Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İtaliya Fələstin dövlətinin yaradılmasını tələb edən qətnamənin lehinə səs verib

İtaliya Fələstin dövlətinin yaradılmasını tələb edən qətnamənin lehinə səs verib

14.09.2025 [08:37]

İtaliya BMT Baş Assambleyasının Fələstində ikidövlətli həlli dəstəkləyən qətnaməsinin lehinə səs verib.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi məlumat yayıb.

Bildirilir ki, İtaliya HƏMAS-dan azad Fələstin dövlətinin yaradılmasını tələb edən qətnamənin lehinə səs verib. Bundan sonra faktiki tanınma dövlətlərin azad suverenliyinə əsaslanaraq həyata keçiriləcək.

“Fələstin məsələsinin sülh yolu ilə həlli və ikidövlətli həllin həyata keçirilməsinə dair Nyu-York Bəyannaməsi”ni qəbul edən qətnamə Fransa və Səudiyyə Ərəbistanı tərəfindən təqdim olunub. Sənəddə HƏMAS-ın bütün girovları azad etməsinin vacibliyi və BMT Baş Assambleyasının HƏMAS-ın mülki şəxslərə qarşı törədilən hücumlarını pislədiyi bildirilir.

Qətnamə, həmçinin Qəzzada müharibəni dayandırmaq və ikidövlətli həllinin effektiv həyata keçirilməsi əsasında İsrail-Fələstin münaqişəsinin ədalətli, dinc və davamlı həllinə nail olmaq üçün kollektiv fəaliyyətə çağırır.

Paylaş:
Baxılıb: 112 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30