“İZ” gənclər düşərgəsi çərçivəsində fəaliyyətlərə start verilib
10.12.2021 [15:47]
Azərbaycan Gənclər Fondunun dəstəyi, “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “İZ” gənclər düşərgəsi öz işinə başlayıb.
Birlik tərəfindən bildirib ki, “İZ” gənclər düşərgəsinin əsas məqsədi adından da bəlli olduğu kimi, gənclərimizə Azərbaycanın dövlətçilik, mədəniyyət, sənətkarlıq, elm, ordu quruculuğu, tarixi haqqında geniş məlumat vermək, eləcə də görkəmli şəxsiyyətlərimizi tanıtmaq, milli-mənəvi dəyərlərimizi aşılamaqdır. Layihə Azərbaycanın görkəmli şəxslərinin gənclərə tanıdılması, onlarda milli kimliyin formalaşması baxımından da olduqca əhəmiyyətlidir. Dahi şəxsiyyətlərin həyatı, ədəbi-elmi irsi, Azərbaycan dövlətçiliyi üçün göstərilən fəaliyyətin təbliği gənclər üçün ən yaxşı nümunələrdəndir. “İrəli” İB olaraq Azərbaycan tarixində öz sözünü deyən dahiləri tanıdıb-təbliğ etmək istiqamətlərində gördüyümüz işlərdən biri də “İZ” layihəsidir.
8-12 dekabr 2021-ci il tarixlərində keçirilən “İZ” layihəsi çərçivəsində iştirakçılarla ümumi görüş keçirilib, düşərgə qaydaları haqqında ətraflı məlumatlar verilib. Daha sonra gənclər komanda təqdimatlarında iştirak edərək praktiki sessiyada öz komandaları haqqında topladıqları məlumatları nümayiş etdiriblər.
Layihə iştirakçılarının “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı ilə görüşü keçirilib. Ümummilli Liderin: “Azərbaycanın hər bir gənci öz xalqının, millətinin qədim zamanlardan indiyə qədər olan tarixini gərək yaxşı bilsin. Əgər bunu bilmirsə, o, həqiqi vətənpərvər ola bilməz. Əgər bunu bilməsə, o, millətini qiymətləndirə bilməz. Əgər onu bilməsə, o, millətinə olan mənsubiyyəti ilə istənilən səviyyədə fəxr edə bilməz" sözlərini xatırladan təşkilat sədri layihənin bu baxımdan əhəmiyyətindən danışıb. Qeyd olunub ki, Dövlət Gənclər Siyasətinin əsasında tarixinə, milli-mənəvi dəyərlərinə bağlı vətənpərvər gənclərin formalaşması dayanır ki, “İrəli” də aktiv şəkildə bu istiqamətdə tədbirlər həyata keçirir. Şahin Rəhmanlı əlavə edib ki, gələcəkdə də bu kimi tədbirlərin təşkili davam edəcək.
Layihə iştirakçılarının tanınmış televiziya və radio aparıcısı, əməkdar mədəniyyət işçisi Rahib Azəri ilə görüşü keçirilib. Diskussiya formatında keçən görüş boyunca gənclər ölkəmizin və paytaxtımızın tarixi, mədəniyyəti haqqında geniş məlumatlar əldə ediblər.
Azərbaycanın dilbər guşələrindən olan Lənkəran şəhərində keçirilən “İZ” layihəsində gənclər üçün dövlət rəsmiləri ilə görüşlər keçirilməsi, Lənkəran şəhərinin tarixi məkanlarına ekskursiya təşkil edilməsi nəzərdə tutulur. Layihə çərçivəsində gənclər ölkəmizin tarixdə qoyduğu izləri dərindən araşdıraraq mədəniyyət, tarix, komanda quruculuğu və digər bu kimi mövzular üzrə təlim və seminarlarda iştirak edəcəklər. Gənclərin bilik və bacarıqlarının artırılması məqsədi ilə intellektual oyunlar keçiriləcək, eyni zamanda idman bacarıqlarının artırılması üçün oxatma idman yarışı baş tutacaq.
Qeyd edək ki, layihə 17-25 yaş aralığında olan, ilkin qeydiyyat və müsahibə mərhələlərində məqbul nəticə göstərmiş gənclər sırasından gender balansı qorunmaqla seçilən 100-ə yaxın gəncin iştirakı ilə baş tutur. Layihənin sonunda həyata keçirilən tədbirlərdə fəal iştirak etmiş komandalar kubok və müxtəlif hədiyyələrlə təltif olunacaqlar.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

