Qaradağ rayonunda 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd olunub
31.07.2026 [17:28]
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 31 iyul 2026-cı ildə Qaradağ Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatının və Qaradağ Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Əvvəlcə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin Qaradağ rayonundakı abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycan dilinin tarixi inkişafından və milli kimliyimizin formalaşmasındakı rolundan bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən başçının birinci müavini Emil Abbasov açaraq ana dilimizin hər bir xalqın milli sərvəti, mənəvi dəyərlərinin daşıyıcısı və dövlətçiliyimizin əsas sütunlarından biri olduğunu bildirib.
Tədbirdə çıxış edən YAP Qaradağ Rayon Təşkilatının sədri İlqar İlyasov bildirib ki, dilimizin qorunması, həmçinin dövlət dili səviyyəsinə yüksəldilməsi istiqamətində Ulu Öndər Heydər Əliyevin atdığı tarixi addımlar danılmazdır.
Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi 1969–1982-ci illər milli tariximizə həm də mədəni intibah dövrü kimi daxil olub. Həmin dövrdə xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsaslar genişləndirilib. Məhz Ümummilli Liderimizin əzmkarlığı sayəsində 1978-ci ildə Azərbaycan Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusu verilib.
İlqar İlyasov xatırladıb ki, 1995-ci ildə Ulu Öndərin rəhbərliyi ilə hazırlanıb qəbul edilən Konstitusiyamızda Azərbaycan dilinin dövlət dili statusu bir daha təsbit edilib və bu, dil siyasətimizin möhkəm hüquqi bazasını formalaşdırıb.
Bu gün də Ulu Öndərin müəyyən etdiyi həmin xəttin müasir dövrün tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ardıcıl davam etdirildiyini vurğulayan YAP rayon təşkilatının sədri qeyd edib ki, Azərbaycan dilinin qorunması, ədəbi dil normalarının inkişafı və onun müasir texnologiyalara inteqrasiyası dövlət siyasətinin prioritet istiqamətləri sırasındadır.
Tədbirdə çıxış edən Milli Məclisinin deputatı, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin müdafiəsi sahəsində həyata keçirdiyi tarixi siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi dövlət dilinin inkişafında yeni mərhələnin əsasını qoyur. O vurğulayıb ki, Azərbaycan dilinin saflığının təmin edilməsi, lüğət tərkibinin zənginləşdirilməsi, terminoloji sistemin elmi əsaslarla inkişaf etdirilməsi müasir dövrün çağırışları fonunda xüsusi aktuallıq kəsb edir. Bu baxımdan dil siyasətinin sistemli şəkildə həyata keçirilməsi, dövlət orqanlarının, elm və təhsil müəssisələrinin, medianın, ictimai institutların bu prosesdə fəal iştirakı mühüm əhəmiyyət daşıyır.
Deputat xüsusi qeyd edib ki, Azərbaycan dili dövlətçiliyin və xalqın birliyinin mühüm atributu kimi həmişə qorunmalı və inkişaf etdirilməlidir.
Vüqar Rəhimzadə bildirilib ki, Azərbaycan xalqının başqa sərvətləri kimi əlifbası və dili də tarix boyu müxtəlif təzyiqlərə məruz qalsa da, xalqımızın milli iradəsi, dilimizin zənginliyi və dövlətçilik ənənələri sayəsində qorunub saxlanılıb və inkişaf etdirilib.
Tədbirdə Azərbaycan Respublikasının Əməkdar müəllimi, professor Rüfət Hüseynzadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Sultanəli Qurbanov və Lökbatan Tibb Mərkəzinin direktoru, professor Elçin Hüseynov çıxış edərək Azərbaycan dilinin dövlət dili kimi keçdiyi inkişaf yolundan, milli-mənəvi dəyərlərimizin qorunmasında ana dilinin əvəzsiz rolundan, gənc nəslin milli ruhda tərbiyəsində dilin və əlifbanın əhəmiyyətindən ətraflı bəhs ediblər.
Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi milli dil siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının ana dilimizin saflığının qorunması, zənginləşdirilməsi, tətbiq dairəsinin genişləndirilməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirdiyi ardıcıl siyasət xüsusi əhəmiyyət daşıyır.
Natiqlər bildiriblər ki, Azərbaycan dilinin və əlifbasının qorunması, zənginləşdirilməsi və gələcək nəsillərə düzgün şəkildə ötürülməsi bu günümüzün və gələcəyimizin ən mühüm vəzifələrindəndir. Ana dilinə sevgi və hörmətin aşılanması, onun saflığının qorunması hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur.
Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən başçının birinci müavini Emil Abbasov yekun nitqi ilə çıxış edərək Azərbaycan dilinin milli kimliyimizin ayrılmaz hissəsi olduğunu, bu istiqamətdə keçirilən maarifləndirici tədbirlərin cəmiyyətimizdə ana dilinə hörmət hissinin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirib.
Sonda tədbir iştirakçıları ilə xatirə fotosu çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

