Zəngəzur dəhlizinin açılması...
10.08.2023 [13:33]
P.SADAYOĞLU
Ermənistanın Azərbaycanla sərhəddə tikintisini apardığı metallurgiya zavodu tezliklə başqa əraziyə köçürülə bilər. Məlumata görə, hökumət Azərbaycanın narazılığına səbəb olan zavodu Ararat şəhəri ilə bitişik əraziyə köçürmək istəyir.
Ermənistanın zavod tikintisini dayandırmaq məcburiyyətində qalması bir həqiqəti də ortaya çıxarır - Zəngəzur dəhlizinin açılması bu məsələdə əsas rol oynaya bilər. Belə ki, adıçəkilən ərazi Zəngəzur dəhlizinin keçəcəyi trayektoriyaya yaxındır. Bu mənada qlobal bir layihəyə çevrilmək ehtimalı böyük olan dəhlizin yaxınlığında bu kimi ekologiyaya mənfi təsir edən zavodun tikilişi düz olmazdı. Həm də, bu zavodun tikilməsi üçün maliyyənin ABŞ şirkətlərindən birinin ödəməsi də məsələdə mühüm rola malik ola bilər. Belə ki, ABŞ hər zaman Azərbaycanın yeni iqtisadi münasibətlər sistemindəki yerini yüksək dəyərləndirir. Ölkəmizin Orta Dəhlizin inkişafına verdiyi töhfələri qiymətləndirir. Bir müddət öncə, ABŞ-ın Ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi, ABŞ və xarici Ticarət Xidmətləri üzrə baş direktoru Arun Venkataraman bildirmişdi ki, ABŞ Orta Dəhlizin inkişafını dəstəkləyir. Bu təşəbbüsün inkişafı, Orta Dəhlizin tam işlək vəziyyətə gətirilməsi ticarət imkanlarını, dövriyyəni artıracaq: “ABŞ bu təşəbbüsə logistika və nəqliyyat sahəsində təcrübəsini bölüşərək, ABŞ-ın özəl şirkətlərinin öz təcrübəsini fəal şəkildə bölüşməsi ilə dəstək verə bilər”.
ABŞ rəsmisinin bu fikirlərini Zəngəzur dəhlizi ilə bağlı Vaşinqtonun rəyi kimi də dəyərləndirmək mümkündür. Belə ki, Zəngəzur dəhlizi Orta Dəhlizin ən mühüm stansiyalarından sayılır. Vurğulanmalıdır ki, Orta Dəhliz marşrutunun məhz Zəngəzur dəhlizi boyunca davam etməsi, Avropaya uzanması ən rentabelli və gəlirli marşrut sayılır. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Orta dəhliz boyunca yeni nəqliyyat arteriyasının açılması baxımından xüsusi əhəmiyyətə malikdir. Beləliklə, ABŞ-ın bu məsələdəki mövqeyi qarşıdakı perspektiv üçün mühüm imkanlar yaradır. Çünki Orta dəhliz layihəsi qarşıdakı zaman kəsiyində dünyanın ən işlək iqtisadi damarı rolunu oynayacaq.
Bu mənada, beynəlxalq güclərin, o cümlədən ABŞ-ın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün göstərdiyi səylər göz önündədir. Təbii ki, sülhün imzalanması nəinki regiona yeni iqtisadi-siyasi mənzərə bəxş edəcək. O cümlədən dünyanın yeni iqtisadi münasibətlər sisteminin formalaşmasına yeni nəfəs gətirəcək.
Xəbər lenti
Hamısına baxMaraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17

