Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Macarıstanda anomal istilər qatarların hərəkətini iflic edə bilər

Macarıstanda anomal istilər qatarların hərəkətini iflic edə bilər

31.07.2026 [21:15]

Macarıstanda davam edən anomal istilər dəmir yolu nəqliyyatının fəaliyyətinə ciddi təsir göstərməkdədir.

AZƏRTAC xəbər verir ki, ölkənin dövlət dəmir yolu operatoru “MÁV” yüksək temperaturun relslərə və müasir qatarların texniki sistemlərinə mənfi təsir göstərdiyini açıqlayıb.

Bəzi marşrutlarda qatarların sürəti təhlükəsizlik məqsədilə azaldılıb, bu isə gecikmələrə səbəb olur.

Mütəxəssislərin sözlərinə görə, temperaturun 40 dərəcəni keçməsi relslərin deformasiyası və avadanlıqların sıradan çıxması riskini artırır. Son günlər bir sıra müasir “FLIRT” qatarlarında da nasazlıqlar qeydə alınıb.

“MÁV” sərnişinlərə səfərlərini əvvəlcədən planlaşdırmağı və hərəkət cədvəlində mümkün dəyişiklikləri izləməyi tövsiyə edir.

Sinoptiklər yaxın günlərdə də isti hava şəraitinin davam edəcəyini proqnozlaşdırırlar.

Paylaş:
Baxılıb: 416 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

Analitik

Sosial

Sosial

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31