/ / Əlisahib Hüseynov: Bundan sonra gözəl Kəlbəcərimizdə də ay-ulduzlu bayrağımız dalğalanacaq, minarələrdən azan səsləri ucalacaq
Əlisahib Hüseynov: Bundan sonra gözəl Kəlbəcərimizdə də ay-ulduzlu bayrağımız dalğalanacaq, minarələrdən azan səsləri ucalacaq
26.11.2020 [08:57]
“Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Kəlbəcərin azad olunması ilə bağlı xalqa müraciətini hamımız böyük bir coşqu, sevinc hissi ilə dinlədik. Beləliklə, noyabrın 25-i də adi bir gün olmaqdan çıxaraq tarixi bir günə çevrildi. Həmin gün də ən yeni tariximizə qızıl hərflərlə yazıldı”. Bu fikirləri qəzetimizə açıqlamasında Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov deyib.
Əlisahib Hüseynov bildirib ki, qəhrəman Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində qazandığı böyük zəfərdən sonra əldə olunan razılaşma çərçivəsində Ağdamdan sonra Kəlbəcər də öz tarixi sahibinə - Azərbaycana qaytarıldı. Kəlbəcər düz 27 il davam edən ağır işğaldan sonra yenidən böyük Azərbaycan ailəsinə qovuşdu. Bundan sonra digər yurd yerlərimizdə olduğu kimi, gözəl Kəlbəcərimizdə də ay-ulduzlu bayrağımız dalğalanacaq, minarələrdən azan səsləri ucalacaq.
Partiya sədri qeyd edib ki, Milli Həmrəylik Partiyası olaraq cənab Prezidentin təbrikinə qoşulur, bütün soydaşlarımızı, o cümlədən, istiqanlı və fədakar kəlbəcərlilərimizi bu tarixi hadisə münasibətilə təbrik edirik: “Gözünüz aydın olsun, dəyərli soydaşlar! Həmişə evinizdə, əziz kəlbəcərlilər! Ocağınız gur yansın!
Mən xüsusi olaraq, Prezident və Ali Baş Komandan İlham Əliyevi də təbrik edirəm. Təbriklər, cənab Prezident! Əzminizə, qətiyyətinizə eşq olsun! Siz Silahlı Qüvvələrimizin Ali Baş Komandanı kimi gerçəkdən də şanlı tarix yazırsınız. 44 günlük savaşda qazanılan Qələbədən sonra torpaqlarımızın qalan hissəsini siyasi müdrikliklə, diplomatik məharətlə, tamamilə dinc şəkildə işğaldan azad etməyin, geri qaytarmağın özü də bir tarixdir. Böyük hərflərlə yazılan TARİX. Siz öz mübariz ruhu və döyüş qabiliyyəti ilə bu günlərdə bütün dünyanın rəğbətini qazanan müzəffər Ordumuzla birlikdə işğal tariximizi zəfər tarixi ilə əvəzlədiniz. Bəli, Siz bunu bacardınız. Və qədirbilən Azərbaycan xalqı Sizin bu tarixi xidmətinizi heç vaxt unutmayacaq! Ümummilli Liderimiz Heydər Əliyev deyirdi ki, tarix hər şeyi öz yerinə qoyur. Elə də oldu. İndi tarix hər şeyi öz yerinə qoyur. Sizin əlinizlə qoyur, Ordumuzun vasitəsilə qoyur, cənab Prezident!”.
Ə.Hüseynov qeyd edib ki, dövlətimiz cənab Prezidentin timsalında sadəcə, işğalçı ölkəyə qarşı mübarizə aparmır, amansız və iyrənc erməni faşizminə qarşı da mübarizə aparır. Onun fikrincə, Prezidentimiz Cənubi Qafqazı erməni təcavüzkarlığından xilas edir: “Bu böyük bir missiyadır. Qonşu ölkələrə daim ərazi iddiaları irəli sürən daşnak təfəkkürünü məhv edib sıradan çıxarmaq Azərbaycanın bəşəriyyətə ən böyük xidmətlərindən biri olacaq”.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

