Əli Kərimlinin “fransızlığı”
10.10.2023 [13:19]
AXCP sədrinin arxaik təfəkkürü və ya siyasi xəyanət...
Azərbaycanın uğurlu xarici siyasət kursu hərbi üstünlüklərini möhkəmləndirmək üçün əsaslı zəmin formalaşdırır. 2020-ci il Vətən müharibəsindən sonrakı dövrdə danışıqlar prosesində əldə olunan üstünlüklər bugünkü mühüm mənzərənin ortaya çıxmasına şərait yaradıb. Məhz Azərbaycanın uğurlu diplomatik siyasəti Ermənistanı ölkəmizin ərazi bütövlüyünü tam və detallı şəkildə tanımasına yol açdı. Bu, olduqca mühüm bir amil idi və suverenliyimizin bərpası prosesində İrəvanın müşahidəçi mövqeyindən uzağa gedə bilməməsini təmin etdi, məsələyə hətta münasibət bildirmək cəsarətini İrəvana tanımadı.
Bütün bunlar isə olduqca dəqiq və hesablanmış siyasi gedişlərin nəticələridir. Təəssüf ki, redikül müxalifət öz ənənəsinə “sadiq qalaraq” məsələlərə yenə də öz xəyanətkar prizmalarından baxmağa üstünlük verirlər. Məsələn, satqınlığı özü üçün peşəyə çevirmiş AXCP sədri Əli Kərimli ermənipərəst Sevinc Osmanqızının internet kanalında Türkiyə - Azərbaycan münasibətlərini “müzakirəyə” çıxarıb. “Ürək bulandırmağa” adət etmiş Ə.Kərimlinin məntiqinə görə, Qranada görüşünün baş tutmamasında Türkiyənin iştirak etməməsinin səbəb kimi göstərilməsi “bəhanədir”. Arxaik təfəkkürə malik Kərimlinin bu iddiasını adını siyasətçi qoymuş heç bir şəxs dilə gətirməyi özünə rəva bilməz - bu, artıq qərəz çərçivəsindən də uzaq, şəxsiyyət probleminə söykənən bir iddiadır. Kərimlinin Türkiyə ilə Azərbaycan arasındakı strateji münasibətləri “şübhə altına” almaq “ideyası” bəlkə də onun ən gülünc addımlarından sayıla bilər. Azərbaycan axı heç bir zaman bəhanə axtarmayıb - biz hər zaman sözü birbaşa demişik. Bu, istər Ermənistan, istərsə də ona havadarlıq edən ölkə üçün də bərabər keçərlidir. O başqa məsələdir ki, Qənimət Zahid vasitəsilə Fransanın ermənipərəst mərkəzlərindən maddi mənfəət əldə edən Əli Kərimli Qranada görüşünün baş tutmaması məsələsinin səbəbini Fransadan “yayındırmaq” eşqinə düşüb. Bu da təbiidir - AXCP sədrinə pulla diktə edən Fransa ermənipərəstləri qarşılığında “layiqli xidmət” istəyirlər. Bu amil “müsahibənin” gedişində addımbaşı hiss olunur. Kərimlinin 2020-ci il üçtərəfli Bəyanatda Türkiyənin “yada düşməməsi”, 2021-ci ildə Brüssel prosesi başlayanda Türkiyənin vasitəçiliyinin təklif edilməməsi kimi məntiqdən uzaq, siyasətdən anlayışı olmayan iddiaları onu gülünc vəziyyətə salmaqla yanaşı, xəyanətkar mövqeyini bir daha aydınlaşdırır. 2020-ci il üçtərəfli Bəyanatı adından da göründüyü kimi qalib Azərbaycan, məğlub Ermənistan və Ermənistanın yalvarışları ilə Azərbaycandan atəşin dayandırılmasını xahiş edən Rusiya arasında imzalanmışdı - Kərimlinin yalanları özünü ilk andaca ortaya qoyur. AXCP sədrinin xainliklə “Türkiyənin yaddan çıxması” məsələsi də tam yalandır - həmin Bəyanatda Ağdamda yerləşən Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzi yaradıldı. O ki qaldı, Brüssel prosesində “Türkiyə vasitəçiliyi” haqda iddiaya bu da Kərimlinin siyasi rəzilliyinin növbəti isbatıdır. Adını partiya sədri, siyasətçi qoyan bu şəxs dərk etmir ki, Brüssel prosesində vasitəçi kimi Aİ Şurası iştirak edir. Ayrı - ayrı dövlətlər “vasitəçilik mandatı” əldə etməyib. Burada da Ə.Kərimlinin “fransızlığı” özünü biruzə verir - o, Parisin siyasi etikadan kənar addımlarını, danışıqlara nüfuz etmək “arzusunu” ört-basdır etmək üçün bu kimi siyasi əsası olmayan fikirlər “səsləndirir”.
Deyəsən, Azərbaycanın Qranada görüşündə iştirakdan imtina etməsi iki adama daha çox toxunub - Ə.Kərimliyə və Makrona. Belə olmasaydı, AXCP sədri yalan iddialarla Qranada görüşünün “mahiyyətini” və ya xarakterini qabartmağa çalışmazdı. “Sözünü deməyə” qalanda isə Azərbaycan dövləti və Prezidenti öz sözünü qələbələrlə, hərbi-siyasi uğurlarla bütün dünyaya, o cümlədən ermənipərəstlərə də deyib....
MƏNSUR
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34

