Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qazaxıstanda iki yol-nəqliyyat hadisəsi 10-dan çox insanın ölümü ilə nəticələnib

Qazaxıstanda iki yol-nəqliyyat hadisəsi 10-dan çox insanın ölümü ilə nəticələnib

14.09.2025 [19:33]

Qazaxıstanda ölümlə nəticələnən iki böyük yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC “KazAvtoJol”a istinadla xəbər verir ki, Karaqanda vilayətində, “Karaqanda-Ayaquz-Buqaz” avtomobil yolunda “Ford Mondeo” markalı avtomobilin sürücüsü icazəsiz yerdə ötmə əməliyyatı həyata keçirərkən qarşıdan gələn hərəkət zolağına çıxaraq “Changan” avtomobili ilə toqquşub. Yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər yerindəcə həlak olub.

Jetısu vilayətində, “Almatı-Ust-Kamenoqorsk” avtomobil yolunda daha bir ağır yol-nəqliyyat hadisəsi baş verib. “Nissan Cefiro” markalı avtomobilin sürücüsü qarşıdan gələn hərəkət zolağına çıxaraq, orada əvvəlcə “Lada VAZ”, sonra isə “Chevrolet Cobalt” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində “Nissan Cefiro”nun sürücüsü yerindəcə keçinib. “Lada VAZ”da 4 nəfər olub: bir sərnişin həlak olub, daha biri xəsarət alıb və xəstəxanaya yerləşdirilib. “Chevrolet Cobalt” avtomobilində biri uşaq da olmaqla səkkiz nəfər olub. İlkin məlumatlara görə, onların hamısı hadisə yerində dünyasını dəyişib.

Paylaş:
Baxılıb: 140 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30