Keçmişdən gələcəyə uzanan körpü...
19.11.2025 [09:58]
Ənənələrimizi yaşatmaq hər birimizin məsuliyyətidir
Azərbaycan minilliklərin sınağından keçərək bu gün müasir dünyada öz sözünü deyən, qədim ənənələrini qoruyaraq yeniləşən bir ölkədir. Etiraf edək ki, qloballaşan dünyada xalqlar öz dəyərlərini itirmək təhlükəsi ilə üz-üzə qalır. Azərbaycan isə tarixdən aldığı güc və mədəniyyətindən doğan qürurla bu axına qarşı müdrik dayanmağı bacaran nadir ölkələrdəndir.
Dövlətçilik ənənələrimizi, milli adət-ənənələrimizi və mədəni irsimizi tanıtmaq, bu dəyərləri gələcək nəsillərə ötürmək hər birimizin missiyasıdır. Milli adət-ənənələrimiz, elmi və mədəni irsimiz təkcə keçmişin xatirəsi deyil, bu, gələcəyə aparan yol xəritəsidir. Bu dəyərlərin təbliği isə sadəcə bir maarifçilik işi deyil, həm də kimliyimizi dünyaya tanıtmaq, onu qorumaq və inkişaf etdirmək kimi strateji əhəmiyyət daşıyan vəzifədir. Bu gün Azərbaycan gənci tarixinə bələd olmalı, mədəniyyətinə sahib çıxmalı, elmə töhfə verməlidir. Çünki dövlətin gücü onun vətəndaşının dəyərlərinə sahib çıxma gücü ilə ölçülür.
Mövzu ilə bağlı “Yeni Azərbaycan”a danışan millət vəkili Nəsib Məhəməliyev bildirib ki, qədim və orta əsrlərdən bəri qonşu və uzaq dövlətlərin Azərbaycan mədəniyyəti haqqında təsəvvürü olub. Deputat qeyd edib ki, ölkəmizə gələn səyyahlar, diplomatlar, sənətkarlar öz ölkələrinə Azərbaycan mədəniyyəti, adət-ənənələri, dövlətçilik örnəkləri ilə bağlı kifayət qədər bilgi apara bilib: “Eyni zamanda Azərbaycan mədəniyyətinin çeşidli nümunələrini öz ölkələrinə daşıyıblar. Bu gün dünyanın bir sıra nüfuzlu muzey və kitabxanalarında xalqımıza aid incilər-qədim əlyazmalar, kitabələr, əşyalar, xalçalar, musiqi alətləri və s. saxlanır. Uzun zamanlar bu nümunələr xarici muzeylərdə başqa xalqların adı ilə təqdim edilib. Acı da olsa belədir... Lakin Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımız milli-mədəni dəyərlərimizə, soykökümüzə yenidən qayıtdı və bizim olanlara sahib çıxmağa başladı”.
Deputatın fikrincə, dövlətçilik tariximizin, milli adət-ənənələrimizin, elm və mədəniyyətimizin təbliği sahəsində görülən işlər misilsizdir. Bu gün Azərbaycan mədəniyyəti həm ölkə, həm də beynəlxalq səviyyədə ən müxtəlif istiqamətlərdə təbliğ olunur: “Artıq bütün dünya bilir ki, Azərbaycanın qədim dövlətçilik ənənəsi, zəngin tarixi, bənzərsiz mədəniyyəti, adət-ənənəsi, böyük dayaqları olan elmi var. Bütün bunların təbliği sahəsində görülən işlər sırasına beynəlxalq səviyyəli musiqi festivallarının keçirilməsi, simpoziumların, konfransların, toplantıların təşkili və başqa məsələlər daxildir. Azərbaycan mədəniyyəti dünyanın ən böyük ölkə və şəhərlərində təbliğ edilir.
Müasir Azərbaycan dövləti qədim dövlətçilik ənənələrinə olduqca sayğı ilə yanaşır və o dövrlərin tarixinin araşdırılmasına böyük maraq göstərir. Bu da Azərbaycan elmi qarşısında yeni üfüqlər açır. Azərbaycan elmi tarixi həqiqətləri araşdırıb öyrənir və təbliğ edir. Azərbaycanın zəngin elm tarixinin mövcud olduğunu bilirik, bu gün həmin elm xəzinəsi də yenidən araşdırılır, nəşr edilir. Dövlətçilik tariximizə qayıdış o anlama gəlir ki, biz əcdadlarımızın zamanın ayaqları altında gizlənən izlərini tapmışıq və onların getdiyi yola süvar olmuşuq”.
N.Məhəməliyevin sözlərinə görə, bu gün Azərbaycan xalqının əksər nümayəndələri tariximizin müxtəlif mərhələləri, həmçinin müstəqillik dövrü barədə kifayət qədər məlumatlıdırlar: “Hesab edirəm ki, müstəqillik dövründə milli-mənəvi dəyərlərin qorunmasına söykənən təbliğat işi əsasən 44 günlük Vətən müharibəsində öz bəhrəsini verib. Qeyd etmək yerinə düşər ki, Vətən müharibəsində heç zaman Qarabağda olmayan, həmin əraziləri yalnız mətbuatdan və dərsliklərdən tanıyan yeni nəsil Ali Baş Komandanın rəhbərliyi altında Zəfər çaldı. Bu, Azərbaycan gəncliyinin, eləcə də xalqının tariximizə olan diqqəti kimi dəyərləndirilməlidir.
Bəzən Avropa dəyərlərinin mənimsənilməsi və Avropaya inteqrasiya adı altında milli adət-ənənələrə zidd olan elementlərin təbliği təəssüf doğurur. Yəni milli dəyərlərimizlə uzlaşmayan elementlərin təbliği qəbuledilməzdir. Lakin biz istəsək də, istəməsək də, bu prosesin içindəyik və qloballaşmanın dalğası ilə üz-üzə qalmaq məcburiyyətindəyik. Sözsüz ki, qloballaşma nəticəsində bir çox xalqların, etnik qrupların dilləri və adət-ənənələri itib gedəcək. Deməli, yalnız o dövlətlər və xalqlar öz dilini, adət-ənənələrini qoruyub saxlaya biləcəklər ki, onlar öz tarixini yaşadır, milli-mənəvi dəyərlərini, elm-mədəniyyətini və folklorunu daim təbliğ edir. Milli kimliyini mühafizə edərək gənc nəsilə ötürən cəmiyyət bir xalq və dövlət kimi daim mövcudluğunu qoruya bilər. Ona görə də hər bir Azərbaycan vətəndaşı dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliğinə ciddi önəm verməlidir”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanmışdır.
Yeganə
Xəbər lenti
Hamısına baxElm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15

