Gürcüstanda yeni inqilab anonsu
19.09.2025 [08:59]
Son iki ildə dost və qonşu Gürcüstanın siyasi həyatında bir sıra ziddiyyətli proseslər izlənilir. Müşahidə edilən odur ki, hansısa qüvvələr rəsmi Tbilisiyə müəyyən diktələri qəbul etdirməyə, hakimiyyəti təzyiq altında saxlamağa davamlı səy göstərirlər. Bundan ötrü müxtəlif çirkin ssenarilər işə salınır, manipulyasiyalara əl atılır. Parlamentdə müzakirələrə çıxarılan “Xarici Təsirin şəffaflığı” və gürcü xalqının ailə dəyərlərinin, milli ləyaqətinin qorunmasına hesablanan qanunların qəbulu, parlament və prezident seçkiləri ciddi ajiotajla müşayiət olundu. Son günlər eyni qüvvələrin Gürcüstanda yeni inqilab ssenarisi hazırladıqlarının anonsu edilir.
Xaricdən maliyyələşən bəzi QHT-lərin anti-dövlət fəaliyyəti
Yeni inqilab ssenarisi hazırlıqlarının anonsunun rəsmi şəxslərin dilindən eşidilməsi vəziyyətin ciddiliyindən xəbər verir. Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəzi qeyri-hökumət təşkilatlarının (QHT) xarici maliyyə hesabına anti-dövlət fəaliyyətlərdə iştirak etdiyini və inqilabi proseslər aparmağa cəhd göstərdiyini bildirib. Yerli mətbuatın yazdığına görə, Baş nazir bunu Acarıstanda jurnalistlərin suallarını cavablandırarkən deyib.
Baş nazirin sözlərinə görə, həmin məsələlər hüquq-mühafizə orqanlarının araşdırma predmetidir: “Qiqaurinin təxribat işində dindirilməsinin təfərrüatlarını bilmirəm, bu mənim işim deyil. Amma hamınız yaxşı bilirsiniz ki, QHT-lər bilavasitə anti-dövlət aksiyalarında iştirak ediblər, xaricdən maliyyə vəsaiti hesabına inqilabi proseslər aparmağa cəhd ediblər. Qalanını hüquq-mühafizə orqanları müzakirə edəcək”.
Kobaxidze, həmçinin 2022-ci ildə Avropa İttifaqının Gürcüstana namizəd statusu verməməsinə etiraz aksiyalarını xatırladıb. “Xatırlayıram ki, 2022-ci ilin iyununda Avropa İttifaqı haqsız olaraq bizə namizəd statusu vermədikdə, Eka Qiqauri və “Transparency International” nümayəndələri səhnəyə çıxaraq hökumətin istefasını və öz iştirakı ilə yeni hökumətin yaradılmasını tələb edirdilər. Bu, QHT-lərin işi deyildi, dövlət əleyhinə hadisə idi”.
Baş nazir bu günlərdə “İmedi” telekanalına müsahibəsində isə daha ciddi məsələlərə toxunub. O bildirib ki, Tbilisidə paytaxt meri Kaxa Kaladzenin seçki qərargahı qarşısında keçirilən etiraz aksiyaları xarici kəşfiyyat xidmətləri tərəfindən maliyyələşdirilir. “Qərargaha gedən bu adamlar, bəziləri birbaşa, bəziləri yox, bəzilərinin bundan xəbəri belə yoxdur, xüsusi xidmət orqanları tərəfindən idarə olunur. Bütün bunlar birbaşa xarici kəşfiyyat xidmətləri tərəfindən maliyyələşdirilir”, - deyə Kobaxidze bildirib.
Kobaxidze baş verənləri “faciəvi hadisələr” kimi dəyərləndirib. Onun sözlərinə görə, etirazçılar “bütün şəxsiyyətlərini itiriblər”.
Oxşar məzmunlu açıqlamalar digər rəsmi şəxslərdən də gəlməkdədir. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili vəziyyəti daha ciddi dəyərləndirib. O bildirib ki, bir neçə siyasi qruplaşma və xaricdən maliyyələşən QHT-lər zorakılıq yolu ilə hakimiyyət rıçaqlarını ələ keçirməyə çalışırlar.
Ş.Papuaşvili sözügedən qüvvələrin demokratik çərçivədən kənara çıxdığına diqqət çəkib. “Hər kəsə xatırladıram ki, hakimiyyət mandatının əldə edilməsinin yeganə yolu seçkilərdir. Bu qruplar - yəni, partiyalar və xaricdən maliyyələşən QHT-lər bəyan ediblər ki, onlar demokratik çərçivədən çıxırlar və mandatı, hakimiyyət rıçaqlarını zorakı yolla əldə etməyə çalışırlar. Bu, məhz hakimiyyətin devrilməsi ilə bağlı bəyanatdır və başqa cür yozula bilməz” - deyə Papuaşvili vurğulayıb.
Parlamentin sədri, həmçinin deyib: “Fakt ondan ibarətdir ki, onların xalq tərəfindən heç bir dəstəyi yoxdur. Onların davranışından da aydın görünür ki, yeganə məqsədləri bu cəmiyyəti və dövləti qeyri-adi, fövqəladə vəziyyətə salmaq üçün təxribatlar törətməkdir. Bu, təhlükəli bir yoldur. Xaricdən idarə olunan bir neçə partiya və QHT bu yolla gedir. Bu, birbaşa Maydana - qan tökülməsinə, qarşıdurmaya aparan yoldur”.
Qrantlarla ələ alınan QHT-lər
Ötən il qonşu Gürcüstanda milli maraqların qorunmasını hədəfləyən qanunların qəbulu, həmçinin parlament və prezident seçkiləri zamanı baş verənlər ölkədə xarici dairələrə bağlı olan geniş agentura şəbəkəsinin formalaşdığını və bunun dövlətçilik üçün ciddi təhdidlər yaratdığını bütün ciddiliyi ilə ortaya qoydu. Qərbdə “yumşaq güc” - qrantlar müqabilində ələ alınan qeyri-hökumət təşkilatları üzərindən formalaşdırılan “beşinci kolon” vasitəsilə milli dövlətlərə təsir göstərmək, oyuncaq rejimlər qurmaq uzun tarixə malik bir ənənədir.
Vəziyyətin ciddiliyini bütün miqyası ilə göz önündə canlandırmaqdan ötrü qonşu ölkənin vətəndaş cəmiyyəti sektoruna nəzər salaq. Mənzərə həqiqətən heyrət doğurur. 2024-cü ilin məlumatına əsasən, burada aktiv fəaliyyət göstərən 25 min qeyri-hökumət təşkilatı var. Gürcüstanın 3,7 milyon əhalisi olduğunu nəzərə alsaq, bu, dünyada adambaşına düşən ən yüksək göstəricilərdən biridir, yəni hər 148 Gürcüstan vətəndaşına, demək olar ki, bir QHT düşür. Narahatlıq yaradan ən mühüm məqam ondan ibarətdir ki, ölkədə qeydiyyata alınan QHT-lərin təxminən 90 faizi xaricdən maliyyələşir.
Donor təşkilatlarının siyahısında yenə də dünyanın ayrı-ayrı ölkələrində rəngli inqilablar və milli hökumətlərə qarşı digər pozuculuq əməlləri törətmiş təşkilatlar - Avropa İttifaqı, ABŞ-ın keçmiş administrasiyası, Soros Fondu kimi müxtəlif qurumlar yer alırlar. İndiyədək 100-dən çox ölkədə şəbəkə qurmağa nail olan, D.Trampın bir qədər bundan əvvəl ifşa etdiyi və artıq ləğv olunan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) də burada “aktivliyini” xüsusi qeyd edə bilərik. Verilən məlumatına görə, Gürcüstanın qeyri-hökumət təşkilatları 2024-cü ildə ölkədə parlament seçkiləri ərəfəsində ABŞ Beynəlxalq İnkişaf Agentliyindən 41 milyon dollardan çox vəsait alıblar.
Adları çəkilən donorlar digər ölkələr kimi, Gürcüstanı da xüsusi məqsədlər naminə, necə deyərlər, özününküləşdirməyə çalışıblar və müəyyən mənada buna nail olublar. Qısa müstəqillik tarixində qonşu ölkə bir neçə rəngli inqilab dalğasından keçib və onların nəticələri milli dövlətçilk üçün kifayət qədər ağır olub. Belə ki, ölkə ərazi itkilərinə məruz qalıb. İndi hakim komanda dövlət quruculuğunda buraxılmış səhvləri nəzərə almaqla ölkənin real müstəqilliyinə və tam suverenliyinə nail olmaq istəyir və bu istiqamətdə qətiyyətli addımlar atır.
Hakimiyyət mövqeyində israrlıdır
Ayrı-ayrı Avropa təsisatları ilə Gürcüstan arasında çatlar dərinləşməkdə davam edir. Son bir ildə Avropa Şurası Parlament Assambleyası rəsmi Tbilisinin siyasi kursunu hədəfə alan bir neçə qərəzli qətnamə qəbul edib. Eyni zamanda, bir vaxtlar Gürcüstana yanaşmada xüsusi həssaslıq sərgiləyən, bu ölkəni öz sıralarına qatmaq vədləri verən Avropa İttifaqı (Aİ) indi tamam əks mövqedən çıxış edir. Qurum indiyədək Gürcüstan -Aİ yaxınlaşmasında əldə olunan razılaşmalardan geri çəkilir, etimad bağları bir-birinin ardınca qırılır.
Artıq Gürcüstanda qurulan ssenarilərdə xarici dövlətlərin bu ölkədəki səfirlərinin iştirakı ilə bağlı dəlil- sübutlar da artır. Baş nazir İrakli Kobaxidze Avropa dövlətlərinin bəzi səfirliklərinin ölkədə radikal proseslərin təşviqində iştirak etdiyini bildirib. Baş nazir bu barədə Britaniya səfirliyində müxalif siyasətçilər Qiqa Bokeriya və Gia Baramidzenin iştirakı ilə keçirilən görüşlə bağlı jurnalistlərin sualını cavablandırarkən deyib. “Təəssüf ki, Avropanın bir neçə səfirliyi Gürcüstanda radikalizmin qızışdırılmasında birbaşa iştirak edir. Onlar radikallarla tez-tez görüşürlər və bu, acınacaqlı haldır. Konkret səfirliklər radikalizmi təşviq etdikdə, bu, Gürcüstan cəmiyyətinin də diqqətindən yayınmır və ciddi şəkildə mənfi qarşılanır”, - deyə Kobaxidze vurğulayıb.
Onun sözlərinə görə, belə hallar Avropa İttifaqının və ümumilikdə Avropa dövlətlərinin imicinə mənfi təsir göstərir. Fikirlərinə davam edən Baş nazir deyib: “Bu, Gürcüstanda Avropa İttifaqının və Avropa bürokratiyasının imicinə ciddi xələl gətirir. Xüsusən də seçkilərdə iştirak etməyən partiyalarla görüşlərin keçirilməsi daha da anlaşılmazdır”.
İ.Kobaxidze əlavə edib ki, avropalı diplomatların böyük bir hissəsi özlərini gürcü cəmiyyətinə nifrət səfiri kimi təqdim edirlər. “Səfirlərin vicdanla hərəkət etməsi vacibdir” deyən Baş nazir onlara çağırış edib.
Eyni zanmanda, müşahidə edilən odur ki, hakimiyyət başladığı siyasi kursu dəyişmək niyyətində deyil. İrakli Kobaxidze müxalifət lideri Levan Xabeişviliyə qarşı irəli sürülən ittihamlarla bağlı jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Gürcüstanda “dövlət çevrilişinin” sülh yolu ilə və ya qeyri-sülh yolu ilə baş verməsi kimi anlayış yoxdur: “Dövlət çevrilişi anlayışı sülh yolu ilə və ya qeyri-sülh yolu ilə deyil. Hazırda iki istiqamət üzrə cinayət işi açılıb - həm çevrilişə cəhd, həm də rüşvət vədi ilə bağlı. Qalanı, təbii ki, məhkəmənin işidir,” - deyə Kobaxidze qeyd edib.
Baş nazir Xabeişvili ilə bağlı bəzi detalları da açıqlayıb: “Mən çox yaxşı bilirəm ki, Xabeişviliyə “Anita” ləqəbini kim verib və kim ona əvvəl 3 min, sonra isə 5 min lari ödəyib”.
Kobaxidze əlavə edib ki, gələcəkdə də siyasi motivli cinayətlərə qarşı qanun daha sərt tətbiq olunacaq: “Korrupsiya, narkotik, təşkilatlanmış cinayətkarlığa qarşı necə sərt addımlar atmışıqsa, siyasi motivli cinayətlərdə də eyni olacaq. Bu, narkomanlara, təşkilatlanmış cinayətkarlara sərf etmir, amma cəmiyyət üçün vacibdir”.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37

Hadisə
19 Sentyabr 10:36
