Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / Direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirilir

Direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirilir

31.07.2026 [14:27]

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən, şagird sayı 500-dək olan və direktor vəzifəsi vakant qalan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirilir.

BŞTİ-dən APA-ya bildirilib ki, müsahibələr zamanı müvafiq komissiyalar tərəfindən namizədlərin liderlik və strateji idarəetmə, pedaqoji fəaliyyət, idarəçilik və təşkilatçılıq, ünsiyyət, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial-emosional bacarıqları qiymətləndirilir.

Müsahibənin nəticələri namizədlərin şəxsi kabinetlərinə göndəriləcək.

Qeyd edək ki, 29 iyun–8 iyul 2026-cı il tarixlərində keçirilən ərizə qəbulu mərhələsinin yekunlarına əsasən, 109 namizəd BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsində iştirak hüququ qazanıb.

Paylaş:
Baxılıb: 128 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31