Separatçılar uşaqları hərbi təlimlərə cəlb edir
23.06.2023 [10:20]
Politoloq: Beynəlxalq birlik bu cinayətə qarşı tədbirlər görməlidir
Son vaxtlar Qarabağda separatçıların törətdiyi təxribatlarda yetkinlik yaşına çatmayan erməni uşaqlarından istifadə edilməsi halları yenidən müşahidə olunur. Belə ki, bir neçə gün öncə Qarabağda erməni uşaqların hərbi formada hərəkət etdiyini əks etdirən video və şəkillər erməni blogerlər tərəfindən sosial şəbəkələrdə yayımlanıb. Bu hal onu göstərir ki, cinayətkar rejim öz məqsədləri üçün uşaqlardan da istifadə etməkdən çəkinmir.
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən politoloq Ramiz Alıyev bildirib ki, həm Ermənistan, həm də separatçı rejim daima mili ədavəti qızışdırmaqla məşğul olub və onların təbliğatları bu istiqamətə köklənib. Uşaqlarda türklərə və azərbaycanlılara qarşı nifrət aşılayan bu təbliğat isə regional sülhün davamlı olması üçün təhdiddir. Onun sözlərinə görə, 44 günlük müharibə dövründə də Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyən Ermənistanın işğalçı ordusu və separatçı rejim ortayaşlı və qoca insanlarla yanaşı, yeniyetmələri, hətta azyaşlıları belə zorla hərbi əməliyyatlara cəlb edirdi: “İşğalçı ölkə rəhbərliyinin beynəlxalq konvensiyaları və normaları kobud şəkildə pozmasını sübut edən videogörüntülər sosial şəbəkələrdə ermənilərin özləri tərəfindən yayılmışdı. Görüntülərdə erməni hərbçilərinin 12-13 yaşlı yeniyetmələrin “xidmətindən” yararlandığı əks olunurdu. Bütün bu faktlar onu göstərir ki, ermənilər Azərbaycan Ordusuna qarşı döyüşlərdə müharibə cinayətləri törətməklə yanaşı, öz xalqna qarşı da qəbuledilməz cinayətlər törədiblər. Bu isə eyni zamanda, çoxsaylı beynəlxalq qanunların, BMT-nin, UNICEF-in, Paris konvensiyasının uşaq hüquqları ilə bağlı sənədlərinin və normalarının pozulmasıdır”.
Politoloq deyib ki, hərbi proseslərdə azyaşlılardan istifadə edilməsi faktı isə ermənilərin beynəlxalq hüququn prinsiplərini növbəti dəfə kobud şəkildə pozmasıdır: “Nəzərə almaq lazımdır ki, ümumiyyətlə, 15 yaşına çatmayan şəxslərin hərbi əməliyyatlara cəlb olunması ilk növbədə Cenevrə konvensiyasının müvafiq bəndlərinin, eyni zamanda, BMT-nin 20 noyabr 1989-cu il Baş Məclisinin 44-cü sessiyasında qəbul edilən Uşaq Hüquqları haqqında Konvensiyanın 38-ci maddəsinin kobud şəkildə pozulması deməkdir. Adıçəkilən konvensiyada iştirakçı dövlətlər silahlı münaqişələr zamanı uşaqlara aidiyyəti olan beynəlxalq humanitar hüquq normalarına ciddi riayət etməyə çağırılır, eyni zamanda, 15 yaşına çatmayan şəxslərin hərbi əməliyyatlarda birbaşa iştirak etməsi qadağan edilir”.
R.Alıyev qeyd edib ki, erməni tərəfi istər hərbi əməliyyatlarda, istərsə də atəşkəs dövründə uşaqların qatili rolunda çıxış edib: “Təsadüfi deyil ki, 1994-cü ildən 2020-ci ilin sentyabr ayınadək davam edən atəşkəs dövründə 40-dan çox azərbaycanlı uşaq məhz erməni snayperi ilə öldürülüb. Eyni zamanda, Azərbaycanda 1 milyondan artıq qaçqın və məcburi köçkünün 300 mindən çoxunu uşaqlar təşkil edib. 44 günlük Vətən müharibəsində də ermənilər tərəfindən çoxlu sayda uşaqlar öldürüldü. Nə qədər uşaq da yaralandı. Ermənilərin Gəncə və Bərdə terrorları buna sübutdur”.
Həmsöhbətimizin fikrincə, ermənilərin beynəlxalq hüququ pozması faktı göz önündədir və beynəlxalq təşkilatlar uşaqların hüquqlarının kobud şəkildə pozulmasına etiraz etməlidir.
NARDAR
Xəbər lenti
Hamısına baxDünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45

