlətinin və ordusunun dəmir yumruğa çevrilmiş birliyi nəticəsində Ermənistanın iş­ğalçı ordusu məhv edildi. Düşmənin canlı qüvvəsinə və texniki təchizatı­na ağır zərbə vuruldu, işğalçıya və onun himayədarlarına layiq olduqla­rı yer göstərildi. 

Azərbaycan Respublikası suveren dövlət olaraq ərazisində onun üçün təhlükə mənbəyi olan qanunsuz hərbi birləşmələrin mövcudluğu ilə qətiyyən barışa bilməzdi və buna görə də zəruri addımlar ataraq düşməni layiqincə cəzalandırmışdır. Lokal xarakterli antiterror tədbirləri nəticəsində qarşıda duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı, onlara məxsus 90-dan çox hərbi mövqe dağıdıldı, Ermənistana məxsus ordunun böyük hissəsi tamamilə məhv edildi. Düşmənin çoxlu sayda silah-sursat və hərbi texnikası sıradan çıxarıldı. Qalan erməni silahlı birləşmələri təşviş içində döyüş mövqelərini qoyub qaçdı. Azərbaycanın müzəffər ordusu tərəfindən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhəri və Əsgəran qəsəbəsi də daxil olmaqla bütün yaşayış məntəqələri düşməndən təmizləndi. Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığı və yüksək dəqiqliyə malik silahlardan istifadə etməsi nəticəsində yalnız hərbi infrastruktur sıradan çıxarıldı, mülki infrastruktura və əhaliyə ziyan dəymədi. Antiterror tədbirləri nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının 192-si şəhid olmuş, 500-dən çoxu yaralanmışdır. Qəhrəman Azərbaycan hərbçiləri Vətən uğrunda, Azərbaycanın suverenliyi yolunda öz canlarını fəda etmişlər. Lokal antiterror tədbirləri nəticəsində Xankəndidəki xunta ağ bayraq qaldıraraq sentyabrın 20-də təslim oldu.

2023-cü il 19-20 sentyabrda Azərbaycan ordusunun həyata keçirdiyi, uğurla başa çatan lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikası Qarabağ bölgəsində öz suverenliyini bərpa etdi. Ermənistanın və dünya ermənilərinin Azərbaycan ərazisində qondarma dövlət yaratmaq cəhdinə son qoyuldu, “Qarabağ problemi” bitdi. Azərbaycan postsovet məkanında ərazisində etnik münaqişə olan respublikalar içərisində öz ərazi bütövlüyünü və suverenliyini təmin edən ilk və yeganə dövlətdir. Bu, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yeritdiyi uğurlu daxili və xarici siyasət nəticəsində mümkün olmuşdur. Lokal antiterror tədbirləri nəticəsində Ermənistanla sülh danışıqları yolunda əsas maneələrdən biri aradan qaldırıldı. Vaxtilə məcburi köçkün düşmüş azərbaycanlı əhalinin doğma torpaqlarına qayıdışı üçün real imkan təmin edildi.

Antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikası bütün Qarabağı tam nəzarəti altına alaraq bölgədə öz Konstitusiya quruluşunu bərpa etmişdir. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Azərbaycanın qəhrəman ordusu tərəfindən yenicə azad edilmiş Sərsəng su anbarının ərazisində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Ağdərə, Xocavənd, Xocalı və Xankəndi şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmışdır. 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilmişdir. Azərbaycan Prezidentinin çıxışından sonra Silahlı Qüvvələrin parad heyətlərinin hərbi orkestrin müşayiəti ilə təntənəli keçidi olmuşdur. Parad heyətlərinin keçidindən sonra antiterror tədbirləri zamanı düşməndən müsadirə olunan hərbi texnikaların kiçik bir qismi qoşqular üzərində Xankəndi şəhərinin mərkəzi meydanına gətirilmişdir. Müsadirə edilmiş hərbi texnikaların və nəqliyyat vasitələrinin nömrə nişanlarından hazırlanan və üzərində “Zəfər” sözü həkk edilən lövhə nümayiş olunmuşdur. 7 fevral 2024-cü il növbədənkənar prezident seçkilərinin əsas xüsusiyyəti ondadır ki, müstəqillik dövründə ilk dəfə seçkilər ölkəmizin bütün ərazilərində keçirilmişdir. İşğaldan azad edilmiş ərazilərdə təxminən 20 min seçicinin səs verməsi üçün 26 seçki məntəqəsi yaradılmışdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində səs verdilər. Seçkilərdə qalib gələn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi 2024-cü il fevralın 14-də Milli Məclisdə keçirildi. Prezident İlham Əliyev andiçmə mərasimində söylədiyi nitqində xüsusilə vurğuladı: “Mən Azərbaycanın istənilən yerində səs verə bilərdim, ancaq hesab etdim ki, Xankəndidə səs verməyim daha düzgün olar. ... Məhz Xankəndidə səs verdiyim binada xalqımıza qarşı soyqırımı planlaşdırılırdı və oradan idarə olunurdu. Məhz səs verdiyim binanın önündə yerləşən meydanda erməni millətçiləri və ondan sonra Ermənistan dövləti bizə qarşı ərazi iddialarını irəli sürmüşdü. Məhz o binada Qarabağı Azərbaycandan ayırmaq üçün hələ sovet dövründə xüsusi komitə yerləşdirilmişdi və o komitənin əsas məqsədi Qarabağı Azərbaycandan ayırmaq idi, bunu hər kəs bilir. ... Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi”.

Səltənət Möhsünlü,

YAP Tərtər rayon təşkilatının məsləhətçisi

Paylaş:
Baxılıb: 89 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30