Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Nar və nar məhsullarının ixrac potensialının artırılması müzakirə olunub

Nar və nar məhsullarının ixrac potensialının artırılması müzakirə olunub

12.09.2025 [22:57]

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi və Azərbaycan İxracatçılar Klubunun təşkilatçılığı ilə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının nümayəndələri, eləcə də quruma üzv olan sahibkarlarla görüş keçirilib.

AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində nar məhsullarının ixrac potensialının artırılması, fitosanitar nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, ixrac üçün zəruri sertifikatlaşdırma proseslərinin sürətləndirilməsi və logistik xərclərin optimallaşdırılması istiqamətində məsələlər müzakirə olunub. Bununla yanaşı, ixracın şaxələndirilməsi və məhsulların yeni bazarlara çıxışı imkanları ilə bağlı təkliflər səsləndirilib, mövcud vəziyyətin təhlili aparılıb və bazar iştirakçılarının praktiki təcrübəsinə əsaslanan yanaşmalar diqqətə çatdırılıb.

Görüşün yekununda təqdim olunan təkliflərin nəzərdən keçiriləcəyi, mövcud çağırışların həlli üçün müvafiq addımların atılacağı vurğulanıb. Həmçinin ixrac potensialının artırılması məqsədilə görüş iştirakçıları arasında əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı razılıq əldə olunub.

Paylaş:
Baxılıb: 127 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30