Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq

Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq

18.09.2025 [12:54]

Sentyabrın 19-da gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin 18-dən 19-da keçən gecə və axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, gecəyə doğru arabir güclənəcək.

Havanın temperaturu gecə 16-19, gündüz 21-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55% təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-17, gündüz 18-23, dağlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti olacaq.

Paylaş:
Baxılıb: 67 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30