Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / “Axios”: HƏMAS-ın tərk-silahı yaxın həftələrdə başlayacaq

“Axios”: HƏMAS-ın tərk-silahı yaxın həftələrdə başlayacaq

31.07.2026 [09:12]

ABŞ administrasiyası HƏMAS-ın tərk-silahı ilə bağlı əldə olunduğu bildirilən razılaşmanın icrasına yaxın həftələrdə başlanacağını gözləyir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Axios” portalı ABŞ rəsmisinə istinadla məlumat yayıb.

Məlumata görə, razılaşma çərçivəsində HƏMAS və İsrail yeddi-səkkiz ay ərzində qarşılıqlılıq prinsipi əsasında bir sıra mərhələli addımlar atacaq. Bu proses monitorinq ediləcək.

Portalın yazdığına görə, razılaşmaya əsasən, HƏMAS-ın silah istehsalı üçün istifadə etdiyi tunellərin və obyektlərin məhv edilməsi nəzərdə tutulur. Eyni zamanda, İsrail tərəfinin HƏMAS-ın razılaşmanın şərtlərinə əməl edəcəyinə ehtiyatla yanaşdığı bildirilir.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Sülh Şurasının HƏMAS və Qəzza zolağındakı digər silahlı qrupların tam tərk-silahı barədə razılıq əldə etdiyini açıqlamışdı.

Paylaş:
Baxılıb: 103 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31