Suverenlik Günündə Xankəndidə Qarabağ Universitetinin açılması tarixi hadisədir
19.09.2025 [10:39]
2024-cü il sentyabrın 20-də Xankəndidə Qarabağ Universitetinin açılışı müasir Azərbaycan tarixində və ölkəmizin təhsil sistemində mühüm hadisədir. Bu münasibətilə Prezident İlham Əliyev Qarabağ Universitetində çıxış edərək vacib mesajlar verdi və bir sıra əsas məsələlərə toxundu. Ölkə başçısı vurğuladı ki, bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu tərəfindən Azərbaycanın dövlət suverenliyi və konstitusiya quruluşu bərpa edilib. Ərazi bütövlüyünün və suverenliyin tam bərpası ilə nəticələnən tarixi Qələbədən sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Münaqişədən sonrakı dövrün reallıqları şəraitində ölkənin beynəlxalq mövqeyi və nüfuzu güclənib; ictimai-siyasi həyat böyük dəyişikliklər və uğurlarla müşayiət olunur. İşğaldan azad olunmuş ərazilər geniş tikinti-quruculuq meydanına çevrilib, burada üzərində işlər aparılan müəssisə və iaşə obyektlərinin sayı prosesin əzəmətindən xəbər verir. Sentyabrın 20-si — Dövlət Suverenliyi Günündə Xankəndidə Qarabağ Universitetinin açılışı və Prezidentin tələbələrlə görüşü təkcə adi bir təhsil müəssisəsinin işə düşməsi deyil, həm də qürurverici tarixi hadisədir. Müzəffər Komandan hərbi cəbhədən qalib gələn kimi, ideoloji cəbhənin də önündə dayandı, gənclərə tövsiyələr verdi və gələcək uğurlar arzuladı. Keçmişdə separatizm yuvasına çevrilmiş, 20 sentyabr antiterror əməliyyatından sonra yenidən sahibinə qayıdan Xankəndidə Qarabağ Universitetinin yaradılması və qısa müddətdə tədris ilinin başlanması hər bir azərbaycanlını sevindirir. Universitetin məhz 20 sentyabrda açılması təsadüfi deyil: məhz bu tarixdə ölkəmiz ərazi bütövlüyünü tam bərpa etmişdir. Prezidentin qeyd etdiyi kimi, bu artıq şanlı tariximizdir və Qarabağ Universitetinin yaradılması tarixi hadisədir. Qarabağ xalqımızın tarixində böyük mütəfəkkirləri, ədibləri, filosofları və digər görkəmli şəxsləri ilə tanınır. Qarabağ Universitetinin yaradılması ilə bu intellektual və mədəni ənənələr yenidən bərpa ediləcək; işğal dövründə dağıdılmış irsimiz yenidən canlanacaq. Dövlət rəhbərliyi Qarabağda infrastrukturun bərpasına, kəndlərin, qəsəbə və şəhərlərin tikintisinə xüsusi diqqət ayırmaqla yanaşı, insan kapitalının — intellektual potensialın bərpasına da önəm verir. Bərpa və quruculuq yalnız infrastrukturdan ibarət deyil; məqsəd əvvəlki insan potensialını da bərpa etməkdir. Ən böyük vəzifə gənc nəslin vətənpərvər ruhda tərbiyəsidir. Vətənə bağlılıq və tarixi yaddaş bizim zəfərlərimizin əsasını təşkil edib. Güclü vətənpərvərlik kökləri və tarixə bağlılıq gənc nəsli formalaşdırmaqda mühüm rol oynayır. Tarix həm ibrət, həm də tərbiyə mənbəyidir. Prezidentin sözlərinə görə, bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsilib, Azərbaycan dövlət suverenliyini tam bərpa edib və beynəlxalq hüquq öz yerini tapıb. Bu, ordumuzun, arxa cəbhədəki vətənpərvərlik ruhunun və yüksək mənəvi-psixoloji hazırlığın nəticəsidir. Mənəvi üstünlük və milli düşüncə olmadan ən güclü ordu da uğur qazana bilməz. Dünya hərb tarixində bunun nümunələri çoxdur. Buna görə də Azərbaycan xalqı qəhrəmanları ilə haqlı olaraq fəxr edir. 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin 19–20 sentyabrında həyata keçirilən antiterror tədbirləri müasir Azərbaycan tarixinin ən parlaq səhifələridir. Dövlət başçısının vurğuladığı kimi: “İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı imkan verdi ki, Azərbaycan nəinki beynəlxalq hüququ bərpa etdi, nəinki öz milli qürurunu bərpa etdi, həm də bütün dünyaya göstərdi ki, ədalətsizlik əbədi davam edə bilməz. Cəmi bir neçə saat davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam zəfəri ilə başa çatdı. Ermənistan ordusunun 15 mindən çox hərbi kontingenti iflic vəziyyətinə düşdü və bir neçə saatdan sonra kapitulyasiya şərtlərini müzakirə etməyə başladıq. Azərbaycan xalqı bütün çətinliklərə baxmayaraq tarixi torpaqlarına qayıtmaq ümidi itirməmişdi və tarixi ədalətin zəfər çalacağına inanmışdı.” Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımız bir yumruq kimi birləşərək tarixi ədaləti bərpa etdi. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və konstitusiya quruluşu tam bərpa edildi. Ölkə başçısı əlavə etdi ki, “Bu gün işğaldan əziyyət çəkən və ədalətsizliklərlə üzləşən bir çox xalqlar üçün bizim nümunəmiz ümid işığıdır.” Təəssüf ki, işğal dövründə ölkəmizə qarşı ikili standartlar və ədalətsizlik halları oldu. Həmin dövrdə islamofobiya və xalqımıza qarşı ayrı-seçkilik yaddaşda qalacaq. Formalaşan gənc nəsil bütün bu tarixi faktrlara sahib çıxmalı və gələcəyini bu prinsiplər üzərində qurmalıdır. Burada ailə dəyərləri və mənəvi-psixoloji tərbiyə xüsusi rol oynayır. II Qarabağ müharibəsində gənclərin göstərdiyi vətənpərvərlik nümunəsi bunun parlaq sübutudur. XX əsrin əvvəllərində xalqımıza qarşı yönələn növbəti hücumlardan, 1923-cü ildə süni şəkildə yaradılmış “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin formalaşdırılmasından və bunun bölgəni Azərbaycanın tərkibindən ayırmaq üçün əsas yaradılmasından Prezident İlham Əliyev bəhs etdi. O qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi ilə separatçı yuvalar dağıdıldı, sabitlik bərpa olundu və regiona infrastruktur yatırımları edildi — dəmir yolu çəkildi, Xankəndidə stansiya, Sərsəng və Suqovuşan su anbarları kimi layihələr icra olundu. Lakin sonrakı illərdə başlayan avantüralar və işğal bütün bu nailiyyətləri məhv etdi. Qətiyyətlə demək olar ki, Prezident İlham Əliyevin Qarabağ Universitetindəki çıxışı gənc nəslin təhsil və vətənpərvərlik prioritetlərini təsdiq edən manifest idi.
Şamo Qasımov,
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37

Hadisə
19 Sentyabr 10:36
