Ermənistan yenidən dilemma qarşısında...
31.07.2026 [10:15]
Kremlin referendum israrı Paşinyan üçün çəmbəri daraldır
Ermənistanda baş tutan sonuncu parlament seçkiləri onsuz da gərgin olan Moskva - İrəvan münasibətlərini yeni bir mərhələyə daşıyıb. Seçkidən öncə, aprelin ayının 1-də baş tutan Putin-Paşinyan görüşü siyasi kuluarlarda “yumşaq güc nümayişi” kimi xarakterizə olunurdusa, Kremlin rəhbərinə İrəvandan edilən son telefon zəngi birincilərin ultimativ jesti ilə müşayiət olunub. Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin telefon danışığı zamanı iki ölkə arasındakı iqtisadi münasibətlərdəki problemlər müzakirə edilsə də, əsas müzakirə predmeti ortadakı gərginliklərdir. Aprelin 1-də keçirilən görüş zamanı Putin yumşaq şəkildə Paşinyanı “Aİİ, yoxsa Aİ?” sualına cavab tapmasını təklif edirdisə, bu dəfə artıq praktik sərt qadağalara əl atılır. Telefon danışığı zamanı N.Paşinyan vurğulayıb ki, erməni mənşəli malların Rusiya bazarına ixracına qoyulan məhdudiyyətlər Ermənistan-Rusiya hüquqi bazasına və Avrasiya İqtisadi İttifaqının müddəalarına ziddir. O, həmçinin bu məsələlərin həlli üçün tədbirlər görməyə çağırıb.
Bundan əlavə, Paşinyan Aİ-yə üzvlüklə bağlı referendumun keçirilməsi məsələsinə də toxunub: “Referendumun keçirilməsi Ermənistanın Aİ-yə üzvlük üçün rəsmi müraciət təqdim etməsindən sonra mümkün olacaq”.
Bununla yanaşı, Kremlin mətbuat xidməti bildirib ki, telefon danışığı zamanı “Ermənistanda mümkün qədər qısa müddətdə Aİ-yə daxil olmaq və ya bundan sonra da Avrasiya İqtisadi Birliyinin tərkibində qalmaq barədə ümumxalq referendumunun keçirilməsi zərurəti vurğulanıb”.
Qadağalar sərtləşdirilir...
Qeyd edək ki, son aylarda Rusiyanın Ermənistandan idxal olunan müxtəlif məhsullara (gül, konyak, su, meyvə-tərəvəz və s.) qadağa qoyması erməni iş adamları və hökumətinin iqtisadi sıxıntı yaşamasına səbəb olub. İyulun 14-dən 21-dək Ermənistanda təftiş aparan “Rosselxoznadzor” müfəttişləri iyulun 27-dən etibarən Ermənistandan süd məhsullarının ixracına tam qadağa qoyub. Xatırladaq ki, Ermənistanın bəzi şirkətlərinə 2023-cü ildə qoyulan qadağanın 2026-cı ilin aprel ayında ləğv edilməsindən cəmi 3 ay sonra verilən bu qərar ciddi sıxıntılara səbəb olub. Avropada heç bir rəqabət gücü olmayan, Asiya bazarlarına isə çıxışı aylarla sürən mürəkkəb logistika tələb edən, tez xarab olan pendir və süd məhsullarının Rusiya bazarına buraxılmaması Ermənistanın aqrar sektoru üçün ciddi zərbədir. Bu qadağadan Rusiya istehlakçıları zərər görmür - alternativ olaraq Belarus süd məhsulları Ermənistandan ixracı əvəzləyir. İrəvan üçün isə bu qərar həm də Avrasiya İqtisadi İttifaqının (Aİİ) vahid bazar prinsiplərinin pozulması deməkdir. Məhz bu soyuq diplomatik və iqtisadi təzyiq mühitində Paşinyanın öz təşəbbüsü ilə Kremlə zəng vurması İrəvanın ciddi asılılıqdan əziyyət çəkməsinin göstəricisidir.
İqtisadi rəqəmlər, yoxsa siyasi iddialar?
Mütəxəssislər hazırda Ermənistanın Aİİ-dən çıxışının ölkəyə olduqca böyük iqtisadi kəsir yarada biləcəyini proqnozlaşdırır. Qeyd edək ki, 2025-ci ildə Ermənistan Aİİ ölkələrinə 3,2 milyard dollardan çox mal ixrac edib və bu ixracın əksəriyyəti Rusiyaya eksport edilib. Rusiyanın Ermənistandakı ticarət nümayəndəsi Sergey Solomin bu ilin fevralında İrəvanda Qorçakov Fondu tərəfindən təşkil edilən “Avrasiya Dialoqu. Ermənistan” Beynəlxalq Analitik Proqramı zamanı bildirib ki, 2025-ci ilin nəticələrinə əsasən, əminliklə demək olar ki, Avrasiya istiqaməti Ermənistanın xarici iqtisadi əlaqələrində əsası olaraq qalıb. Ölkənin ümumi xarici ticarət dövriyyəsi 21 milyard dolları keçib ki, bunun 8,2 milyard dolları Aİİ üzv dövlətləri ilə olub.” - Solomin qeyd edib.
Bu ilin ilk 5 ayının göstəricilərinə gəldikdə isə, Ermənistan Respublikası Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-may aylarında Ermənistanın xarici və qarşılıqlı ticarət dövriyyəsi 2025-ci ilin yanvar-may ayları ilə müqayisədə 0,1 faiz azalaraq 7 864 716,4 min dollara çatıb. Xarici ticarət dövriyyəsi hesabat dövrü üçün Aİİ ilə 2,338,073,3 min dollar (19 faiz azalma), MDB ölkələri ilə 2,456,164,2 min dollar (17,1 faiz azalma) olub. Maraqlıdır ki, bunun qarşılığında ilin ilk 5 ayında həm Aİ ilə (1,355,131,6 min dollar və ya 45,2 faiz artım), həm də ayrı-ayrı Aİ ölkələri üzrə (Almaniya 33,9 faiz, İtaliya 16 dəfə, Belçika 2,1 dəfə, Fransa 35,5 dəfə artım) göstəricilərdə müsbət saldo müşahidə edilib.
İxraca gəldikdə isə, Ermənistanın 2026-cı ilin yanvar-may aylarında ixracı 2025-ci ilin yanvar-may ayları ilə müqayisədə 3.7 faiz azalıb. Bu göstəricidə də Aİİ ən çox azalmaya məruz qalan tərəfdir - 3.8 faiz. MDB ölkələri ilə 2.3 faiz azalma müşahidə olunub. Rusiya ilə bağlı bu rəqəm 1.031.051.6 min dollar və ya 3 faiz civarındadır.
Bunun qarşılığında Aİ ölkələrinə ixracın həcmi artıb - 92,7 faiz. Almaniya ilə 2,4 faiz, İtaliya ilə 33,3 faiz artım mövcuddur.
İdxalın həcmində də Aİİ ölkələri azalma tendensiyası ilə müşayiət olunur. Rəqəm 28 faiz enib. MDB ölkələri ilə də vəziyyət analojidir - 25,6 faiz azalma qeydə alınıb. İdxalda da Aİ üzrə rəqəmlər artıb - 25,9 faiz.
Göstəricilər hazırda Aİ xeyrinə dəyişsə də, Ermənistanın iqtisadi yönünü daha tez dəyişmə imkanı məhduddur. İqtisadi ekspertlərin fikrincə, Aİ-dən idxal olunan məhsulların qiymətləri daha yüksək olduğu üçün alıcılıq qabiliyyəti əsasən Aİİ ölkələri məhsulları üzrə daha yüksəkdir.
Rusiya tələsdirir...
Amma deyəsən İrəvan üçün seçim anı yaxınlaşıb. Veriləcək qərar haqqında soyuq başla düşünmək gərəkir - Ermənistanda referendum keçirilsə və Aİ-yə üstünlük verilsə, Moskva dərhal ucuz qaz və gömrüksüz ticarət imtiyazlarını ləğv edəcək. Bu isə Ermənistanın iqtisadi fiaskosu deməkdir. Təsadüfi deyil ki, telefon danışığı zamanı Rusiya Prezidenti Aİİ-nin 29 may Astana sammitində dörd liderin (Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan) qəbul etdiyi birgə bəyanata istinad edərək Kremlin Paşinyandan Aİ referendumunun keçirilmə vaxtını təcili dəqiqləşdirməyi tələb etməsi, Moskvanın Ermənistanın Aİİ-dən mümkün çıxış prosesinə qabaqcadan mane olmaq və İrəvanı siyasi küncə sıxışdırmaq istəyindən xəbər verir. Moskva yaxşı anlayır ki, İrəvanın Aİ ilə yaxınlaşması təkcə siyasi bəyanatlarla kifayətlənməyəcək, gec-tez Aİİ-dən imtina ilə nəticələnəcək. Bu səbəbdən Kreml referendum tələbini vaxtından əvvəl masaya qoymaqla Paşinyan hökumətini hələ iqtisadi və təhlükəsizlik baxımından tam hazır olmadığı bir reallıqda “ya Aİ, ya Aİİ” seçimi etməyə məcbur edir.
SADİQ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
31 İyul 15:20
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Gündəm
31 İyul 12:55
Gündəm
31 İyul 12:40
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Gündəm
31 İyul 09:37
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49

