100 illik məktublar...
10.08.2022 [11:06]
Bəllidir ki, Azərbaycan mətbuatı ayaq tutandan sonra ədiblərimizin, fikir adamlarımızın, ictimai xadimlərimizin çoxu öz peşəsiylə yanaşı qəzetçilik fəaliyyəti, jurnalistika ilə də məşğul olub. Bu da təbiidir, çünki mətbuat onların fikirlərinin, ideyalarının geniş kütlə arasında yayılması üçün əvəzsiz bir vasitə idi. Elə qələm adamları da var ki, onların poeziyaya, nəsrə, dramaturgiyaya yolu jurnalistikadan, qəzetçilikdən keçib. Bəzi ədiblərimiz bu iki sahə ilə paralel məşğul olublar, bəzi yazıçılarımızın isə yaradıcılığı jurnalistika ilə ədəbiyyatın qovuşağında yerləşir ki, onların əsərlərində bədii sözlə publisistikanı bir-birindən ayırmaq çətin olur. Bu baxımdan böyük şairimiz Səməd Vurğun (1906-1956) da istisna deyil. Şair bədii yaradıcılığa çox erkən başlasa da, gəncliyində “Müxbir məktubları” adı altında Azərbaycanın qərb bölgələrindəki sosial-iqtisadi, mədəni-ictimai vəziyyətlə bağlı mərkəzi mətbuata vaxtaşırı qeydlər yazıb göndərib. Ölkəmizin tarixi, xalqımızın keçmişi baxımından həm maraqlı, həm də əhəmiyyətli olduğunu nəzərə alıb bu yazıları çağdaş oxucunun diqqətinə çatdırmağı qərara aldıq. Ümidvarıq bu işlər yalnız Səməd Vurğunun müxbirlik fəaliyyətini xatırlatmaqla bitməyəcək, başqa görkəmli ədiblərimizin, klassik şair və yazıçılarımızın, ictimai xadimlərimizin, fikir adamlarımızın jurnalist yazılarını da zaman-zaman oxucularımıza təqdim edəcəyik. Beləliklə,
Səməd Vurğun
Müxbir məktubları
Qadın klubu açıldı
Qazax qəzasının Şıxlı kəndindəki işçi və yoxsul qadınları təşkil etmək üçün birinci növbədə qadınlar klubunun düzəlməsi lazım idi. Mərkəzi qadınlar şöbəsi bu məsələyə artıq diqqət verirdi. Nəhayət, qadın klubu açıldı. Klub kəndlilərin xəyalına gəlməyəcək bir gözəlliyə malikdir.
Hazırda kənd qadınlarının klubu vardır. Fəqət kəndlilərin dilini anlayan və məhəlli şəraitə bələd olan bir qadın təşkilatçısına ehtiyac vardır.
1925
Gəncə qəzasında yaramaz işlər
Qolçomaqların təzyiqi artır. Yoxsul qruplarının fəaliyyəti zəifdir. Torpaq bölgüsü və kollektiv təsərrüfatlar üzərində kontrol və rəhbərlik məsələsinə lazımi qədər fikir verilmir. Qəzada qolçomaqların təzyiqi artır.
Qəza şura, hətta bəzi firqə işçiləri hökumətimizin sinfi siyasətini layiqilə anlamadığından yoxsul qruplarını qorxutmaq və muzdurları öldürmək kimi işlər artır. Qəzanın böyük kəndlərindən hesab olunan Borsunlu kəndində qolçomaqların qüvvət və nüfuzu çox qüvvətlidir. Bu kənddə yoxsul və ortabab kəndlilərin kollektiv təsərrüfat düzəltmək haqqında çağırılmış iclasına baş qolçomaqlardan Əsgər Adıgözəl gəlib özünün kollektiv təsərrüfata buraxdırılmasını tələb etmiş və rədd cavabı aldıqda gənc şura sədri və öz qohumu məsul firqəçi vasitəsilə müştərək təsərrüfat düzəltmək istəyən ortabab kəndli İsgəndərzadə əleyhinə intriqa aparmağa başlamışdır. Qəzanın Dıliməmmıdli dairısinin kınd şurası dörd kəndi əhatə edir. Firqə rəhbərliyi olmadığından kənd şurasının bir fəaliyyəti görünmür. Komsomolların əksəriyyəti mövhumatçı olduğundan ictimai işdə bir fəaliyyətləri görünmür. Kənddə düzəlmiş maşın şirkətində savadlı üzvlər olmadığından maliyyə işləri axsayır. Müəyyən şofer olmadığından işlər həftələrlə dayanır. Şirkət üzərində rəhbərlik məsələsinə fikir verən yoxdur. Kəhrizləri təmir etmək məsələsinə fikir verilmədiyindən kəndlilər əziyyət çəkirlər. Qadınlar arasında bir iş getmir. Kənddə feldşerə böyük ehtiyac vardır.
Torpaq bölgüsündə xəyanətlər olduğundan bir çox muzdurlar torpaqsız qalmışdır. Bəzi şəxslər bir ay kənddə oturub on desyatin torpaq aldıqdan sonra yeri icarəyə verməklə onun gəliri ilə şəhərdə yaşayırlar. Bu kəndlərdə bir nəfər də olsun qəzetlərə abunəçi yoxdur. Mövhumat çox qüvvətlidir. Hətta komsomol və bəzi firqə namizədləri də molla və qolçomaqların təsiri altına düşürlər.
1928
Səhlənkarlığa nəhayət son verilməlidir
Gəncə şəhər əhalisinə verilmiş yerlərdə sərhəd qoymaq işləri may ayından bəri süründürülür. Şəhərdə istirahət yerləri və abadlıq işlərinə lazımi qədər fikir verilmir. Bazarda buğda ehtikarı davam etdiyi halda taxıl hazırlayan idarələrin bir fəaliyyəti görünmür.
Qəza torpaq şöbəsi tərəfindən şəhər əhalisinə verilmiş yerlərdə sərhəd qoymaq işləri mayın əvvəlindən bəri süründürülür. Torpaq şöbəsində bu işlərə baxan Suxin yoldaş yerölçənlər tərəfindən verilən planlara öz kabinəsində oturub sərhəd qoymaqla böyük narazılığa səbəb olur. Camaat müvəkkilləri Suxin yoldaşın arxasınca sürünməkdən təngə gəlmişlərdir. Ümumiyyətlə, qəza şura idarələrində olan süründürmə və səhlənkarlıq camaat arasında böyük narazılığa səbəb olur. Kommunxoz müdiri Gədəbəydəki evini yada salıb sərin yaylaqlarda istirahət etdiyi halda şəhərdə toz-torpaq içində yaşayan işçi və xidmətçilərin istirahət məhəllələri bərbad bir halda qalmaqda davam edir. Şəhər bağı zibillə dolub, aylarla süpürülmür, ağaclar sulanmadığından quruyur. Küçələrdə olan daş-torpaq və qeyri töküntülər təmizlənməyir. Arxlardakı pis qoxudan, məsələn, 28 Aprel küçəsindən keçmək olmur. Şəhərin bəzi evləri cüzi təmirə möhtac olduqları halda tədricən uçub dağılmaqdadır. Caparidze küçəsində qızdırma stasyonu binasının üstü deşilmiş və üst qatının pəncərəsi dağılmışdır. Bir az da yubanılırsa, böyük təmir lazım olacaqdır. Şəhərin bütün zibilləri mərkəzdə olan bulvar yanına tökülür. Bir çox dükanların qapı və pəncərələri sökülüb dağılır. Baxan yoxdur. Küçələrdə əkilən ağaclar qırılıb qoparılır. Bəziləri susuzluqdan quruyub məhv olur. Bir baxıcı yoxdur. Şəhərin işçi, xidmətçilər və yoxsul əhalisi yaşayan küçələri unudulmuş, fəna bir haldadır. Kəlisanın yanında olan bağ va ağaclıq sahibsiz qalır. Bu bağı qadınlar artelinə vermək olardı. Şəhər bağını may ayında beş yüz manata icarəyə almaq istədilər, verilmədi. İndi isə yüz manata icarəyə verilmişdir. Şəhərdə bəzi su kranları pozulub xarab olduğundan əhali uzaq yerlərə suya getməyə məcbur olur. Şəhərin ən böyük küçələrində içməli su tapılmır. Milliləşmiş evlərdə normadan artıq otaq tutanlar olduğu halda, bir çox işçi və xidmətçilər mənzilsizlikdən artıq dərəcədə əziyyət çəkirlər. Bazarda buğda ehtikarı davam edir. Taxıl hazırlayan idarələrin bir fəaliyyəti görülmür. Məscid qabağındakı bağ köhnə Quba meydanına dönmüşdür.
Kooperativ aparatında proletar ruhlu, bacarıqlı, hazırlıqlı yoldaşlar lazımi miqdarda olmadığından Hacı Əkbər, Məşədi Əsgər Hacıyev və Məhəmmədəli kimi köhnə möhtəkirlər əhalidən əmanət para almaq və qeyri üsullarla öz kapital və fəaliyyətlərini artırırlar. Bunlar Sabir küçəsində bir taxta-şalban skladı açmaqla kooperativ təşkilatları ilə böyük rəqabət aparırlar.
1928
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

