Zəngəzur dəhlizinin perspektivi...
24.06.2025 [09:43]
Günümüzün reallığında daha praqmatik, effektiv, təhlükəsiz yol
XX əsrin ikinci onilliyinin başlanması ilə bir sıra regionlarda mühüm proseslərə start verildi. Xüsusilə Azərbaycanın Cənubi Qafqazda təhlükəsizliyin təmini, təhdidlərin aradan qaldırılması, işğala son verilməsi istiqamətində apardığı fəaliyyət bölgədə yeni reallıqlar yaratdı. Bu isə öz növbəsində bütün sferalarda gələcək inkişaf trayektoriyalarının istiqamətlənməsinə təsir göstərir:
- İlk olaraq siyasi sferada ədalətin və beynəlxalq hüququn təmini ilə bağlı mühüm bir addım kimi tarixə yazıldı. Son illərdə presedenti olmayan bir proses - ərazi bütövlüyünün və suverenliyin bərpası kimi olduqca vacib bir addım atıldı;
- İqtisadi sferada isə yeni bir nizama yol açdı. Artıq Şərq-Qərb kontenti üzrə əlaqələndirmədə yeni bir yol təqdim edilir. Bu, xüsusilə Mərkəzi Asiya - Cənubi Qafqaz - Kiçik Asiya iqtisadi geostrateji məkanı üçün yeni inkişaf mərhələsi yaratdı.
- Formalaşdırılan təhlükəsizlik arxitekturası gələcək yüzilliyin proyekti kimi qiymətləndirilən, dünyanın yeni dönəmdə əsas ticarət xətti kimi mahiyyət kəsb edən Şərq-Qərb tranzitini daha da ön plana çıxardı.
Beləliklə, XXI əsrin ikinci onilliyinin başlanğıcında Avrasiyanın mərkəzində yaranan yeni situasiya xarakter etibarı ilə yeni nüanslar “yaradıb”. Qərb siyasətçiləri iddia edirlər ki, ən müasir siyasi ittifaqlaşmaların, siyasi cəbhələşmələrin, hətta hərbi ritorik “çarpışmalar”ın təməl mahiyyətində ticari imkanlar, dolayısı ilə isə iqtisadi gücün inkişafı hədəf kimi seçilib. Bu mənada qlobal atlasın yeni siyasi gənclənməsi prosesində ortaya fərqli mənzərə çıxır: ənənəvi yollar, ənənəvi ticari istiqamətlər bəzi hallarda effektivsizliyi, bəzi halda təhlükələri, bəzi halda isə rentabelsizliyi ilə ikinci plana keçə bilər...
Yeni kontent, yeni imkanlar...
Bəli, yeni iqtisadi nizamın formalaşdığı bir zamanda Cənubi Qafqazın stabil və sabit məkan kimi şöhrət tapması, tanınması qlobal layihələrin bizim coğrafiyada təşəkkülünü təmin edən mühüm faktlardan birinə çevrilmə imkanını yaradır. Bəlli məsələdir ki, Azərbaycanda yürüdülən dövlət siyasəti və bu siyasətin əsas prioritet istiqamətləri ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində müstəqil siyasət həyata keçirən güclü və nüfuzlu dövlət, həmçinin etibarlı tərəfdaş kimi tanınmasını təmin edib - Asiya ilə Avropanın “təbii körpüsü” adlandırılan, sivilizasiyaların, Şərq və Qərb mədəniyyətlərinin qovşağı sayılan Azərbaycan bəşəri dəyərlərin yaşadığımız region üçün spesifikləşdirilməsinə nail olub. Bu gün mühüm bir coğrafiyada sülh və sabitliyin təmin olunması ilkin mərhələdə bölgə dövlətlərinin iqtisadi-siyasi maraqlarına xidmət edir. Burada da enerji, kommunikasiya və qarşılıqlı maraq doğuran digər məsələlər önə çıxır ki, regional səviyyədəki əməkdaşlıqlar yeni mərhələdə qlobal inkişaf konsepsiyasının aparıcı coğrafi ünsürü kimi müəyyənləşə bilər. Bu mənada, Zəngəzur dəhlizi öz ətrafında əsaslı bir əhəmiyyət formalaşdıra bilir.
Qlobal təhlükəsizliyin qlobal ticarətə təsiri...
Artıq bir müddətdir ki, davam edən İran-İsrail mübarizəsi beynəlxalq aləmin diqqətini özünə cəlb edib. Xüsusilə, son günlər baş verənlər, İranın nüvə obyektlərinin bombalanmasının ardından Hörmüz boğazının bağlanması perspektivi ilə bağlı yayılan xəbərlər narahatlıqla izlənir. Bilindiyi kimi, baş verənlər qlobal ticarətə, qlobal iqtisadi münasibətlərə də təsirsiz ötüşmür. Xüsusilə, son dövrlərdə daha böyük aktuallıq daşımağa başlamış Şərq-Qərb, Cənub-Şimal marşurutları üzrə yeni iqtisadi nizamın formalaşması baxımından baş verənlər özündə böyük mahiyyət daşıyır - baş verən hal dəhlizlərin əsas üstünlüyünün məhz sabitlik və təhlükəsizlik üzərində fokuslanmasının gərəkdiyini göstərir.
Hörmüz boğazı ilə bağlı məsələ sadəcə bir misal kimi önə çıxır - ümumilikdə isə, qlobal ticari münasibətlərin ənənəvi yollarına nəzər saldıqda, onların mühüm əksəriyyətinin bir çox “stansiyalarının” hazırda destabil durumunu müşahidə edirik - Cənub istiqaməti üzrə Suveyş kanalı, şimal istiqaməti üzrə isə Rusiya, Ukrayna və Belarus xətti özündə ciddi təhlükələri ehtiva etməkdədir. Eynilə mərkəzi ticarət yolu sayılan İranda da vəziyyət ürək açan deyil. Bunun qarşılığında dünyada müşahidə olunan narahatlıq da əsaslı bir məsələdir - artıq bütün dünya daşımalardan, ticari əlaqələrdən çox narahatdır. Hətta bunun müqabilində qlobal bazarda qiymətlərdə artımın müşahidə edilə bilməsi, malların ünvanına vaxtında çatdırılmaması, təhlükəsizliyi sual altına düşməsi kimi hallar da artıq müşahidə edilir. Yeni dünya nizamının ən mühüm ünsürü sayılan “iqtisadi təmərküzləşmə” dalana dirənə bilər... Və bu halda müəyyən məsələlər yenidən göz önündə canlanır.
Dəhlizin üstünlükləri
Azərbaycan hər zaman Şərq-Qərb dəhlizinin ən əsas logistik dayanacaqlarından sayılıb. Məsələn, 2014-cü ildə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Ukrayna və Türkiyə dəmir yolu, gəmiçilik və liman administrasiyalarının iştirakı ilə yaradılan və Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Türkiyə - Qara dəniz və Avropanı birləşdirən nəqliyyat dəhlizi, başqa sözlə Orta Koridor və yaxud Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TXBNM) Çin - Avropa Birliyi arasında yük daşımalarının artırılmasına xidmət edir. Nəqliyyat dəhlizinin idarə olunması və inkişaf etdirilməsi, yaradılmış Konsorsiumun üzvləri tərəfindən həyata keçirilir. Bu dəhliz üzrə hərəkət edən qatarlar orta hesabla 10-12 günə Çindən Avropaya yükləri çatdırır. Bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.
Orta Dəhliz vasitəsilə yüklər Avropaya iki istiqamət üzrə nəql edilir. Onlardan biri Gürcüstanın Poti və Batumi limanları vasitəsi ilə, digəri isə Bakı-Tbilisi-Qars dəmir yolu ilə. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Bakı-Tbilisi-Qars layihəsi Orta Koridor vasitəsilə yükdaşımaların xərclərini aşağı salaraq tranzit əməliyyatlarının həcminin artırılmasına xidmət edir. Qeyd edildiyi kimi, bütün nəqliyyat yollarının əsas kəsişmə nöqtəsi olan Azərbaycan Şərq-Qərb tranzitinin ən mühüm stansiyalarındandır. Yeni dönəmdə isə bu aktivlik daha da arta bilər.
Belə ki, “Bir kəmər, bir yol” layihəsinin aparıcı seqmentlərindən birinə çevrilmə perspektivinə malik Zəngəzur dəhlizi ümumən regionun inkişaf dinamikasını artırma imkanına malikdir. Dəhliz Şərq-Qərb marşurutu üzərində ən qısa yoldur. Təbii ki, istər yükdaşımalarında, istərsə də digər ticarət mübadilələrində ən qısa yolun seçilməsi iqtisadi baxımdan da böyük mənfəət vəd edir. Eyni zamanda, Zəngəzur dəhlizi təhlükəsiz marşurut sayılır. İnfrastruktur baxımından da Zəngəzur dəhlizi olduqca əlverişlidir. Zəngəzur dəhlizinin ən mühüm üstünlüklərindən biri isə Avropa ilə Asiyanı birləşdirməklə yanaşı, Yaxın Şərq regionuna da yaxınlığıdır. Türkiyə vasitəsilə təkcə Avropaya deyil, eləcə də Yaxın Şərqə çıxış imkanı qazanacaq layihə tərəfdaşları bu üstünlükdən də yararlanmış olacaqlar.
Zəngəzur dəhlizi Ermənistana nə vəd edir?
Vurğulandığı kimi, Zəngəzur dəhlizinin reallaşması birinci növbədə mühüm geocoğrafi situasiya yaradacaq. Yeni iqtisadi nizamda Şərq-Qərb tranzitini birləşdirəcək dəhliz digər region ölkələri üçün də mühüm əhəmiyyət kəsb edir. Çünki dəhlizin Şimal-Cənub xətti ilə perpendikulyar şəkildə kəsişməsi ikinci xətt üzərində olan dövlətlərin də maraq dairəsini buraya istiqamətləndirir. Başqa sözlə, Zəngəzur dəhlizi ətraf dövlətlərin də iqtisadi maraqlarına cavab verən amil kimi çıxış edir. Paralel olaraq Ermənistan bu dəhlizin açılması ilə yeni inkişaf mərhələsinə qədəm qoyacaq. Qeyd edək ki, Zəngəzur dəhlizinin açılması Ermənistan üçün həm siyasi, həm də iqtisadi dividendlər vəd edir. Belə ki, Zəngəzur dəhlizi Ermənistanın regional ticarət yollarına çıxışını bərpa etməyə və daha böyük iqtisadi məkana inteqrasiya etməyə imkan verəcək. Dəhliz vasitəsilə Ermənistan daha böyük xarici bazarlara çıxış imkanı qazanacaq. Paralel olaraq Türkiyə və Azərbaycanla əlaqələri normallaşacaq- bu da özlüyündə, Ermənistan iqtisadiyyatına geniş imkanlar yaradacaq. Yeni logistika və infrastruktur imkanları sayəsində nəqliyyat, ticarət, enerji və xidmət sektorlarında inkişaf sürətlənəcək. Eyni zamanda, Ermənistanda xarici sərmayə artacaq - açıq sərhədlər və sülh mühiti Ermənistan iqtisadiyyatına inamı artıracaq. İqtisadi dalan mühiti aradan qalxacaq - Ermənistan üçün həm istehsal xərcləri azalacaq, həm də ixrac imkanları genişlənəcək. Qeyd edək ki, BMT-nin, Asiya İnkişaf Bankının və Dünya Bankının hesabatlarında da qeyd edilir ki, regionda iqtisadi kommunikasiyaların açılması Ermənistanın ÜDM-nin artmasına səbəb ola bilər. Bu isə ciddi bir inkişaf impulsudur.
Siyasi dividenlərə gəldikdə isə, Zəngəzur dəhlizinin açılması regionda sabitlik və əməkdaşlıq mühitinə töhfə verəcək. İrəvanın fərqli güc mərkəzləri arasında balanslı siyasət yürütmək imkanı yaranar - çünki dəhliz həm Avrasiya məkanına, həm də Avropaya çıxışı əhatə edir. Nəticə etibarı ilə, Zəngəzur dəhlizi sadəcə Azərbaycan və ya ümumən region üçün deyil, daha çox Ermənistan üçün strateji imkanlar yaradan layihədir. Ermənistanın bu fürsətdən istifadə etməsi regionda davamlı sülhün qurulması və Cənubi Qafqazın yeni inkişaf mərhələsinə keçidi üçün zəruridir. Dəhliz geopolitik bir barış layihəsi olmaqla yanaşı, həm də gəlir, inkişaf və inteqrasiya layihəsidir. Ermənistanın bu reallığı nə qədər tez dərk etməsi, bir o qədər çox dividend qazanması ilə nəticələnəcək.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06
