Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Füzulidə yol qəzası olub, ölənlər və yaralılar var

Füzulidə yol qəzası olub, ölənlər və yaralılar var

19.04.2026 [20:33]

Füzuli rayonunda minik avtomobillərinin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi zamanı iki nəfər ölüb, iki nəfər xəsarət alıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə səhər saatlarında Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Füzuli rayonu Böyük Bəhmənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində Əli Vəliyev və Mirqəşəm Talıbov ölüb. Süleyman Süleymanov, Rəşad Namazəliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri cəlb olunub. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində deformasiya olmuş avtomobillərdən 2 nəfər yaralı vəziyyətdə və 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Baxılıb: 112 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30