Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / "Azərbaycanın siyasi sistemində Yeni Azərbaycan Partiyasının rolu" mövzusunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin üzvləri ilə görüş keçirilib

"Azərbaycanın siyasi sistemində Yeni Azərbaycan Partiyasının rolu" mövzusunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin üzvləri ilə görüş keçirilib

19.09.2025 [09:43]

YAP Ağdaş rayon təşkilatında Konstitusiya və Suverenlik ili çərçivəsində "Azərbaycanın siyasi sistemində Yeni Azərbaycan Partiyasının rolu" mövzusunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin üzvləri ilə görüş keçirilib.

Görüş iştirakçıları əvvəlcə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli tarixi yoldan söz açdı. Yeni Azərbaycan Partiyası dəfələrlə xalqın etimadını doğrultduğu üçün ümumxalq partiyası adını qazanmışdır. Partiyamızın banisi, ümummilli lider Heydər Əliyev ölkəmizi məhv olmaq təhlükəsindən xilas edərək möhkəm təməlli dövlətə çevirmişdir. Əlişah Rəcəbov onu da vurğuladı ki, Prezident İlham Əliyev ulu öndərin siyasətini hər bir sahədə layiqincə davam etidərərək ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, Azərbaycan xalqını qalib xalqa çevirdi.

Görüşdə şəhid atası Ayaz Vəliyev və Birinci Qarabağ müharibəsi iştirakçısı İsmayıl Xudiyev çıxış edərək işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərindən bəhs etdilər. Həmçinin şəhid ailələri və müharibə iştirakçılarına göstərilən diqqət-qayğıya görə Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

Sonda Yeni Azərbaycan Partiyası sıralarına yeni üzv olan şəhid ailələri üzvlərinə və müharibə əlillərinə üzvlük vəsiqələri təqdim oldu.

Paylaş:
Baxılıb: 112 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30