Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək
03.08.2013 [09:23]
Avqustun 2-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Mərkəzi Seçki Komissiyası katibliyinin media və ictimai əlaqələr şöbəsindən AzərTAc-a bildiriblər ki, əvvəlcə Azərbaycan Respublikasının prezidenti seçkilərinin elan edilməsi məsələsinə baxılıb.
Bu məsələ barədə məlumat verən MSK-nın sədri Məzahir Pənahov bildirib ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 178.1-ci maddəsinə görə, Prezidentin Konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddətinin başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü seçki günü hesab olunur.
Azərbaycan Respublikasında sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirildiyindən və fəaliyyətdə olan Azərbaycan Respublikası Prezidentinin 5 illik səlahiyyət müddəti başa çatmaqda olduğundan, növbəti prezident seçkiləri 2013-cü il oktyabrın 16-na təsadüf edir. Lakin Seçki Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir. Səsvermə günü Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə, ümumxalq hüzn və ya iş günü hesab edilməyən bayram gününə düşərsə, səsvermə, səsvermənin keçirilməli olduğu ayın başqa iş gününə təyin edilir. Nazirlər Kabinetinin 2012-ci il 12 dekabr tarixli, 309 saylı qərarına əsasən, 2013-cü ildə 15 və 16 oktyabr Qurban bayramıdır. Ona görə də, göstərilənlər əsas götürülərək Azərbaycan Respublikasında növbəti prezident seçkiləri günü cari ilin oktyabr ayının iş günü hesab edilən digər gününə keçirilməklə qanunvericiliklə müəyyən olunmuş qaydada elan edilməlidir.
Məzahir Pənahov 2013-cü ilin oktyabr ayının 9-unun növbəti prezident seçkiləri günü elan olunmasını təklif edib. Bu təklif Mərkəzi Seçki Komissiyasının əksər üzvləri tərəfindən dəstəklənib.
Mərkəzi Seçki Komissiyası qərara alıb ki, 2013-cü il 9 oktyabr tarixi Azərbaycan Respublikası prezidentinin seçkiləri günü elan edilsin.
Sonra Azərbaycan Respublikası prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planı təsdiq edilib.
İclasda vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilmiş şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun yaradılmasına dair məsələyə də baxılıb.
Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, 9 nəfərdən ibarət ekspert qrupu yaradılıb. Buraya Komissiyanın üzvləri və Katibliyin Hüquq şöbəsinin əməkdaşları daxil ediliblər. Dairə seçki komissiyalarının nəzdində isə 3 nəfərlik ekspert qruplarının yaradılması haqqında qərar çıxarılıb.
MSK 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası prezidentinin seçkilərində prezidentliyə namizədin qeydə alınması üçün təqdim edilmiş imza vərəqələrində olan imzaların və digər məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri, Azərbaycan Respublikası Maliyyə, Daxili İşlər, Vergilər nazirliklərinin, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Hesablama Palatasının mütəxəssisləri sırasından ekspertlərdən ibarət İşçi qrupunun yaradılması barədə də qərar qəbul edib. İşçi qrupuna MSK üzvü İlham Məmmədov rəhbər təyin edilib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

