Uzaq Vyetnamda...
22.04.2025 [10:19]
Heydər Əliyev Fondu xeyirxahlıq ənənələrini ölkə hüdudlarından kənarda da davam etdirir
Birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Azərbaycanın beynəlxalq əlaqələrinin möhkəmlənməsinə davamlı töhfələr verir. Fond tərəfindən ayrı-ayrı ölkələrdə müxtəlif istiqamətləri əhatə edən çoxsaylı layihələr reallaşdırılır ki, bu da respublikamızın müsbət imicinin daha da möhkəmlənməsində mühüm rol oynayır. Bu günlərdə Fondun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfəri çərçivəsində bir sıra görüşlər keçirib.
Hanoyda əlamətdar görüş
Fondun vitse-prezidenti Leyla Əliyevanın Vyetnama səfərinin gündəliyi kifayət qədər geniş əhatə dairəsinə malikdir. Onun iştirakı ilə aprelin 21-də Hanoy Ticarət və Turizm Kollecində yaradıcı sənaye nümayəndələri və təhsil müəssisələrinin liderləri, eləcə də sovet dövründə Azərbaycanda təhsil almış vyetnamlı məzunlar ilə görüş xüsusilə əlamətdar olub.
Qeyd edək ki,1965-ci ildən fəaliyyət göstərən Hanoy Ticarət və Turizm Kolleci bu sahədə Vyetnamın ən böyük və nüfuzlu təhsil müəssisələrindən biridir. Təxminən 3000 tələbəsi olan kollecin müxtəlif akademik və peşə təhsilinin səviyyələri üzrə 50-dən çox təlim proqramı var.
Görüşdə tarixə qısa ekskurs edilib. Eyni zamanda, Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında müxtəlif sahələrdə mövcud əlaqələr, iki xalq arasındakı möhkəm dostluq münasibətləri, bu əlaqələrin qurulmasında böyük siyasətçi Heydər Əliyevin müstəsna xidmətləri vurğulanıb.
İkitərəfli əlaqələr Azərbaycan müstəqillik qazandıqdan sonra da uğurla davam etdirilib. Xüsusilə də Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri ölkələrimiz arasında münasibətlərdə yeni səhifə açıb. Görüşdə mövcud əlaqələrin genişlənməsinə Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələrin öz töhfəsini verdiyi qeyd olunub. Fondun təhsil və sosial yönümlü layihələri Vyetnamı da əhatə edir. Bu istiqamətdə Vyetnamın Ha Giang əyalətində Heydər Əliyev Fondunun dəstəyi ilə ibtidai məktəbin inşa edildiyi minnətdarlıqla xatırladılıb.
Görüş zamanı ikitərəfli münasibətlər, Heydər Əliyevin iki ölkənin və xalqın dostluğu istiqamətindəki töhfələri, hazırda Azərbaycan-Vyetnam yüksəksəviyyəli əlaqələrinə dair fikir mübadiləsi aparılıb. Mövcud münasibətlərin daha da genişləndirilməsi, bu çərçivədə Heydər Əliyev Fondu tərəfindən təhsil və sosial sahələrdə həyata keçiriləcək layihələr müzakirə edilib.
Ticarət və Turizm Kollecində, həmçinin 1968-1990-cı illərdə Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində təhsil almış vyetnamlı məzunlarla görüş keçirilib. İki ölkə arasında dostluq münasibətlərinin formalaşmasında Azərbaycanda təhsil almış vyetnamlı məzunların xüsusi rol oynadıqları diqqətə çatdırılıb. Bildirilib ki, məhz Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfərindən sonra Azərbaycanda təhsil alan vyetnamlı tələbələrin sayı artıb. Sovet dönəmində Azərbaycanda 5 minədək vyetnamlı təhsil alıb.
Görüşdə Hanoy Ticarət və Turizm Kollecinə Heydər Əliyev Fondunun maliyyə dəstəyi sertifikatı təqdim edilib.
Daha sonra Dünya Barbekü Assosiasiyasının vitse-prezidenti, tanınmış aşpaz David İsrafilov tərəfindən Azərbaycan mətbəxinin nümunələrinin təqdimatı olub.
Görmə qabiliyyəti məhdud şəxslər üçün məktəblə tanışlıq
Fondun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfəri çərçivəsində Hanoyda Nguyen Dinh Chieu orta məktəbində olub. Məktəbdə keçirilmiş görüşdə Fondun ölkəmizdə görmə qabiliyyəti məhdud şəxslərin cəmiyyətə inteqrasiyası və inklüziv təhsil sahəsindəki layihələri barədə məlumat verilib. Heydər Əliyev Fondu və BMT-nin İnkişaf Proqramı arasında görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsinə dair əməkdaşlıq sazişinin imzalandığı, bu layihənin görmə qabiliyyəti məhdud insanların cəmiyyətə inteqrasiyasına, informasiya-kommunikasiya vasitələri ilə bilik, məlumat əldə etmək imkanlarının genişləndirilməsinə yönəldiyi qeyd edilib. Görmə qabiliyyəti məhdud uşaqlar üçün Heydər Əliyev Fondunun təşəbbüsü əsasında xüsusi internat məktəbinin nəzdində mətbəə yaradıldığı, burada Brayl əlifbası ilə dərslik və dərs vəsaitlərinin çap olunduğu bildirilib.
Leyla Əliyeva inklüziv təhsilə dəstək çərçivəsində Vyetnamdakı görmə qabiliyyəti məhdud şəxslər üçün orta məktəbə Heydər Əliyev Fondunun maliyyə dəstəyi sertifikatını təqdim edib. Eyni zamanda, diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondu tərəfindən məktəbə görmə qabiliyyəti məhdud uşaqların təhsilinə dəstək məqsədilə bir sıra avadanlıqlar hədiyyə olunacaq.
Qeyd edək ki, 1982-ci ildən fəaliyyət göstərən məktəb görmə qabiliyyəti məhdud uşaqlar üçün nəzərdə tutulub. 1988-ci ildən isə sözügedən məktəbdə görmə qabiliyyəti olan şəxslər də təhsil ala bilirlər. Məktəbdə hazırda 1800 şagird, o cümlədən 145 görmə qabiliyyəti məhdud şəxs təhsil alır.
Müəllim heyəti akademik fənlərin tədrisi ilə yanaşı, həm də inklüziv təhsil modelinin inkişafı ilə məşğul olur. Burada inklüziv təhsil üçün geniş sistem qurulub. Məktəbin missiyası bərabər keyfiyyətli təhsil imkanlarını təmin, müstəqilliyi və cəmiyyətə inteqrasiyanı təşviq etməkdir.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30

