/ / Aqrar sahənin yeni inkişaf mərhələsi: ərzaq təhlükəsizliyi, məhsuldarlıq və investisiya prioritetləri
Aqrar sahənin yeni inkişaf mərhələsi: ərzaq təhlükəsizliyi, məhsuldarlıq və investisiya prioritetləri
02.06.2026 [12:53]
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə ölkənin aqrar sektorunun gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır. Müşavirədə səsləndirilən fikirlər göstərir ki, kənd təsərrüfatı artıq yalnız ənənəvi istehsal sahəsi kimi deyil, ərzaq təhlükəsizliyinin təminatı, regionlarda məşğulluğun artırılması, ixrac potensialının genişləndirilməsi və qeyri-neft iqtisadiyyatının möhkəmləndirilməsi baxımından strateji sektor kimi qiymətləndirilir.
Dövlət başçısı çıxışında qeyd etdi ki, kənd təsərrüfatının inkişafı uzun illərdir dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Xüsusilə 2004-cü ildən etibarən qəbul edilən regional inkişaf proqramları regionların dirçəlməsində mühüm rol oynayıb. Həmin dövrdən başlayaraq bölgələrdə qazlaşdırma, elektrik enerjisi ilə təminat, yol infrastrukturu, su anbarları və suvarma kanallarının tikintisi kənd təsərrüfatı üçün möhkəm baza yaradıb. Bu gün ölkə üzrə qazlaşma səviyyəsinin yüksək həddə çatması, elektrik təchizatında problemlərin aradan qaldırılması, magistral və kənd yollarının yenilənməsi kənd təsərrüfatı məhsullarının istehsalı və bazarlara çıxarılması üçün əlverişli şərait formalaşdırıb.
Müşavirədə diqqət çəkən əsas məqamlardan biri dövlətin aqrar sahəyə göstərdiyi dəstəyin miqyası oldu. Azərbaycanda fermerlərə müxtəlif subsidiya mexanizmləri, gübrə və yanacaq güzəştləri, güzəştli kreditlər, texniki və metodik dəstək verilir. Prezident İlham Əliyev vurğuladı ki, bu dəstək mexanizmləri nadir ölkələrdə bu qədər geniş və çoxşaxəli şəkildə tətbiq olunur. Lakin bununla yanaşı, mövcud mexanizmlərin daha çevik və nəticəyönümlü olması zərurəti də xüsusi qeyd edildi. Subsidiyalar yalnız ənənəvi qaydada deyil, daxili tələbat, ixrac imkanları, məhsuldarlıq və bazar tələbləri nəzərə alınmaqla yenilənməlidir.
Müşavirədə kənd təsərrüfatının hazırkı vəziyyəti ilə bağlı konkret rəqəmlər də açıqlandı. Bu rəqəmlər bir tərəfdən ölkənin bəzi sahələrdə ciddi uğurlar qazandığını, digər tərəfdən isə bir sıra istiqamətlərdə yeni addımlara ehtiyac olduğunu göstərir. Məsələn, tərəvəz, bostan məhsulları, meyvə-giləmeyvə, yumurta, şəkər və duz istehsalında ölkə özünü yüksək səviyyədə təmin edir, hətta bu məhsullar üzrə ixrac imkanları da genişdir. Azərbaycan fındıq istehsalı və ixracında dünyada ön sıralarda yer alır. Meyvə-tərəvəz istehsalı həm daxili bazarın təminatı, həm də xarici bazarlara çıxış baxımından əhəmiyyətli sahəyə çevrilib.
Bununla belə, buğda, ət, quş əti, bitki yağları, kərə yağı və bəzi digər məhsullar üzrə idxaldan asılılıq hələ də qalır. Xüsusilə buğda istehsalı ilə bağlı səsləndirilən rəqəmlər ərzaq təhlükəsizliyi baxımından ciddi mesaj kimi qiymətləndirilməlidir. Ölkənin özünü buğda ilə təminetmə səviyyəsinin 55 faiz olması qənaətbəxş hesab edilmir. Dövlət başçısı bildirdi ki, Azərbaycanın coğrafi və torpaq imkanları nəzərə alınmaqla bu sahədə 100 faizlik təminat hədəfi real olmaya bilər, lakin mövcud səviyyənin artırılması mütləqdir. Bu, həm ərzaq təhlükəsizliyi, həm də qlobal böhranlara qarşı dayanıqlılıq baxımından vacibdir.
Müşavirədə qlobal çağırışlara da xüsusi yer ayrıldı. Müharibələr, nəqliyyat zəncirlərinin qırılması, enerji böhranı, iqlim dəyişikliyi və urbanizasiya kənd təsərrüfatı üçün yeni risklər yaradır. Bu şəraitdə hər bir ölkə öz ərzaq təhlükəsizliyini təmin etmək üçün daha sistemli və uzunmüddətli addımlar atmalıdır. Azərbaycan üçün bu yanaşma həm daxili istehsalın artırılması, həm də regionlarda həyat səviyyəsinin yüksəldilməsi ilə bağlıdır. Prezident İlham Əliyevin “kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlamalıdır” fikri aqrar siyasətin sosial mahiyyətini də ortaya qoyur. Bu məqsədə çatmaq üçün kəndlə şəhər arasındakı fərqlər azaldılmalı, kənd yerlərində müasir infrastruktur, xidmət sektoru, məktəb, xəstəxana və məşğulluq imkanları daha da genişləndirilməlidir.
Yeni Dövlət Proqramının hazırlanması və icrası müşavirənin əsas istiqamətlərindən biri oldu. Bildirildi ki, proqram 2026–2030-cu illəri əhatə edəcək və qısamüddətli, konkret hədəflərə əsaslanacaq. Proqram çərçivəsində dövlət və özəl sektorun birgə fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Təxmini hesablamalara görə, nəzərdə tutulan tədbirlər üçün dövlət xətti ilə 2 milyard manatdan çox, özəl sektor tərəfindən isə 3 milyard manatdan artıq vəsaitin yatırılması gözlənilir. Bu, aqrar sahədə yalnız dövlətin deyil, sahibkarların və investorların da məsuliyyət daşıdığını göstərir.
Müşavirədə pambıqçılıq, baramaçılıq, intensiv bağçılıq, istixana təsərrüfatları, heyvandarlıq və aqrar emal sahələri üzrə də mühüm hədəflər müəyyən edildi. Pambıqçılıqda məhsuldarlığın hektardan 5 tona çatdırılması, 500 min ton pambıq istehsalı, mahlıc ixracından hazır məhsul ixracına keçid əsas prioritetlərdən biri kimi qeyd olundu. Bu yanaşma kənd təsərrüfatının xammal istehsalından daha yüksək əlavə dəyər yaradan sənaye sahəsinə çevrilməsi deməkdir.
Nəticə etibarilə, müşavirə aqrar sektor üçün yeni yol xəritəsinin əsas konturlarını müəyyənləşdirdi. Qarşıya qoyulan məqsəd yalnız istehsalı artırmaq deyil, daha səmərəli, texnologiyaya əsaslanan, ixrac potensialı yüksək və ərzaq təhlükəsizliyinə xidmət edən kənd təsərrüfatı modeli yaratmaqdır. Bu modelin uğuru dövlət qurumlarının koordinasiyasından, özəl sektorun fəallığından, fermerlərin maarifləndirilməsindən və resurslardan düzgün istifadədən asılı olacaq.
Azər SÜLEYMANOV,
Yeni Azərbaycan Partiyası
Nəsimi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03

