Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Birləşmiş Ərəb Əmirlikləri Müstəqillik Gününü qeyd edir

Birləşmiş Ərəb Əmirlikləri Müstəqillik Gününü qeyd edir

02.12.2023 [09:40]

Mikayıl

Bu gün Birləşmiş Ərəb Əmirlikləri milli bayramını– Müstəqillik Gününü qeyd edir. 

Bir az dost BƏƏ dövləti və xalqının zənginlikləri ilə tanış olaq. 

Birləşmiş Ərəb Əmirlikləri (ərəbcə: əl İmarat əl Ərəbiyyə əl Müttəhidə). Ərəbistan yarımadasının şərq hissəsində Fars və Oman körfəzləri sahilində yeləşir. Üç dövlətlə, cənubda və qərbdə Səudiyyə Ərəbistanı (457 km), şimalda Qətər, cənub-qərbdə Omanla (410 km) həmsərhəddir. Əmirliklərin sahil xəttinin uzunluğu 800 km-ə yaxındır. BƏƏ-nin tərkibində yeddi əmirlik var: Əbu-DabiDubayŞarja,Umm Əl-Quveyn, Rəs-Əl-XeyməƏcmən və Əl-Füceyrə əmirliyidaxildir. Ölkə ərazisinin 93 faizi Əbu-Dabi və Dubay əmirliklərinin payına düşür.İqtisadiyyat günü gündən inkişaf edir.

BƏƏ federativ dövlətdir. Bütün əmirliklər mütləq monarxiyadır. Yalnız Əbu Dabi əmirliyində kabinet (hökumət) və Milli Məşvərətçi Şura kimi orqanların olması həmin əmirliyi idarə formasına görə konstitusiyalı monarxiyaya yaxınlaşdırır. BƏƏ-in qüvvədə olan müvəqqəti konstitusiyası 1971-ci ilin iyununda qəbul edilmişdir. Dövlət başçısı prezidentdir (səlahiyyət müddəti 5 ildir). Ali qanunverici orqan Əmirlərin Ali Şurasıdır. Parlament — Federal Milli Məşvərətçi Məclis məşvərətçi orqandır. İcraedici hakimiyyət nazirlər şurasına məxsusdur.

BƏƏ ərazisində arxeoloji qazıntılar 20-ci əsrin 50-ci illərindən aparılır. Tədqiqatçıların fikrincə, bura eramızdan 6 min il əvvəl məskunlaşmışdır. BƏƏ-yə daxil olan əmirliklərin ərazisi qədimdə, orta əsrlərdə və yeni dövrün əvvəlində Omanın bir hissəsini təşkil edirdi. E.ə. 6-cı əsrdə Əhəmənilər sülaləsinin hakimiyyətində, 3,6-cı əsrlərdə Sasanilər dövlətinin tərkibində olmuş, 7-ci əsrdə Ərəb xilafətinə daxil edilmiş, islam hakim din olmuşdur. Bu ərazi Hindistan ilə Afrikaİran ilə Mesopotamiya arasında mühüm ticarət məntəqəsi rolunu oynayırdı. 8-ci əsrin ortalarında ölkə əhalisi (xüsusilə Şarcə və Dubay əmirlikləri) Əməvilər xəlifəsinin canişininə qarşı Oman qəbilələrinin üsyanında iştirak etmişdir. Nəticədə 8,9-cu əsrlərin ortalarında əmirliklər əslində müstəqil hakimlər tərəfindən idarə olunurdu. 9-cu əsrin sonunda onlar Abbasilərə xərac verməyə başladılar. Bu dövrdə Dubay, Şarcə və Fuceyra şəhərləri meydana gəldi. 10,11-ci əsrlərdə Ərəbistan yarımadasının ş. hissəsi Qərmətilər dövlətinin tərkibində, onun parçalanmasından sonra isə Omanın təsiri altında idi. 13-cü əsrdə BƏƏ ərazisi Hulakuların, 15-ci əsrin sonlarında isə avropalıların hücumlarına məruz qalmış, 16-cı əsrin əvvəli — 17-ci əsrin ortalarında qismən portuqalların hakimiyyətində olmuş, sonralar isə Səfəvi şahları, Osmanlı sultanları, Oman hakimləri, Vəhhabilər arasında mübarizə obyektinə çevrilmişdi. Kabotaj ticarəti ilə məşğul olan əmirliklərin əhalisi 18-ci əsrdən İngiltərə Ost-Hind şirkəti ilə mübarizəyə qalxdı; 19-cu əsrin əvvəlində Ost-Hind şirkəti buraya hərbi ekspedisiya göndərdi və 1820-ci ildə 7-ci ərəb əmirliyinin əmir və şeyxlərini (hakimlərini) bu ərazidə İngiltərə nəzarətinin qoyulması və qədim Omanın 3 hissəyə — Oman imamlığına, Məsqət sultanlığına və "Pirat sahilinə" parçalanması haqqında Baş müqaviləni imzalamağa məcbur etdi. Sonralar (1835, 1839, 1853, 1892) ölkədə İngiltərə protektoratlığını bərqərar edən yeni sazişlər (Ost-Hind şirkəti ilə yerli hakimlər arasında) imzalandı. İngiltərə müstəmləkəçiləri 1853-cü ildə onu Müqaviləli Oman (MO) adlandırdılar. MO əmirlikləri ərazisində İngiltərənin hərbi bazaları yaradıldı. Siyasi hakimiyyət İngiltərə siyasi agentinin əlində idi. O, əvvəlcə Buşir (İran), sonra isə Bəhreyndəki siyasi rezidentə tabe idi.

1920-ci illərdə MO əmirliklərində İngiltərə əleyhinə hərəkat başlandı. MO ərazisində zəngin neft ehtiyatları tapıldıqdan və neft çıxarıldıqdan sonra bu hərəkat daha da gücləndi. Müstəmləkə hakimləri öz mövqelərini möhkəmləndirmək məqsədilə hələ bu dövrdə əmirliklər federasiyası yaratmaq planlarını irəli sürdülər. 1968-ci ildə B.Britaniya leyborist hökuməti 1971-ci ilin axırınadək silahlı qüvvələrini Süveyşdən şərqdəki rayonlardan, o cümlədən İrankörfəzi zonasından çıxarmaq haqqında qərarını elan etdikdən sonra MO əmirlikləri İran körfəzi ərəb əmirlikləri federasiyasının yaradılması haqqında saziş imzaladılar. Federasiyaya MO-dan başqa B.Britaniya protektoratlığında olan Bəhreyn və Qatar da daxil olmalı idi. Lakin federasiyanın gələcək iştirakçıları arasında baş verən ziddiyyətlər nəticəsində bu plan baş tutmadı. Yaxın Şərqdə milli azadlıq hərəkatının yüksəlişi, müstəmləkəçilik sisteminin süqutu, Britaniyanın hərbi-siyasi və iqtisadi qüdrətinin kəskin surətdə zəifləməsi onu MO (həm də Qatar və Bəhreyn) üzərindəki protektoratlıqdan əl çəkməyə və qoşunlarını MO-dan çıxarmağa (1971-ci ilin sonunda) məcbur etdi. 1971-ci il dekabrın 2-də, tərkibində Əbu Dabi, Dubay, Şarcə, Əl-Fuceyra, Ümm əl-Qayveyn, Əcman əmirlikləri olan müstəqil BƏƏ dövləti elan edildi; 1972-ci ildə Rəs əl-Xeymə əmirliyi BƏƏ-yə daxil oldu. BƏƏ 1971-ci il dekabrın 6-da Ərəb Dövlətləri Cəmiyyətinə, 1971-ci il dekabrın 9-da BMT-yə qəbul edilmişdir. Əbu Dabinin hakimi şeyx Zeyd ibn Sultan ən-Nəhayan BƏƏ-nin ilk prezidenti olmuşdur. 2004-cü il noyabrın 3-də şeyx Xəlifə ibn Zeyd ən-Nəhayan BƏƏ-nin prezidenti seçilmişdir. Hazlrda ölkəni Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan idarə edir.

Birləşmiş Ərəb Əmirlikləri (Əbu-Dabi, Dubay, Şarca, Acman, Umm-əl-Kayvayn, Əl-Fucara, Ras-əl-Xayma) əhalisinin əksəriyyəti (89%) müsəlmanlardır. Müsəlmanların 2/3 hissəsi vahhabiliyə yaxın olan sünnülüyün hənbəli məzhəbinə etiqad edir. Eyni zamanda sünnü-malikilər və çox az sayda sünnü-şafiilər yaşayırlar. BƏƏ-də şiələrə (əhalinin 1/5-i; onlar İrandan, Pakistandan və Hindistandan gələnlərdir) də rast gəlinir. Şərqdə və cənubda ibaditlər (40 min nəfərə yaxın) yaşayır. Bununla yanaşı xristianlar (əhalinin 6%-i, əsasən ingilislər və amerikanlar) və induslar da müsəlmanlarla yanaşı yaşayırlar.

Paylaş:
Baxılıb: 872 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31