/ / “20 sentyabr Dövlət Suverenliyi Günü” həm bu günün uğurlarının təntənəsi, həm də gələcəyə inamın ifadəsidir
“20 sentyabr Dövlət Suverenliyi Günü” həm bu günün uğurlarının təntənəsi, həm də gələcəyə inamın ifadəsidir
18.09.2025 [12:42]
17 sentyabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində YAP Samux rayon təşkilatının, Samux rayon İcra Hakimiyyətinin və Gəncə- Daşkəsən Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə “20 Sentyabr Dövlət Suverenliyi Günü”nə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açıq elan edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Cənab Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixdə imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-nin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edildiyini vurğulayıb. Bu Sərəncamın Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpası ilə başlayan hadisələrin kulminasiya nöqtəsi olan ərazi bütövlüyünün və müstəqillik uğrunda onilliklər boyu davam edən mübarizənin rəmzi sonunu əks etdirdiyini bildirib.
G.Bayramov 2023-cü il sentyabrın 19-da Qarabağda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə başlanılan antiterror tədbirlərindən söz açıb.
Sədr həmçinin qeyd edib ki, Dövlət Suverenliyi Günü – sadəcə yeni bir tarix deyil, Azərbaycan xalqının suverenliyə doğru tarixi yürüşünün yekun zirvəsidir. Bu gün, həm keçmişə ehtiram, həm bu günün uğurlarının təntənəsi, həm də gələcəyə inamın ifadəsidir. Azərbaycan bu gün öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Dövlətçilik ideologiyası, xalq-iqtidar birliyi və müstəqil siyasi xətt bu suverenliyin möhkəm dayaqlarıdır. 20 sentyabr – Dövlət Suverenliyi Günü artıq bu dayaqların təqvimə həkk olunmuş təntənəsidir. Bu gün, Azərbaycan xalqının öz dövlətinə sahib çıxmasının, onun müstəqilliyini qorumasının və daha da möhkəmləndirməsinin təcəssümüdür.
Qürurvericidir ki, bu gün Azərbaycanın Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanır.
Daha sonra tədbirdə Samux rayon İcra Hakimiyyəti Başçısının müavini- ictimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova, Gəncə- Daşkəsən Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşmiş Kitabxana Sisteminin direktor vəzifəsini icra edən Telli Nəsibova və partiya fəalı Elnarə İmamquliyeva çıxış edərək qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüzün, suverenliyimizin xalqımızın milli sərvəti olduğunu , 20 Sentyabr tarixinin Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd edilməsinin qürurunu yaşadığını qeyd bildiriblər. Çıxışlarda ərazi bütövlüyünü tam bərpa edən suveren Azərbaycanın uğurlarının hələ irəlidə olduğu da diqqətə çatdırılıb.
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37

Hadisə
19 Sentyabr 10:36
