Türkiyə ilə Ermənistan sərhədlərinin açılması məsələsi kəskin etiraz doğurur
08.04.2009 [15:03]
Son vaxtlar Türkiyə Cümhuriyyətinin Ermənistanla sərhədləri açmaq və bu ölkə ilə diplomatik münasibətlər yaratmaq niyyəti barədə dünyanın bir sıra kütləvi informasiya vasitələrində yayılan xəbərlər Azərbaycan xalqının və ictimaiyyətinin böyük narahatlığına, kəskin etirazına səbəb olub. Dünən Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyalar - Yeni Azərbaycan Partiyası, Sosial Rifah Partiyası, Ana Vətən Partiyası, Böyük Quruluş Partiyası, Ədalət Partiyası, ümid Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Vətəndaş Birliyi Partiyası və Demokratik İslahatlar Partiyası Türkiyə Cümhuriyyətinin Ermənistanla sərhədləri açmaq və bu ölkə ilə diplomatik münasibətlər yaratmaq niyyəti və onun nəticələri barədə birgə müzakirə aparıblar.
Müzakirələrdə qeyd olunub ki, Türkiyənin rəsmi dairələrinin Ermənistanla sərhədləri açmaq və diplomatik münasibətlər yaratmaq yönümündə apardığı danışıqlar Türkiyə-Azərbaycan qardaşlığına, bütövlükdə türk birliyi ideyasına ciddi zərbə ola bilər. Bildirilib ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması təcavüzkara iqtisadi və mənəvi dəstək olmaqla yanaşı, həm də Dağlıq Qarabağ münaqişəsi üzrə sülh danışıqlarına mənfi təsir göstərəcək, gərginliyin və qarşıdurmanın daha da artmasına xidmət edən amilə çevriləcək.
Müzakirə iştirakçıları Türkiyə hakim dairələrinin Ermənistanla sərhədləri açmaq istiqamətində atdığı addımlara qəti etirazlarını bildirib və onları bu addımdan çəkinməyə çağırıblar.
Müzakirələrin sonunda Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyaların Azərbaycan xalqı və ictimaiyyətinin böyük narahatlığını ifadə edən birgə bəyanatı qəbul edilib.
Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyaların bəyanatı
Son vaxtlar dünyanın bir sıra kütləvi informasiya vasitələrində yayılan məlumatlara görə Türkiyə Cümhuriyyəti Ermənistanla sərhədlərini açmaq və bu ölkə ilə diplomatik münasibətlər yaratmaq niyyətindədir. Türkiyə Cümhuriyyətinin rəsmi nümayəndələrinin Ermənistana etdiyi səfərlər və hər iki ölkə arasında aparılan danışıqlar sərhədlərin açılması ilə bağlı Türkiyə siyasi həyatında müxtəlif fikirlərin yayılması ilə müşayət olunur.
Azərbaycanın siyasi partiyaları Azərbaycan xalqı və ictimaiyyətinin Türkiyənin rəsmi dairələrinin Ermənistanla sərhədləri açmaq və diplomatik münasibətlər yaratmaq yönümündə apardığı danışıqlarla əlaqədar çox böyük narahatlıq və kəskin etirazlarını haqlı olaraq paylaşmaqdadır. Türkiyə Cümhuriyyətinin müstəqil xarici siyasət yeritmək hüququna hörmətlə yanaşaraq, bildirmək istərdik ki, Ermənistan tərəfindən Azərbaycanın ərazilərinin 20 faizinin işğal olunması, 1 milyondan çox vətəndaşın öz doğma toraqlarından qovulması, minlərlə dinc sakinin qətlə yetirilməsi, insanlıq əleyhinə Xocalı soyqırımının törətdilməsi fonunda belə bir addımın atılması əslində Ermənistanın işğalçılıq siyasətinə, qondarma “erməni soyqırımı” iddialarına, bölgədə hərbi - siyasi gərginlik və humanitar fəlakət yaratmaqdan ibarət əməllərinə haqq qazandırmaqdan savayı bir şey deyildir. Bu eyni zamanda Türkiyə - Azərbaycan qardaşlığına, bütünlükdə türk birliyi ideyasına çətin sağalan yara vurmaq demək olardı. Hesab edirik ki, Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başlanmasından bu yana davamlı olaraq Azərbaycanın ədalətli mövqeyini bütün mərhələlərdə müdafiə edən Türkiyənin Ermənistanla sərhədləri açması əslində, təcavüzkara iqtisadi və mənəvi dəstək olmaqla yanaşı həm də Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların intensivləşdiyi indiki həssas məqamda nizamasalma prosesinə ciddi zərbə vura bilər. Eyni zamanda sərhədlərin açılmasından sonra uydurma “erməni soyqırımı” adı altında Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış edən ermənilərin öz məkirli niyyətlərindən imtina edəcəklərini düşünmək də böyük sadəlövhlük olardı.
Cənubi Qafqazda sülh və sabitlik yaratmaq istiqamətində Türkiyə iqtidarının bəyan etdiyi siyasətin məqsədi yalnız Ermənistanla sərhədlərin açılması ilə məhdudlaşa bilməz. Bölgədə sabitliyin yeganə təminatı işğal olunmuş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi sayılmalıdır. Əks təqdirdə Ermənistanla sərhəddin açılması bölgədə gedən proseslərə və sülh danışıqlarına mənfi təsir göstərən, deməli sabitliyə deyil, gərginliyin və qarşıdurmanın daha da artmasına xidmət edən amilə çevriləcək.
Bu bəyanatı imzalayan siyasi partiyalar Türkiyə və Azərbaycan qardaşlığına, Türk və Azərbaycan xalqlarının təbii-tarixi birliyinə, ölkələrimiz arasındakı strateji tərəfdaşlığa böyük önəm verdiyini bir daha ifadə edərək, Türkiyə hakim dairələrinin Ermənistanla sərhədləri açmaq istiqamətində atdığı addımlara özünün qəti etirazını bildirir və belə bir hərəkətin ölkələrimiz və xalqlarımız arasında dost münasibətlərə, Türk dünyasının birliyinə böyük zərbə vuracağını, ümumilikdə bu siyasətin Türkiyə Cümhuriyyətinin özəl maraqlarına da uyğun olmadığını bəyan edir və Türkiyə rəhbərliyini Ermənistanla münasibətlər qurmaqdan və sərhədləri açmaqdan çəkinməyə çağırır.
Ana Vətən Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Böyük Quruluş Partiyası, ümid Partiyası, Yeni Azərbaycan Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Demokratik İslahatlar Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Vətəndaş Birliyi Partiyası, Ədalət Partiyası
Xəbər lenti
Hamısına baxSiyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 11:12
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Xəbər lenti
31 İyul 10:41
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Xəbər lenti
31 İyul 09:43
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 |

